Архив тегов | Mirzə Əlilk

TURAL SADIQLI HƏR NÜMAYİŞÇİ QADINA ŞƏHİD STAUSU VERƏCƏK

tural sadıqlı nümayiş

«Azad söz» kanalı. Tural Sadıqlı kamera və mikrofon qarşısında

Əziz həmvətənlər! Fevralın yeddisinə lap az qaldı. Arxayınam ki, milyonlarla qadın 7 fevralda nümayişə çıxıb Əliyevin yox, mənim prezident seçilməyimi tələb edəcək. Əziz qadınlar! Mən prezident olan kimi hamınızın maaşını artırıb Amerikadakı kimi edəcəyəm, özü də qadınların maaşı kişilərin maaşından çox olacaq. Əziz qadınlar, burda Əliyev trolları yazırlar ki, qadınları belə sevirsənsə, niyə yeganə dostun itdir. İstəkli xanımlar, mən o trollara cavab verirəm: mənim itim də qadındır. Mənə o iti erkək kimi satmışdılar, sonra dişi çıxdı. Mən qətiyyən təəssüflənmədim. Çünki dişilik mənim nəzərimdə kişilikdən də üstündür.

Əziz qadınlar! Hamınızdan üzr istəyirəm. Mənə ABŞ-dan mənim müşavirim Beydulla Manafov zəng edir.

Beydulla Manafov (telefonla) Cənab həqiqi prezident! Biz burda Sevinc Osmanqızı ilə məsləhətləşdik, bu fikrə gəldik ki, qadınlar nümayışə çoxlu qazan, tava, məcməyi, teşt götürsünlər və perezident aparatının qabağında bir-birinə vursunlar ki, İlham Əliyev xalqın ac olduğunu görsün.

Tural Sadıqlı: Gözəl fikirdir, Beydulla bəy.

Beydulla Manafov: O nümayişdə yəqin çoxlu qoca da iştirak edəcək. Hamısı protez dişini çıxarıb iplə assın boynundan. Qoy bütün dünya görsün ki, Azərbaycan qocalarına diş lazım deyil, çünki yeməyə bir şey yoxdur.

Tural Sadıqlı: Bu lap gözəl fikirdir. Atama da deyərəm, proteziini asar boynundan. 

Əziz qadınlar! Sizi fevraın 7-də nümayişə çıxamağa çağırıram. Hər biriniz selfi çəkib mənə göndərin. Preziudent olan kimi hər bir nümayiş iştirakçısı olan qadına 130 min manat pul və şəhidlik statusu verəcəm…

 

Mirzə ƏLİL

03. 02. 2024, Samara

 

DTX ALEKSANDR DÜMANI CASUSLUQDA İTTİHAM EDİR

Azərbaycan Dövlət təhlükəsizlik xidməti məşhur fransız yazıçısı Aleksandr Dümanın əleyhinə cinayət işi qaldırıb.b. Cinayət işi hələlik ata Dümanın əleyhinə açılıb, güman etmək olar ki, tezliklə oğul Düma da cinayət məsuliyyətinə cəlb ediləcək. Çünki Azərbaycan qanunlarına görə oğul ataya, ata oğula cavabdehdir.

DTX-nın verdiyi açıqlamada deyilir ki, Aleksandr Dümanın 1858-ci ildə Bakıya səfəri onun casusluq fəaliyyəti ilə bağlı olub. Aleksandr Dümanın Fransanın kəşfiyyat orqanlarından aldığı tapşırıqlardan biri Qız qalasının necə tikildiyini öyrənək imiş. Çünki fransızlar belə bir möhtəşəm qalanın surətini Parisdə tikmək istəyiblər. Ancaq bilməyiblər ki, qalanı şaquli, yəni altdan yuxarı hörsünlər və ya yerdə böyrü üstə hörüb sonra təkanla qaldırsınlar. Görünür ki, Düma Bakıda bu tapşırığı yerinə yetirə bilməyib, ona görə fransızlar Qız qalası tikmək arzusiyla vidalaşıb əvəzində yöndəmsiz Eyfel qülləsini ucaldıblar…

DTX-nın məlumatına görə, Aleksandr Düma Bakıda olarkən xan qızı Natəvanı casusluq fəaliyyətinə cəlb edib və bizim şairə uzun illər “Natali” təxəllüsü ilə Fransız kəşfiyyatının agenti olub. Bakıda olarkən Dümanın Natəvanla şahmat oynaması və uduzub ona şahmat dəstini bağışlaması da casusluq gəaliyyəti ilə bağlıdır. Dümanın bağışladığı şahmat fiqurlarında çiplər olub, bu çiplərlə Natəvan Qarabağa aid məlumatları Dümauya ötürürümüş. Düma da, əlbəttə, bu məxfi informasiyanı Fransa ermənilərinə çatdırırmış…

Aleksandr Dümanın əleyhinə qaldırılmış cinayət işinin necə cərəyan edəcəyi məlum deyil. Yüz əlli il bundan qabaq ölmüş yazıçı-casus necə mühakimə olunacaq və ona hansı cəza kəsilə bilər? Vallah, qabaqda görəcəkli günlərmiz var…

Mirzə Əlilin fikrincə, dünyada ən ədalətli məhkəmə olan Azərbaycan məhkəməsinin hökmü ilə Aleksandr Dümanın sür-sümüyünü Fransadan almaq və gətirib Kürdəxanı türməsində basdırmaq lazımdır.

Sözümü burda bitirib deyirəm:

Yaşasın DTX!

Yaşasın Əli Nağıyev!

Yaşasın Paşaholdinq!

Yaşasın dəmir yumruqlu müzəffər və əbədi prezident!

Mirzə Əlil

  1. 01. 2024, Samara