
Mən bir dəfə Qurban Məmmədlinin dünya ədəbiyyatını necə bildiyindən yazmışam. Özünü Harvard məzunları ilə müqayisə edən bu adam Mopassanın kim olduğunu, nə vaxt yaşadığını bilmir, oxumadığı, hansısa Paşa Həsənlidən eşitdiyi “Koppuş” hekayəsinin guya faşist Almaniyasında baş verən hadisəni təsvir etdiyini arxayınlıqla, ağzını marçıldada-marçıldada danışır…
Bu adamın tarixdən, ədəbiyyatdan bilikləri sıfır da deyil. Biliyi sıfır olan ağzına su alıb susur. Bu adamın biliyi minusdur. Çünki oxumadığını, bilmədiyini danışmaqdan utanıb-çəkinmir, ona etibar edib qulaq asanı da dolaşdırır…
Bu adam keyfiyyətli təhsil almayıb, hüquqşünas praktikası isə Sabirabadda olub. Sabirabadda soğan, qarpız yetişdirən soydaşımızın humanitar bilikləri nə səviyyədə ola bilərsə, Qurban Məmmədlinin biliklərini də o səviyyədə təsəvvür edin. Bunu mən qərəzlə demirəm. Bakıda, indi də Londonda yaşadığı illərdə bu adam keyfiyyətli kitablar oxumayıb, operaya, flarmoniyaya getməyib, nə Şekspirdən, nə Bayrondan, nə Hendeldən, nə Şubertdən xəbəri var. Bayronun, Şellinin Kitsn vətənində yaşayan, ingilis vergiverənlərinin vəsaiti ilə dolanan bu adam poeziyanın nə olduğunu bilmir, vaxtaşırı hansı deşikdənsə cızmaqaraçıları çıxarıb ona ianə verib maariflənmək ümidində olan insanlara şair kimi təqdim edərək o qədər də sağlam olmayan başlarını daha da korlayır.
Qurban Məmmədlinin yaxşı vaxtları olub. 90-cı illərin məhkəmələrindən çəkilmiş vdeolarda o, əsir götürülmüş, ancaq yenilməmiş, sarsılmamış əsgəri xatırladır. İndi isə qocalmış, qanadları salxan, hər addımında yıxılıb-duran qoca xoruza bənzəyir.
Qurban Məmmədli iddialı adamdır, ancaq özünün məhdudluğu üzündən əlacsız luzerə çevrilib. Bütün hay-küyünə, hərbə-zorbasına baxmayaraq, nə partiyası var, nə də onu dəstəkləyən çoxsaylı tərəfdarları. Bütün səylərinə baxmayaraq YouTube kanalı cəmi 124 min abunəçi yığa bilib. Bu adamların səviyyəsini yazdıqları şərhlərdən görə bilərsiniz. Müqayisə üçün: Qurban Məmmədlinin uzun düşmən siyahısında olan Tural Sadıqlının 630 min abunəçisi var, bu cavan adam, şübhəsiz qüsurlarına baxmayaraq, axtarışda, inkişafdadır.
Qurban Məmmədlinin düşmənləri onun opponentləri deyil, Qurban Məmmədlinin düşmənləri onu ötüb keçənlərdir. Onu ötüb keçəni Qurban Məmmədli şərləməkdən də çəkinmir. Bu, luzerlərin xassəsidir.
Qurban Məmmədli hərdən mənə beş min manat pulu yeyilmiş və aldadılmış, “nişanlısı”nı əğyar ilə görmüş və qoçu çağırmaq qərarına gəlmiş Məşədi İbadı da xatırlardır. Qurban Məmmədlinin adaxlısını indi elə bil Sevinc Osmanqızı əlindən aldırıb. Sabirabad hüquqşünası gecə-gündüz ah-zar edir ki, Osmanqızı onun 54 min abunəçisi olan kanalını bağlatdırıb… Və Qurban Məmmədli Osmanqızının üstünə qoçu göndərmək istəyir. Bakıya zəng edir:
— Alo! Əlyo! Sərdardır?
— Sərdar yox, Sərdar Cəlaloğlu! Sən kimsən?
— Mən sənin atabir, anabir qardaşın Qurban…
— Mən səninlə danışmıram… Atabiriyə də şübhəm var.
— Sərdar, mənim sənə işim düşüb. Mənə qoçu lazımdır. Sevinc Osmanqzının üstünə qoçu göndərmək istəyirəm..
— Ağıllı ol, qoçunun xərci ağırdır, burdan gərək Amerikaya uça. Bir yaxşı şair var, Osmanqızıya tapança gülləsi kimi şeir yazar. Adı da Şəhriyar.
— Bəs Şəhriyar ölməyib?
— Ə, Şəhriyar hara ölür? Klassik ölmür ki. Sən elə əvvəlki kimi başıboş qalmısan. Yazdırım Şəhriyara şeiri, nə deyirsən?
-Yazdır, Şəhriyardırsa, qələminə arxayınam. Paşa Həsənli mənə Şəhriyardan çox danışıb…
Söhbət uzundur… Qurban Şəhriyarın kartına pul atır, Şəhriyar da Sevinc Osmanqıızına minaatan atəşi kimi bir şeir yazır:
Baxışından zəhər, zəqqum tökülür
Gözlərindən kin-küdurət tökülür
İblissən, şeytansan ay Osmanqızı..
Vallah, yaxşı baxanda, Qurban Məmmədli mənə daha çox Sənəmi xatırladır. Kəniz Sənəmi…
30.10. 2023, Samara
