Архив тегов | muğam müsabiqəsi 2013

ƏĞYAR İLƏ GƏZƏN QADINLAR…

“Sən get gecələr əğyar ilə gəz, Qoy sübh eləyim, ah-zar ilə mən” – bu təsnifi Muğam müsabiqəsinin iştirakçısı oxuyur. Bu təsnif on illərdir ki, oxunur. Diqqətlə qulaq asanda görürsən ki, söz yüngül əxlaqlı qadından gedir. Və muğamla oxunan qəzəllərə və təsnif mətnlərinə diqqət yetirdikcə görürsən ki, bizim xanəndələr elə yüngül əxlaqlı qadınlardan oxuyurlar. “Dedim əğyar ilə gəzmə, sənə çox yalvardım…” Bunu Vahid yazıb və ümumiyyərtlə Vahidin vəsf elədiyi qadınlar gecələr (bəlkə elə gündüzlər də) əğyar ilə gəzirlər, yar da gedib əğyarıın qara ciyərinə bıçaq soxmaq əvəzinə oturub ah-zar edir…

Çox qəribə işlərdir bu. Bu sözlərin gündüz-günorta vaxtı arvad-uşağın qabağında oxunmağı da qəribədir. Və daha çox qəribədir ki, televiziyasında bu cür sözlər oxunan dövlət bulvarda öpüşməyi qadağan edir…

SÜRÜDƏN QALAN QOTURDUR…

Sentyabrın 5-də AzTV muğam müsabiqəsi əvəzinə möhtərəm prezident İlham Əliyevin çıxışlarını göstərib…

Aparıcı: İndi də dəyərli münsiflər ifaçını qiymətləndirsinlər.

Ağaxan Abdullayev: Allah ölənlərüvüzə rəhmət eləsin, mən hələ rəhmətlik ulu öndərimizin gözəl çıxışlarını eşidəndə deyirdim ki, kaş öndərimizin oğlu da belə gözəl səslə, belə gözəl avazla çıxış edəydi. İndi görürəm ki, şükür olsun allaha, arzum yerinə yetib. Zat-aliləri çox gözəl çıxış elədi, mən hətta diyərdim ki, bizim möhtərəm prezidentimizin yanında Lenin, Stalin də yalandır. On verirəm!

Səkinə Abdullayeva: Çox qiryətli çıxış elədi möhətrəm prezidentimiz. Salyandakı çıxışı çox qiryətli oldu, o qədər qoçunun, iynəlinin içində çıxış eləmək çox qiryət istəyir, bu, Şuşada çıxış eləməkdən də qat-qat çətindir. On verirəm!

Əlibaba Məmmədov: Məndən tez-tez sorurlar ki, ay Əlibala müəllim, bu çox yaşamağın sirri nədir. Mən indi bu soruşanların hamısına deyirəm: məni yaşadan prezidentimizidir. Nə qədər ki, o belə çıxışlar edir, mənə ölüm yoxdur. Möhtərəm prezidentimiz danışdıqca, mənim ömrümün üstünə ömür gəlir. On verirəm!

Mınsum İbrahimov: Təbii ki, mən də on verirəm!

Arif Babayev: Sürüdən qalan qoturdur, mən də on verirəm!

HƏFTƏ SƏKKİZ, MƏN DOQQUZ…

Aparıcı:

—         Görək dəyərli Ağaxan müəllim ifaçını necə qiymətləndirir.

Ağaxan Abdullayev:

—         Əvvəla mən Mehriban xanıma çox sağ ol demək istəyirəm, ona görə ki, mən bu papağı başımda Mehriban xanımın sayəsində gəzdirirəm…Allah ölənlərüvüzə rəhmət eləsin, mənim rəhmətlik qaynanam diyərdi ki… Əlibaba müəllimin yadında olar…

Əlibaba Məmmədov:

 — Tamamilə doğrudur, yaxşı yadımdadır, çox göyçək arvadıydı, ves Bakı onu tanıyırdı…

Ağaxan Abdullayev:

 -Hə, mənim rəhmətlik qaynanam mənim rahmətlik qaynatama diyərdi ki, sən niyə həftə səkkiz mən doqquz xingal istiyirsən…Ona görə də mən ifaçıya doqquz verirəm…

AY DAD-BİDAD…

Muğam müsabiqəsi: üşşaq-müşşaq əlində qalmışıq…

ZÜMRÜD MƏMMƏDOVA

2013-cü ilin muğam müsabiqəsinin ən parlaq iştirakçısı, mənə görə, Zümrüd Məmmədovadır. Onun ləyaqətləri təkcə səs və texnika deyil. Bunlar çoxlarında var. Elə bu müsabiqənin özü göstərir ki, səsli qızlar çoxdur. Oxumağı da bacarırlar. Ancaq parlaq müğənni üçün bunlar azdır. Müğənni sənətkarlığının ən sirli tərkibi səsin “dadındadır”. Buna “məlahət” də demək olar, ancaq bu, azdır və dəqiq də deyil. Səslərinin bənzərsiz “dadı”, məlahəti Xan Şuşinskini ya İran əfsanəsi Mərziyə xanımı başqa müğənnilərdən ayırır və yüksəklərə qaldırır.

Zümrüd Məmmədovanın başqa bir vacib ləyaqəti bəstəkar yaradıcılığı səviyyəsində olan improvizasiyadır – gözümüzün qabağımda klassik ifaların yeni guşələri, çalarları yaranır, “Heyratı” da iki inci beləcə yarandı. Əlibaba Məmmmədovun “yamaq vurma!” deməyi əslində sarsıntıdan gələn nida idi, çünki görkəmli müğənni başa düşürdü ki, səhnədəki bu qarabuğdayı qıza Tanrıının verdiyi qüdrət onda olmayıb, bu möcüzə ondan yan keçib. Əlibaba Məmmədovda üzə çıxan əsəbilik Salyeri təbiətli qısqanclıq idi.

Yarışda, əlbəttə, akademizmin olmağı yaxşıdır, ancaq improvizasiyasız muğam ifaçılında həyat yoxdur. Bu, idmanda da belədir. Bir vaxt gimnastikada “Korbut düyününü” yaratmış xırda qıza “Yamaq vurma!” desəydirlər, bu idman növü harda olardı?

Zümrüd Məmədovanın ifasındakı xırda qüsurlar (nəfəsinin dolaşmağı, səs yiorğunluğu) təhsil kəmliyindındir, Azərbaycanın xalq müsiqi məktəblərində vokal tədrisi aşağı səviyyədədir, yaxşı olar ki, bu qızla klassik vokal pedaqoqu da işləyə. Ancaq ən böyük təhlükə repertuarla bağlıdır. Əgər bu nadir istedadlı müğənniyə “Mehruban olaq” kimi mahnılar oxutmağa başlasalar, yeni Azərbaycan əfsanəsi başlanar-başlamaz bitər…