Архив тегов | mühacirət hökuməti

MÜHACİRƏT PARLAMENTİNİN İCLASI

 (VODEVİL)

 Tural SADIQLI: Əziz həmvətənlər, icazə verin millətimizin tarixində ən tarixi verilişə başlayım. Bu veriliş adi veriliş deyil, mühacirət parlamentinin iclasıdır ki, burada mühacirət hökumətini seçəcəyik. Bəyənin, paylaşın ki, bütün dünya bu tarixi verilişə baxa bilsin.

Əziz həmvətənlər, əslində bizim parlamentimiz hazırdır, qalıb cpikerin seçilməyi. Mən bu vəziifəyə xalqımızın görkəmli xadimi Qabil Məmmədov-Türkoğlunu təklif edirəm. Ayrı təkliflər varmı?

QABİL: Əə, ayrı təklif nədir? Ayrı təklifi olanın mən anasını, bajısını…

Tural SADIQLI: Onda Qabil Türkoğlu yekdilliklə mühacirət parlamentinin sədri seçilir. Qabil bəy, buyurun, söz sizindir.

QABİL: Əə, mənim yanımda ayrı kim danışa bilər? Danışanın ağzı da cırılar, ayrı yeri də. İlqar bəy, o içdiyin pivədir? Ondan ötür maa, içməsəm, iclası apara bilmərəm.

İlqar HACIYEV: Qabil bəy, bu, rus vodkasıdır, nemis pivəsiylə qarışdımışam.

QABİL: Ver gəlsin, mənim malımdır. İçməyəndə başım xarab olur, ana-bajı söyürəm.

İlqar HACIYEV: Mən də axır vaxtlar matnan ruqatsa eliyirəm. Çünki Əliyev mənim beş milyard pulumu yeyibdi.

Tural SADIQLI: İlqar bəy, biz  reqlamentlə gedək, o beş milyardın üstüə gələcəyik, xalqımıza bütün sirləri açacağıq.

QABİL: Əə, maa bir dallıq seçin ki, mən issirahattığ eliyəndə iclasları yola verə bilsin. Mən şəxsən özüm üçün Məhəmməd Mirzəlidən yaxşı dallıq görmürəm. Yaxşı danışıq qabiliyyəti var, maa çatmağna çox qalıb, ancaq dallığa yarıyar.

Tural SADIQLI: Çox gözəl namizəddir. Elə mən də onu təklif eləmək istəyirdim. Bu da Məhəmmədin özü. Başı telefona qarışıb. Məhəmməd Azərbaycanda baş verənləri çox diqqətlə izləyir. Məhəmməd! Məhəmməd!

MİRZƏLİ: Tural, yaxşı kayflanırdım, yarımçıq qoydun.Burda parnuxaya baxırdım. Yaxşı xanımlara rast gəmişdim, anam-bajım olsunlar…

Tural SADIQLI: Səni Qabilin dallığı qoymaq istəyirik, nə deyirsən?

MİRZƏLİ: Kim kimin dalında olajax?

QABİL: Əə, oçeretnən olasıyığ. Darıxma.Mən səni obijat eləmərəm.

Tural SADIQLI: Cənablar, Qurban Məmmədlini hökumətə dəvət edəkmi? Məsələn, ədliyyə naziri. Hüquqşünasdır.

QABİL: ƏƏ, itir o yana o ermənini, mən onun… Onun harası hüquqşünasıdır? Dalı, qabağı? Mənim bax buram ondan yaxşı yuristdir, istəyirsiniz çıxarım göstərim.

Tural SADIQLI: Gələn iclasda göstərərsən.

İlqar HACIYEV: Aliyev mənim beş milyardımı yeyibdir. Burda bir az ayıbdır, yoxsa mamtnan ruqatsa eliyərdim…

Tural SADIQLI: İlqar bəy, sizə söz verərəm, indi bizə Amerikadan Ərəstun Oruclu zəng edir.

Ərəstun ORUCLU: Tural bəy, mən hamınızdan üzr istəyirəm, xüsusən Qabil bəydən dönə-dönə üzr istəyirəm…

QABİL: Əə, o oğraş nə deyir? Mənim üzümü söyür? Mənim üzümü söyənin mən ağzını… Gəlsin, dağıdım onun…

Tural SADIQLI: Qabil bəy, Ərəstun bəy elə demədi, özü də Ərəstun bəy Amerikadadır, birləşmiş ştatlarda…

QABİL: Əə, İlqar, səndə pul olar, mənə bir bilet al o Amerikadır, nədir, ora, gedim orda Ərəstunun bütün ailə üzvlərini…

İlqar HACIYEV: Qabil bəy, mənim pullarımı Əliyev yeyibdir…

QABİL: Əə, məndən pul gizlədirsən, krısa, səni bu saat cırıq-cırıq elərəm…

İlqar HACIYEV: Qabil bəy, sən məni məcbur edirsən ki, mən də matnan ruqatsa eləyim…

Qabil atılır İlqar Hacıyevin üstünə, Tural Sadıqlı qalır ayaq altda, ara qarışır…

Mirzə ƏLİL

08.12. 2023, Samara

TURAL SADIQLI HİÇKOKU KEÇİB…

Tural Sadıqlı 3

Qərbdə yaşayıb You Tube kanalları işlədən müxalifətçilər “saspens” janrını elə mənimsəyiblər ki, ustalıqda Hiçkoku da ötüblər.

Ərəstun Oruclu vaxtaşırı  elan edir: “Məndə konfidensial məlumat var. Baş prokurorluqdan pozitiv addımlar gözləyirəm. Bir həftə vaxt verirəm. Atmasa, məlumatı yayacağam”.

Bir həftə keçir. Baş prokuror neqativ addımlamağa davam edir, çünki ölkənin addımlamaq qaydası belədir. Ərəstun Oruclu baritonunu basa endirib məlumatını yayır. Məlum olur ki, məlumat hem məlumat deyilmiş, rus demişkən, “pşik” imiş. Amerikada yaşayan Ərəstun Təzə bazardakı alverçidən nəyi çox və yaxşı bilər? Əlli il bundan qabaq guya təhlükəsizlik orqanlarında işləyib… Bizim milli Ştirlits… Qalıb kino çəkmək…

Hələ Qurban Məmmədlini demirəm… “Əziz həmvətənlərini” elə intizarda saxlayır ki, infarkt alanların olduğuna şübhə eləmirəm. Nəticədə çayxanalarda üç il bundan qabaq danışılan əhvalatı şiə mollaları kimi avazla danışır və tələb edir ki, qonorarını təcili göndərsinlər…

Son vaxtlar Ərəstunun və Qurbanın cavan bir konkurenti meydana atılıb: Tural Sadıqlı. Bir həftə idi  Baş prokurordan “pozitiv addımlar” tələb edir, əks təqdirsdə “bomba” video yayacağını bildirirdi. Baş prokuror, həssas adamdırsa, yəqin ki, bu həftə içində bir neçə dəfə şalvarıbnı isladıb…

Tural bəy də Baş prokurorun əvvəlki kimi neqativ yeridiyin görüb “bomba” videosunu yaydı.

Çox məyus oldum. Bir həftə nahaq yerə “saspens” halında olmuşam. Çörək boğazımdan keçmirdi…

Videoda bir azərbaycanlı arvad pul sayır, onun türk əri isə onu telefona çəkir. Arvad pulu saya-saya danışır, hərdən burda yazılası mükün olmayan sözlər də işlədir, ad çəkir, guya saydığı pulları aparıb Tərtər prokuroruna verəcəklər…

Birinin evində pul saymağı nə vaxtdan cinayət olub? Vallah, mən ömrümdə o qədər pul görməmişəm, pul saymağım da yadıma gəlir. Pensiyamı atırlar karta, məndən qabaq kommunalçılar öz xərclərini kartdan çıxırlar, elə baxa-baxa qalıram…

Deyək ki, mənm pulum var, mən pulu sayıram və özümü telefona çəkdirirəm. Hələ vilayət prokurorunun adını da çəkirəm.

Burda cinayət varmı? Cinayət varsa, onu mən törədirəm, çünki prokurora şər atıram.

Prokurorun o pulu aldığına Turalın nə sübutu var?

Tural “əziz həmvətənlərini” dolayıb? Onları hərif sayır?

Tural Sadıqlı deyir ki, mühacirət hökuməti qurur. Belə adama hakimiyyət etibar eləmək olarmı?

Vallah, bu adamlar müxalifətçiliyi özləri gözdən, hörmətdən salırlar. Kasıblar üçün şoumenlikdən başqa heç nəyə yaramırlar.

“Əziz həmvətənlər” isə bu verilişlərə baxdıqlara vaxtı dəyərli bir məşğələyə sərf etsələr yaxşıdır. Məsələn, Hiçkokun filmlərinə baxsınlar…

Mirzə ƏLİL

  1. 11. 2-23, Samara