Архив тегов | Musa Qurbanov

QURBAN QURBANOV: «MÜHARİBƏ DÖVRÜNDƏ ALİ KOMANDANIN GÜCLÜ DÖYÜŞÇÜLƏRİ VAR İDİ…»

qurban qurbanov

Qurban  Qurbanov Bakıda Braqaya 2:3 hesabı ilə uduzub səkkizdə bir finala çıxandan sonra müstəsna natiqliq və nitq mədəniyyəti nümayiş etdirirdi.

“Müharibə dövründə ali komandanın güclü döyüşçüləri var idi”.

Bu cümləyə YouTube-da qulaq asıb kömpüterdə yığandan sonra uzun-uzadı ekrana baxır və mat qalıram.

“Surəti-halım görən surət xəyal eylər məni”.

Bunu Qurban Qurbanov deməyib, Məhəmməd Füzuli deyib. Onun vaxtında ingilislər hələ futbolu yaratmamışdılar.

Qurban Qurbanov sonra deyir:

“Oyundan əvvəl söhbətimiz olmuşdu ki, biz bu gün meydanda döyüşməliyik”.

Bütün dünyada futbolçular oynayırlar, çünki futbol oyundur, çünki ingilislər onu əyləncə və yarış üçün yaradıblar. Döyüş üçün yox. Təkcə Azərbaycanda futbolçular döyüşürlər. Xüsusən alınma futbolçular. Onlar Azərbaycan üçün dallarını cırmağa hazırdırlar. Pullarını ver, dalına bax.

Qurban Qurban Qurbanov yenə aldı, görək nə dedi:

“Seçkilərdən bir gün sonra qalib gəldik”.

Pardon, hansə seçkilərdən sonra? Məgər Azərbaycanda seçki olub? Olubsa, kimlə kim arasında?

Qurban Qurbanov dayanmır:

“Bizim etdiklərimiz şəhidlərimizin etdikllərinin bir faizi də deyil”.

Aha! Bəs onda sənin maaşın şəhid ailələrinə verilən qədər yox, 100 min manatdır?

Şəhidlik belə şərəflidirsə, niyə oğlun gedib vuruşmur, xaricdə top qovur?

Qurban Qurbanov, sənin şəhidlərlə nə işin var? Sabah Bayer sənin ….dağıdanda xalqa, şəhidlərə nə deyəcəksən?

“Qarabağ” hələ futboıl komandası deyil, bahalı mulyajdır. Avropa stadionlarına baxın: hətta Sekundanın, Çempionşipin oyunlarında 60-70 min tutan stadionlar dolu olur. İnsanlar əylənirlər, dincəlirlər. Onların əylənməyə, dincəlməyə pulu var.

Mənə bu günlərdə İnternetdə bir futbol translyasiyası rast gəldi. Naxçıvan oynayırdı. İkinci komanda yadımda qalmadı. Stadion bomboş idi. Elə bil oyun başlanmamışdan qabaq neytron bombası atmışdılar.

Adamların əylənməyə, dincəlməyə, həvəsi və pulu yoxdur. Adamların yığılmağını isə Əliyev istəmir. Bir gün yığılarlar, iki gün yığılarlar, üçüncü gün Təbrizdə olduğu kimi siyasi şüarlar səslənər…

Qulaqlara qurğuşun…

Bayerlə oyunu səbirsizliklə gözləyirəm.

X.X.

24. 02. 2024, Samara