Архив тегов | Müslüm Maqomayev haqqında şeir

MÜSLÜMÜN SƏSİ

08.06 2020

Hərdən, təsadüfən həm,

Müslümün səsini mən,  

Elə ki eşidirəm  —

Yadıma düşür Vətən.

 —

Nəğməsi yad dildədir,
Gəlir ritmi də qərbdən.

Qəlbi ancaq titrədir –

Yadıma düşür Vətən.

 —

Duyuram soyuq, ögey
Bakıya sevgi birdən.

Sönükür küsü, giley –

Yadıma düşür Vətən.

 —

Tiranla dostluğundan
Pərt olsam da necə mən,
Harda eşitsəm, haçan –

Yadıma düşür Vətən.

22. 08. 2022, Samara