Sektant? İnqilabçı? Poetik düha?
Ya müşrik, özünü həqqə tay tutan?
Əsaslar sarsıdan, sökən əjdaha?
Ya təzə fikirli qabaqcıl insan?
+
Edam elədilər onu Hələbdə,
Bakıda heykəli ucalır indi.
Kim ancaq Nəsimi yolunu gedə —
Yeri Kürdəxanı türməsindədir…
04.11. 2022, Samara
