Архив тегов | Namizəd Səfərov Azad söz

NAMİZƏD SƏFƏROVUN DOZASI BƏLKƏ BİR AZ ARTIQ OLUB?

namizəd səfərov

Azərbaycanın Belorusiyadakı səfiri Namizəd Səfərova zəng vurub deyib ki, prezident Lukaşenko onu Belorusiya dövlət televiziyasında yaxşı vəzifəyə dəvət edir. Namizəd bir az şok keçirəndən sonra özünə gəlib deyib: “Bu təklif mənim üçün şərəfdir, mən Lukaşenkonun aşiqiyəm. Ancaq mən belorus dilnini bilmirəm”. Səfirimiz deyib ki, Lukaşenko özü də belorus dilini bilmir, belorus dili ümumiyyətlə Belorusiyada qadağandır, bu dildə ancaq xaricə qaçmış vətən xainləri danışırlar. Belorusiyada bir dil var, o da rus dilidir. Namizəd Səfərov utana-utana deyib ki, rus dilini də bilmir. Səfir deyib ki, eybi yox, mən burda özüm sənə tərcüməçilik eləyəcəm.

Sonra səfir Namizədə deyir ki, onun “Azad söz” kanalında çıxışından Belorusiyada xəbər tutub Lukaşenkoya məruzə ediblər. Bu çıxışında Namizəd Səfərov Lukaşenkoya

diktator deyənləri böhtançı adlandıraraq Lukaşenkonun nümunəvi liberal və demokrat olduğundan, xalqla daim yaxın ünsiyyətindən, hətta müxalif jurnalistlərlə vaxtaşırı görüşüb onları maraqlandıran suallara ətraflı cavab verdiyindən danışıb. Yəni Lukaşenkonu o qədər tərifləyib ki, Lukaşenkonu tərifləməkdən dilləri qabar olmuş belorus jurnalistləri məəttəl qalıblar. Lukaşenko məruzəni eşidən kimi deyib: «O unikomu təcili bura dəvət edin. Ona yüksək maaş, şoferli iki maşın, iki-üç qəşəng məşuqə təyin edin. Bizim adamdır”.

İndi yəqin Namizəd ya yoldadır ya da yola hazırlaşır…

Düzü, mən “Namizəd” adı eşidəndə Məşədi İbadın faciəyə çevrilmiş toy əhvalatı yadıma düşür: “Qızın iki namzadı var…”

İndi fikirləşirəm: bəlkə Azərbaycanda iki Namizəd var? Biri hüquq müdafiəçisi, demokrat, biri isə Lukaşenkonun fanatı.

Əgər mən görən Namizəd ikinci Namizəd idisə, Tural Sadıqlı onu niyə kanalına dəvət edib?

Namizəd salyanlı deyil ki? Deyırəm bəlkə verilişdən qabaq studiyada özünü sərbəst hiss etmək üçün bir az o şoğəribdən qəbul edib və dozası artıq düşüb?

Dünəndən baş sındırıram.

Bəlkə Tural Sadıqlı da Tural Sadıqlı deyilmiş? Ya başqa Tural Sadıqlı imiş?

Mirzə Əlil

14. 11. 2023, Samara