Архив тегов | Neftçala rayonu Ərəbqardaşbəyli k

DİNDARIN YERİ MƏSCİDDİR, MEYDAN DEYİL!

Əslində hər bir Azərbaycan kəndinin Nardarana çevrilmək təhlükəsi var və indinin özündə neçə belə Nardaranın olduğunu ancaq güman etməl olar.

Son beş-altı il ərzində kənddə keçirdiyim bir aya yaxın vaxt mənə haram olur – hər gün azı iki dəfə kəndin ortasında Qorbaçov dövründə tikilmiş məsciddə qoyulmuş dinamiklərlə azan verilir, iranlıların ifasında yazılmış azan elə ucalıqda səsləndirilir ki, evin köhnə divarları titrəyir. Bizə bu azan lazım deyildi, biz onu sifariş etmənişdik – mərhum anam dindar deyildi, mən dindən uzağam – mənə niyə azanı zorla eşitdirirlər? Kim məscidə yığılmış beş-altı adama bu hüququ verib ki, gündə bir meçə dəfə kənd sakinlərinin rahatlığını pozsun? Mən bilirəm ki, lap məscidin yanındakı evlərdə ürək xəstələri var və belə uca azan səsi onlar  üçün işgəncədir.

Mən orda bu mövzuda danışanda qonşular mənə tövsiyyə edirdilər ki, danışmayım. “Qulaqlarına çatar!”

Dəhşətdir! Mənə öz evimdə işgəncə verirlər, mənsə sarımı udub dururam. Heç bir hüquqi hakimiyəti olmayan beş-altı adam kənd sakinlərinin ürəyinə qorxu salıblar! Səhər onlar əllərinə tüfəng götürsələr, kim onların qabağına duracaq?

Məsələ burasındadır ki, hökumət özü bu situasiyanı yaradır. Hökumət özünüidarəni hər cür formada məhv edir. İncanlar hətta kənd bələdiyyəsini də özləri seçə bilmirlər – seçki oyuna çevrilir, bələdiyyə üzvləri rayon mərkəzindən təyin olunurlar. Və belə saxta bələdiyyənin heç bir fəaliyyəti, nəticə olaraq heç bir hörməti yoxdur. Kəndin icma işləri məscid tərəfindən tənzim olunur – xüsusən dıfn mərasimləri,-  kənddə bu, çox vacibdir. Və tədricən məscid özünüidarə orqanına çevrilir. Heç bir siyasi partiya, siyasi fəaluiyyət yoxdur və ola bilməz, yeganə mütəşəkkil qüvvə — məscidə yığışan kəmsavad, ancaq əzmli, qətiyyətli, radikal hərəkətlərə hazır insanlardır. Onların bütün hakimiyyəti almağı ancaq vaxt istəyir.

Radikalları tutmaqla iş bitmir. Cəmiyyədəki liberal azadlıq rejimi yaratmaq lazımdır, ateistlərin, başqa məzhəbdən olanların hüquqları tam qorunmalıdır, özünüidarəni boğmaq yox, dəstəkləmək lazımdır. Kəndlərə mədəniyyəti zorla, Pasternakıb dediyi kimi, kartof kimi əkmək lazımdır, kəndlərə kino gəlməlidir, teatr, konsert gəlməlidir. Dini ideologiyanın qabağında daha güclü alternativlə durmaq olar.

Ölkədə siyasi həyatı bərpa etmət lazımdır. Türməyə salınmış siyasətçilər buraxılmalı, əhalinin siyasi-ictimaihəyata qatılması üçün şərait yaradılmıldır.

İslamı isə heç bir formada siyasətə və hakimiyyətə buraxmaq olmaz…