Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, amerikalıların acığına dustaqları buraxmayacağıq…
Sovet dövrünü görmüş insanlar, kənddə yaşayıblarsa, kolxoz qarovulçusunun nə olduğunu bilir. Bu qarovulçularda Napoleon iddiaları vardı, bəziləri tutub dama saldıqları mal-heyvanın yiyələrinin ata-anasını da söyürdü…
Əslində Oqtay Əsədov spiker deyil, çünki Azərbaycanda parlament yoxdur, Əsədov spiker səlahiyyətləri almış qarovulçudur…
“Qaçın qarovulçu gəldi,
Qoçu oğlu qoçu gəli…”
Bunu mərhum İsa İsmayılzadə yazıb. Onun uşaqlıq dövründəki qarovulçular kolxoz tarlasında üç sünbüllə tutduqları insanları gedər-gəlməzə göndərirdilər…
“Amerikalıların acığına…”
Dustaq – Azərbaycanın ümidi, gələcəyi ola biləcək İlqar Məmmədovdur…
Dustaq – hər hənsı başqa ölkə üçün başıucaıq gətirə bilən Xədicə İsmayılovadır…
İnanmaq çəıtindir ki, Azərbaycan işğal olunmayıb və Oqtay Əsədov işğalçı deyil…
Qarovulçu qurumsaq…