
Ağlın çoxluğu da yaxşı şey deyil, ağlın çoxluğundan bəzi insanlarda xəstəlik yaranır ki, buna da “ağıldan bəla” deyirlər. Rus şairi və dramaturqu Aleksandr Qriboyedov hətta bu barədə bir pyes yazıb. Adı da “Ağıldan bəladır”.
Mənə elə gəlir ki, Ərəstun oruclu da ağıldan bəla azarına tutulub. Mən Ərəstun Oruxlunu son illər təlaş və həyəcanla izləyirim, bilirdim ki, gec-tez onun unikal və tükənməz ağlı başına bəla olacaq. İndi görürəm ki, olub.
Ərəstun Oruclunu sevən mnlərlərlə soydaşıma dərin hüznlə başsağlığı verirəm. Ərəstun Orucluya şəfa arzulayıram, ancaq dərin hüznlə başa düşürəm ki, ağıldan bəla xəstəliyinin müalicəsi yoxdur.
Ərəstun Oruclu may ayının 12-də Qurban Məmmədli ilə söhbətində elan elədi ki, Hepatit C adlı xəstəlik yoxdur, bu xəstəliyi lotular və fırıldaqçılar, mafioz qruplar uydurublar ki, bahalı və əslində zərərli dərmanları satıb xəstələri soysunlar.
Ərəstun Oruclu deyir:
“Bir həkim tanışımdan soruşdum: “Sən hepatit C-dən neçə nəfərölən görmüsən? Dedi görməmişəm”
“Amerikada kimə desən Hepatit C, gülərlər”
Mən azərbaycanca, rusca vikipediyalara etibar etməyib, ingliscəsinn açıb Hepatit C xəstəliyinə həsr olunmuş məqaləni açdım. Mqalə çox böyükdür, tibbi savadım olmadığına görə mənim üçün mürəkkəbdir. Bir neçə informatif fraqmenti azərbaycancaya çevirdim.
“2019-cu ildə bütün dünyada 58 milyon insanın HepatitC-yə yoluxduğu təxmin edilirdi. 290000-ə yaxın insan virusdan, əsasən virusa aid edilən ciyər xərçəngindən və sirrozdan ölüb”.
“Hepatit C-nin mövcudluğu 1970-ci illərdən güman edilib və 1989-cu ildə sübut olunub”.
“1970-ci illərin ortalarında Yoluxucu xəstəliklər bölməsinin rəhbəri Harvey J. Alter və onun araşdırmaçı komandası nümayiş etdiriblər ki, post-transfusion hallarının çoxunu Hepatit A və Hepatit B-yə xas olan viruslar törətməyib”.
“Hepatit C-virusunun mövcudluğunu Alter 1988-ci ilin mayında Vaşinqtonda ətbuat konfransında təsdiq edib”.
“Hepatit C nəhayət, 2005-ci ildə yapon komandası molekulyar klonu çoxalda biləndə, «açılmışdır.”
“5 oktyabr 2020-ci ildə Houghton and Alter, Charles M. Rice ilə birlikdə tibb sahəsində Nobel mükafatına layiq görülüblər”.
Mən Ərəstun Oruclunun azarlı olduğuna şübhə eləmirəm. Ancaq bəlkə mən yanılıram? Bəlkə Ərəstun xəstə-zad deyil, buğa kimi sağlamdır? Bəlkə Ərəstun bəy DTX-nın tapşırığını yerinə yetirir? Məqsəd? Məqsəd — Qurban Məmmədlini gözdən salmaq! Onun elmə, elmi nailiyyətlərə qarşı çıxdığına, ağır xəstəliyə tutulmuş insanları müalicədən çəkindirdiyinə Britaniya dövlət orqanlarını inandırıb verilişini bağlatdırmaq öüzmü də Azərbauycana ekstradisiya etdirmək!
Bilmirəm bu versiyalardan nahsı yaxşıdır: Ərəstunun xəstə olmağı da məni darıxdırır, oun xain və provakator çıxmağını da istəməzdim…
Bir xalq şairi yazmışdı ki, xəyanətdən ölüm yaxşıdır…
Hərçənd özü şərəfsizin biri idi…
Mirzə ƏLİL
13.05. 2024, Samara