Bəzən deyirlər Azərbaycanda kişi yoxdur (bunu deyənlər, əlbəttə, başlarından yekə qələt eləyirlər), ancaq əslində Azərbaycanda arvad yoxdur, inanmayan Azərbaycanın yeni hökumətinin tərkibinə baxsın,elə bil qey klub üzvlərinin siyahısıdır…
Архив тегов | prezident seçkiləri
ALLAHŞÜKÜR PAŞAZADƏ ŞEYTANLA NECƏ ƏLBƏYAXA OLDU
Hacı Allahşükür Paşazadə Məkkədə səs verib. Deyilənlərə görə, səs verərkən Allahşükür Şeytan ər rəcimlə əlbəyaxa olub, Allahın lənətinə gəlmiş Hacıdan tələb edirmiş ki, Hafiz Hacıyevə səs versin, Hacı nə qədər çalışıb Şeytanı başa salsın ki, Hafiz elə İlhamın adamıdır, Şeytan özünə qoyulmayıb. Allahşükür özünü itirməyib, Məkkəyə gedəndə Qaradağ karxanasından xeyli daş götürüb əbasının cibini doldurubmuş, çıxarıb bu daşları çırpıb Şeytana, lənətə gəlmiş qıçlarınını arasını tuta-tuta qaçıb, Hacı da rahatca səsini verib İlham Əliyevə…
QƏRİB CANIMIZA AND OLSUN
Azərbaycandan xəbər verirlər ki, İlham Əliyev Qurana əl basıb and içib. Ömürlük prezident həmçinin Ətağanın cəddinə və üç milyon mühacir azərbaycanlının qərib canına and içib.
BU TACİKLƏR BİZDƏN NƏ İSTƏYİRLƏR?
Tezliklə Tacikistanda prezident seçkiləri olacaq, Bakıda qorxurlar ki, taciklər bizsən də şəffaf, bizdən də ədalətli seçki keçirib Azərbaycanı hörmətdən salalar. Bu taciklər bir dəfə onsuz da Əliyev bayrağından da uca bayraq dikəltməklə azərbaycanlıların qeyrəinə toxunublar…
BƏY TƏRİFİ
Dəryada oynayır Nuhun gəmisi,
Buyursun, səs versin Cəlal əmisi.
Yoxdur analoqun, Azərbaycanım!
Səs versin İlhama Mehriban xanm.
Üzümüz ağarır qara kürüylə,
Bir səs də Paşayev Havizdən gələ.
Salyan ad çıxarıb qoçularıyla,
Əziz atasına səs versin Leyla.
Baobab bəzəyir bulvarımızı,
İndi də səs versin Nərgiz baldızı.
Gözəl Gədəbəyin daşı qızıldan,
Bir səs gözləyirik Arzu qızından.
Ucaldı Bakımız qul əməyindən,
Arif qayınatası səs verər indi.
Kor qoyur buldozer ev tikənləri,
İndi də səs versin kürəkənləri.
Minir Əliyevlər xalqı əlli il,
İndi də səs versin bacısı Sevil.
Yağı məskənidir Şuşa qalası,
Gün olsun, seçilsin Heydər balası.
EY HƏYAT, SƏN NƏ QƏRİBƏSƏN!
CABİR NOVRUZA NƏZİRƏ
Gör nə xoşbəxt doğuldum bu dümyada,
Heydərin oğlu oldum bu dümyada,
Atam getdi, mən qaldım bu dünyada,
Ey həyat, sən nə qəribəsən!
Nəqərat:
Dillənərsə müxalifət,
Yeri türmə, ya da qürbət,
Nə BMT, nə də ATƏT
Edə bilməz başqa söhbət
Aylar keçir illər keçir, axın olur,
Başqa yerdə vəzifədən çıxan olur,
Bizim eldə ömür boyu paxan olur,
Ey həyat, sən nə qəribəsən!…
Qiymətim yox, qiymtəsiz bir inciyəm,
Deməyin ki, mən faiz girinciyəm —
Neçə seçki ola mən birinciyəm,
Ey həyat, sən nə qəribəsən!
Nəqərat
Əmilər dayılar iş başındadır,
Arvadın sərvəti başından aşır,
Oğlum Heydər hələ gənc yaşındadır,
Ey həyat, sən nə qəribəsən!
Nəqərat
Qızıl içindədir hər iki qızım,
Kefdədir qaynatam, həm də baldızım,
Yellənir bayrağım, yanır ulduzum,
Ey həyat, sən nə qəribəsən!
29.09. 2013 Samara
NECƏ YAŞAMAQ İSTƏYİRİK?
Müxalifətçilər iddia edirlər ki, Azərbaycanda əhalinin doxsan faizi rejimdən razıdır. Bu, çox şübhəli iddiadır.
Adamlar nədən narazıdırlar? Adamların fikri yalnız indikindən yaxşı yaşamaqdır ya başqa cür yaşamaqdır? Əgər adamların hətta doxsan faizi yox, hətta əlli faizi də başqa cür yaşamaq istəsəydi, bu, hökmən gözə dəyərdi. Göstərin bizə başqa cür işləmək istəyən müəllimlərin məktəblərini! Başqa cür yaşamaq istəyən həkimlərin palatalarını! Başqa cür yaşamaq istəyən məmurların ofislərini! Başqa cür yaşamaq işləyən professorların kafedralarını, auditoriyalarını? Niyə görə bütün məktəblər təxminən eynidir? Və bütün ofislər, kafedralar, palatalar bir-birindən seçilmir? Niyə görə əhalisinin doxsan faizi guya başqa cür yaşamaq istəyən, rejimlə siyasi, ideoloji və hətta estetik cəhətdən müxalif olan ölkəyə girəndə özünü quldurxanada ya cəngəllikdə hiss edirsən?
Mənə eə gəlir ki, əhalinin narazılığını onun rejimi dəyişmək arzusu kimi qələmə vermək illyiziyadır, təhlükəli aldanışdır. Əlbəttə, başqa cür yaşamaq istəyən adamlar var, ancaq onlar doxsan faiz deyil, onlar azdır, bəlkə də doqquz faizdir, buna görə nəinki ölkədəki idarəni, hətta bir məhəllənin də idarəsi,birgəyaşayış qaydaları dəyişmir. Biz əvvəlki kimi tayfaçıyıq, qohumbazıq, rüşvətverənik, rüşvətalanıq, vergi verməyi sevmirik, işığı, qazı fürsət tapdıqca oğurlayırıq, xəstəxanaları, məktəbləri evlərə köçürük- və bütün bunlarda təkcə rejim günahkar deyil, əsas səbəb odur ki, biz başqa cür yox, yaxşı yaşamaq arzusundayıq.
ARAZ ƏLİZADƏ EHSAN YUXASINA BÜRÜNÜR
Azərbaycan vətəndaşları Mərkəzi Seçki Komissiyasına şikayət ediblər ki, son vaxtlar onlara paylanan ehsan yuxasının arasından halva əvəzinə Araz Əlizadənin təşviqat bukletu çıxır.
XALQ HAFIZ HACIYEVİ DƏSTƏKLƏYİR
İlk televiziya debatlarından sonra minlərlə Azərbaycan vətəndaşı İlham Əliyevə məktub yazaraq ondan öz namizədliyini Hafiz Hacıyevin xeyrinə geri götürməyi xahiş edir. Eyni zamanda vətəndaşlar xahiş edirlər ki, Mehriban xanım yenə birinci xanımlığında qalsın və muğamata rəhbərliyini davam etdirsin.
BIR ŞƏRTLƏ…
Azərbaycan xalqının doxsan faizi Cəmil Həsənliyə səs verməyə hazırdır, bir şərtlə ki, Mehriban Əliyeva yenə birinci xanım olsun.