Архив тегов | qəbiristanlıq

SAŞA ÇORNI. QƏBİRİSTANLIQDA

saşa çornı

Bu, yaz fəslidirmi,  boz payız ya da?

Əsir cökələr və tozağacları.

Qarğalar hərlənir qüssəli halda.

İslanmış papağı üstdə şamların,
+

Xaçlar avazıyıb burda, həm çəpər,
Üşüyür buranın kolları, qumu,

Tutqun sarılıqla çıraq közərər,

Əbədi qüssənin mayağı kimi.

 +

Süpürüb aparır köçəri külək,

Nə vaxtdan kollarda yatan torpağı

Sinəyə dəmir mıx batırılan tək,
Ümid itimindən ürəkdə ağrı.

 +

Qəbir daşlarının üstə yıxılmaq,
Nə görmək, çağırmaq, gözləmək ya da.

Sonu görünməyən yuxuya dalmaq,
Əbədi qapalı səmanın altda.

 1910

ruscadan tərcümə

16.09. 2024, Samara

++++++++++++++

САША ЧЕРНЫЙ

НА КЛАДБИЩЕ

Весна или серая осень?
Березы и липы дрожат.
Над мокрыми шапками сосен
Тоскливо вороны кружат.
Читать далее

Aleksandr PUŞKİN. «ŞƏHƏR HƏNDƏVƏRİNDƏ FİKİRLİ DOLAŞARKƏN…»

ПУШКИН

Şəhər həndəvərində  fikirli dolaşarkən,
Kütləvi məzarlığa nədənsə baş çəkirəm.

Barmaqlıqlar, sütunlar, dəbdəbəli qəbirlər,
Paytaxtın ölənləri altda çürüyüb gədər,

Yaş torpağa düzülüb sıx sıralarla onlar,

Sanki kasıb evində yığılab ac qonaqlar.

Məmurlar və tacirlər məqbərələrdə yatar,
Ucuz oyma naxışdan bəzək-düzəkləri var.

Şeirlə  ya nəsrlə ətraflı sadalanır,

Ölənin xidmətləri, əxlaqı, adı-sanı.

Kefcil arvadı anır sağkən aldanan əri;

Oğrular urnaları aparıb, qalıb yeri.

Burda təzə qazılmış neçə nəm qəbir də var,
Elə bil əsnəyirlər sakin intizarında –

Baxıram, qarışdırır fikirlərimi onlar,
Qəlbimdə indi kin var, həm də ağır hüzn var.

Tüpürəsən, qaçasan…

Necə sevirəm ancaq

Nəsil məzarlığına gedib kənddə baş çəkəm,
Təntənəli sükuta orda qərq olub aləm.

Orda genişdir yeri bəzəksiz qəbirlərin,

Qaranlıq gecələrdə ora oğru da girmir.

Sarı mamırlı qədim daşlara baxa-baxa,
Kəndli keçər fikirli, ağzı dua oxuyar.

Nə vəcsiz urnalar var,  piramidalar nə də,
Nə burunsuz dahilər, nə cındır ilahələr.

Üstündə məzarların qalxıb möhtəşəm palıd,
Əsir və şırıldayır…

 

14 avqust 1836

ruscadan tərcümə

25.03. 2020, Samara

 

Когда за городом, задумчив, я брожу
И на публичное кладбище захожу, Читать далее