Архив тегов | qəlb

F.İ. TYÜTÇEV. SEVİRİK BİZ NECƏ QƏDDARLIQLA…

                                           

О, как убийственно мы любим,
Как в буйной слепоте страстей
Мы то всего вернее губим,
Что сердцу нашему милей!

 

 

Sevirik biz necə qəddarlıqla,

Kor olub qızğın ehtiraslardan

Nə yaxın qəlbə, nə əzizsə daha,

Ona həmişə vermərik biz aman.

 

Öz qələbənlə, söylə, çoxdanmı,

Öyünürdün “Mənimdir o!” deyə.

Bir il də keçməyib heç. İndi hanı?

Soruş öyrən ki, salamatdı nəyi.

 

Hanı yanaqların zərif çiçəyi,

Hanı dodaqdakı təbəssüm, hanı?

Gözdəki atəş. Onları yəqin,

Yaxdı qaynar nəmi göz yaşlarının.

 

Yadındamı  sizin görüş vaxtı?-

İlk görüş, sonrası bəlalı görüş.

Gözlər əfsun dolu, sözlərsə axır,

Və körpələrdəki tək canlı gülüş.

 

Bəs indi nə? Hanı bunlar de görək?

Və belə çoxmu uzandı bu yuxu?

Əfsus olsun ki, bir şimal yayı tək,

Gedəri bir qonaq imiş — yoxdur.

 

Onun üçün sənin eşqin oldu,

Taleyin sərt və amansız hökmü.

Və həyatında əks olub qaldı,

Bir səbəbsiz ləkə və eyb kimi.

 

Mərhumiyyətli, iztirablı həyat!

Onasa indi qəlb diyarında,

Qalırdı təkcə anımlar, heyhat,

Döndülər onlar da!

 

Və həyatdanda o qorxan, çəkilən,

Yox daha cazibə də…

Könüldə hər nə varsa qönçələnən,

Daş ürək kütlə tapdayıb əzdi.

 

Nəyi bu sonsuz əzablardan axı,

Kül kimi qoruya bilmiş yalnız?

Təkcə hiddət və kin dolu ağrı,

Sevincsiz ağrı və göz yaşlarınız.

 

Sevirik, ah, hecə qəddarlıqla,

Kor olub qızğın ehtiraslardan.

Nə yaxın qəlbə, nə əzizsə daha,

Ona həmisə vermərik biz aman!

1850-1851