Архив тегов | Qarabağ haqqında şeirlər

HİKMƏT ZİYANNIN «QARABAĞDA» ŞEİRİNƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİNDƏ BAXILMALIDIR…

Hikmət Ziya Qarabağda

Mən uşaq vaxtı Hikmət Ziyanı təmsilçi kimi tanıyırdım, 1-ci ya 2-ci sinfin dərsliyinə tülkünü aldadan inkubator cücəsi haqqında təsili salınmışdı, o vaxtlar , yənii 50-70 il qabaq Azərbaycanda inkubatorlar texnoloji yenilik idi, bunun şeiri yazılıb dərsliyə salınmalıydı.

Demə Hikmət Ziya dağa-daşa da dırmanırmış. 6-cı sinfin dərsliyində “Qarabağda” adlı mətni var. Qırx misradır. Yəqin elə birincii dəfə qəzetdə ya jurnalda çıxanda 80 sovet manatı alıb, bir müəllimin aylıq maaşı…

“Hüsnü yaşıl bağları, vüqarı dağlarıdır…”

Ərəbcədən çevirsək, gözəlliyi yaşıl bağlardır, vüqarı dağlar.

Bağlar il uzunu yaşıl olur? Bəs yarpaqlar saralanda? Töküləndə?

“Başqa ətirlə açır qönçələr Qarabağda…”

Uşaq müəllimdən soruşa bilər: başqa  — yəni hansı ətirlə? O ətrin adı olmalıdır ya yox? Mən də deyərəm Salyanda qönçələr başqa ətirlə açılır. Bununla “Salyan ətri” barədə hansısa təsəvvür yarana bilər?
Dağlarının başında Şuşa zümrüd tacıdır,
Bərdə, Ağdam, Füzuli daim qardaş-bacıdır.

Bunların hansı qardaş, hansı bacıdır? Rus dilində, məsələn, cins kateqoriyası var, Azərbaycan dilində yoxdur. Deyək ki, Füzuli qardaşdır. Ona bacı Ağdamdır ya Bərdə?

“Hər daşını görənlər dirçələr Qarabağda”

Elə hər daşı görən kimi dirçəlir? Kim dirçəlir? Xəstə? Ölü?

Bilirsiniz müəllif niyə bu cəfəng ifadələri işlədir? Çünki bəndlərəin sonuna  5-ci misra  — “Min ilin yorğunu da dincələr Qarabağda” əlavə olunur, ona görə hər bənddə “şair” “dincələr” sözünə qafiyə tapmalıdır. Hər cür hoqqaya əl atır, əlbəttə, oxucunu avam bilir, nə varsa, soxuşdurur – buna başqa ad qoymaq mümkün deyil…

 

“Köksündə hər qayası tarixləşib tunc olan”

Qarabağın köksünü təsəvvür etdiniz? Hər qaya bu köksdə tarixləşib. Daş şəklində də yox, tuncdan! Qaya tunc olub…

Yenilməz abidəmdir yerdən göyə ucalan”.

Qarabağ – yenilməz abidədir. Yerdən göyə ucalır? Tərsə, başıaşağı ucalan abidələr var?

Sonrakı iki misraya baxın. Bu beytin müəllifinin cinayəti milyon manatlarla maliyyə fırıldağı eləyən məmurun cinayətindən ağırdır. Çünki bu şair uşağın da, böyüyün də tərbiyəsini, yəni estetik tərbiyəsini pozur, yəni pozğun edir.

“Yaşı yüzü ötsə də, yoxdur burda qocalan”.

Bu cinayətkar deyir ki, Qarabağda yüz yaşı ötən də qocalmır.Və davam edib deyir:

“İnsan ömrü çətin ki, köç eylər Qarabağda…”
Bir şey başa düşdünüz? Ömür köç eləyir ya bitir? Deyək ki, canımızı dişimizə tutub ömrün köç eədiyini qəbul etdik. Ancaq bu allahsız deyir “çətin ki, köç elər”. Yəni adamlar Qarabağda ölmürlər…

Bəs buna nə deyirsiniz:

 “Bülbül tək ötür, hətta sərçələr Qarabağda…”

Bu lotu bilir ki, sərçələr bülbül  kimi ötə bilməz, ancaq buna “dincəlir” sözünə qafiyə lazımdır…

Sərçələr… hətta!

«Ulu babalarımın min-min illik oylağı!
Doğmalardan doğmadır hər aranı, yaylağı…»

«Min-min illik» — bu nədir və ya nə qədərdir?

Qarabağın neçə aranı var?

“Burda hər kəs qonağa hörmətini bol eylər..”

İlahi, bu nə dildir! “Hörmətini bol eylər…”

“Dünya gözəllərini qamətilə lal eylər…”
Hansı dünya gözələrini? Sofi Loreni? Kətrin Denövü? Klaudiya Şifferi? Julia Robertsi? Görmüşük Qarabağ gözəllərini… Ağdamın, Bərdənin, Füzulinin pambıqçı gözəllərini… Ağır iş, qıt, keyfiyyətsiz qida…

Sonra şair elə qızışır ki, gözü ayağının altını görmür, hətta qafiyə olanla qafiyə olanı ayıra bilmir
“Bu yerdə Vaqifimin müqəddəs türbəsi var,
Natəvanın, Zakirin pozulmayan izi var,
Üzeyirin nəfəsi, Bülbülümün səsi var…
Cabbar, Xan, Rəşid, Səid, Zülfü zənguləsi var…”

“Var” rədifinin əvvəlində gələn sözlər qafiyələnməlidir, ancaq qafiyələnmir: “türbə”, “iz”, “səs”, “zəngulə”…

Cəfər Cabbarlını personajı nə deyirdi? “Şəriət avam adamlar üçündür, sənə-mənə nə şəriət”. İndi şeirlərini dərsliklərdə gördüyümüz sovet şairlərinin hamısı sovet vaxtı nəşiyyatlarda, dövrü  mətbuatda, Yazıçılar ittifaqında, hətta Mərkəzi Komitədə yüksək vəzifə tutublar, onlara nə qayda? Özləri yazan, özləri redaktor, özləri naşir.

Birdən 6-cı sinif şagirdi soruşsa ki, müəllim, bu şeirdə məhz Qarabağa aid nə var? Şair Qarabağın adi insanın görə bilmədiyi nəyini və hansı bədii vasitəərlə göstərib? Müəllim nə cavab verəcək? Deyəcək başından yekə söz danışma? Deyəcək şeirdə Natəvanın, Üzeyirin, Bülbülün adı çəkilir? Şagird deməzmi ki, bu məlumatları Vikipediyadan oxumaq daha yaxşı olar? Mən niyə heç qafiyəsi də düz olmayan bu cəfəngiyatı əzbərləməliyəm?

Hə? Azərbaycanlı oğlan, qız niyə bu cəfəngiyatı əzbərləməlidir?

Bu mətnin şeiriyyəti cəhənnəm, şeiriyyət yoxdur. İnformativliyi də şübhəlidir.

“Yolunda qurban verər hər bir övladı canın”.

Verdi? Hər bir övladı? Ya fəhlə-kəndli övladları?

“Döyünən ürəyidir doğma Azərbaycanın”.

Qarabağın mədəniyyət mərkəzi, paytaxtı olmağı mifdir. Azərbaycan əjdahalarından kim qarabağlıdır? Füzuli? Mirzə Fətəli Axundov? Cəlil Məmədquluzadə? Sabir? Heç biri! Üzeyiri bəstəkat kimi Qarabağ yetirməyib, rus imperiyası, Qori seminariyası, rus konservatoriyası yetirib…. Qarabağa yazılan şeirlərin hamısında adı çəkilən Vaqif qazaxlıdır. Natəvanı isə şeiri qanmayan adam böyük şair sayar, Natəvan da Azərbaycan miflərindən biridir…

Mənim sualım təhsil nazirliyinədir: 6-cı sinif şagirdləri bu mətndən nə öyrənə bilərlər? Heç nə! Əlli ilin şairinin mətnində hətta qafiyələr də düz deyil.  Dağı, bağı, bulağı sadalamaqla Qarabağ mənzərəsi yaranır? Bunlardan, məsələn, Lerikdə yoxdurmu?

Mən 6-cı siniflə işləyən müəllimlərə məsləhət görərdim ki, bu şeirə çatanda barmaqlarına tüpürsünlər. Bəli, barmaqlarına tüpürüb vərəqi çevirərək bu cəfəng mətni arxada qoysunlar. Əgər vicdanları və az-çox savadları varsa…

X.X.

06.05. 2024, Samara

ALİ BAŞ KOMANDANIN ÇASTUŞKALARI-6

İlham Əliyev 4

Deyirlər ki, müsyö Makron,
Koronayla yoluxub.

Bəlkə də bu, doğru deyil,
Bəlkə məndən o qorxub.

                      Ey! Uh!

===

Rus general Araiklə,
Öpüşür-qucaqlaşır.

Xankəndidə gey-parada,
Deyəsən hazırlaşır.

                    Ey! Uf!

==

Paşinyanın atası da,
Dünyasını dəyişdi.

Biri eyir dərddən ölüb,

Biri deyir döyüşdə.

                         ==

Başsağlığı verməmişəm,
İndiyəcən Nikola.

Bayraktarla yas payı da,
Göndərəsən, kef ola!

                  Ey! Uf!

                    ====

Yaxşı bir ev bağışladım,
Yenə Ramiz Rövşənə.

Lotu deyir Dubayda da,
Villa verin siz mənə!

                  Ey! Uf1

===

Şuşamızı geri aldıq,
Kasıb-kusub tökdü qan.

Bu gün-sabah işə başlar,

Şuşa-holdinq, Şuşa-bank.

                      Ey! Uf!

===

Leyla qızım şeir yazıb,
Vətəninə, elinə.

Bir ayacan çevirərlər,
Millətimin dilinə!

                     Ey! Uf!

Mirzə Əlil

18.12. 2020, Samara

RƏHİM QAZIYEVİN BAŞININ GÜLLƏSİ

26 SENT 2019. 2

Bir güllə dünyanı gəzir sərsəri,

Hikkədən az qalır deşə gilzəni,

Bir baş ovundadır nə vaxtdan bəri,

O axtaran başsa qaçıb gizlənir.

 

 

Yuvadan yuvaya soxulur, itir,

Cildini dəyişir, qarışır elə.

Gilzənin içində qızır barıtı,
Az qalır ürək tək partlaya güllə.

 

 

 

Qaçır qabağından baş, dığırlanır,

Yayınır hədəfdən, burcudur, səkir,

Gilzənin poladı kürə tək yanır,

Qovur, öz-özünü ayağa çəkir.

 

 

 

Çıxıb bir deşikdən görünür hərdən,
Gülləyə göz vurur baş, irişir də.

Yox olur bir anda durduğu yerdən,
Güllədən itidir baş bu yürüşdə.

 

 

 

Barıt alışmada, qızıb qurğuşun,
Deşilər hikkədən indicə gilzə.

Qala təslim olub, dağılıb qoşun,
Namərdi bir güllə hələ də izlər.

 

27. 09. 2019

Samara

RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ. QARABAĞ, QARA BAX… ALA, QARA BAX..

RASUL_RZA

Əlbəttə. indi “Qarabağ” deyəndə hər bir azərbaycanlı dəsmal götürüb ağlayır, dəsmalı olmayan gözündən sel kimi axan yaşı köynəyinin qoluyla ya ətəyiylə silir. Ancaq Qarabağ bizi İNDİ ağladır. Qarabağın bizi güldürən vaxtları da çox olub. Bizim xalq şairlərimiz Qarabağdan çoxlu gülməli şeirlər yazıblar. Neçəsini xalq şairi Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza yazıb. Birini oxudum, uğunub getdim. Şeirin adı “Sənin Adın”dır. Yəni sizin adınız yox, Qarabağın adı. Burda şair elmlə poeziyanı sintez edib Qarabağın adının mənasını axtarır. Birinci versiya budur ki, Qarabağın adı heç Qarabağ deyil, “Qara bax”dır.  Görüblər dağlarındakı qarı, deyiblər “qara bax”. Yəni iki nəfər gedirmiş, ola bilsin səyyah ya inturist, biri başını qaldırıb baxır dağın başına, yanındakını dümsükləyir, deyir oyan xabi-qəflətdən, qara bax… O vaxta qədər Qarabağın adı yox imiş, bu adamlar qarabağlılara deyirlər ki, daha bu gündən buranın adı oldu “Qara bax”…

(Deyirəm o iki nəfər salyanlı olaydı, özü də nəşəli…”Ala, ala, qara bax… ala, mən uydum…”

Sonra xalq şairi ikinci versiyasını açır. Guya bir yolçu, yəni inturist, burdan keçəndə çox susayır. Dodağı cadar-cadar olur. Dağın başındakı qara baxır, həsrətlə deyir: “Qara bax…”

Düzdür, burda bir neçə sual yaranır. Qarabağın hər qarışı bulaqdır. Yolçunun dodaqları niyə cadar-cadar olmalıydı. İkinci sual: bu yolçu, əgər su tapmırdısa, yəqin inturist olub, yəni əcnəbi. Əcnəbi olubsa, niyə o bizm dilimizdə danışıb, halbuki indinin özündə çox azərbaycanlı öz dilində danışmaq istəmir?

Çox gülməlidir…

Hə, o yolçunun deməyi ilə Qarabağın adı qalıb Qarabağ… Ermənilər bu şeiri oxusalar deyəcəklər ki, onların dediyi düz imiş, o yolçu qurumsaqdan qabaq Qarabağ erməni adı daşıyırmış…

Rəsul Rzanın şeiri erməniləri də güldürəcək…

Sonrası maraqlıdır:

“Qarabağ,

Adın qəlbimdir,
Xalqımın mübarizə tarixi kimi…”

Yəni Qarabağ da Rəsul Rzanıın qəlbidir, “xalqımın mübarizə tarixi” də…

Xalqımın mübarizə tarixinin olduğunu bilmirdim… Az-maz eşitmişdim, inanmırdım…

Və guya əsrlər boyu istismara məruz qalan, inciyən nəsillər günlərin bir günü deyirlər:
“Silinsin tarixdən,
Nəsillərin qara baxtı!”

Özü də nida işarəsi ilə. Silinsin!

Necə silinsin qara baxt?

“Babamın çirməkli qolları

Səndə olub”.

Bunu başa düşmədim. Bəs qalan yerləri?

“Qəlbimdəsən, gözümdəsən
hara gedim, hara baxım, 
Mənim doğma Qarabağım! 
Qarabağım!”

Bunu oxudum, Rəsul Rzanın İndoneziyada yazdığı «Yağış» şeiri yadıma düşdü. Xalq şairimiz oturub Cakartada oteldə, yağış da ara vermir. “Necə yağır, necə yağır…”

Mənim fikrimə gəldi ki, yaxşı ki, Rəsul Rza İndoneziyada deməyib “Yağışa bax!”

Desəydi, İndoneziyanın adını dəyişib qoyacaqdılar Yağışabax!

Fövqəladə Hallar Nazirliyinə and olsun!

09. 12. 2018

Samara