Архив тегов | qayğılar

Robert FROST. PƏNCƏRƏM ÖNÜNDƏKİ AĞAC

T1520565_05

(TREE AT MY WINDOW)

Pəncərəm önündə ucalan ağac,

Gecələr xəfəngi bağlayıram mən.

Bizi ayırmasın bir-birimizdən,

Pərdə qoy ancaq.

 

Xülya dolu başın səma meylli,

Yaşıl pıçıltını bulud dinləyir.

Ancaq hər dediyi yarpaq dillərin,

Fəlsəfə deyil.

 

Ağac, pərişan da görmüşəm səni.

Məni sən görsəydin yatdığım zaman,

Bilərdin qayğılar caynağındayam,

Tamam düşgünəm.

 

ingiliscədən tərcümə

2000-ci illər

Samara

BAŞIN AĞRIMAĞI VAR…

                                     Xeyrulla XƏYAL

Vüqar Əliyevin doğum gününə

Başın ağrımağı var,

Ağrımayan baş deyil.

Sinə göynəyər, yanar,

Sinədəki daş deyil.

 

Yol – narahat, yol – uzaq,

Kim gedir – yorulacaq.

Savaş sonra olacaq,

Bu hələ savaş deyil.

 

Qayğılar ağırsa da,

Hərdən can ağrısa da,

Saç-saqqal ağarsa da,

Otuz doqquz yaş deyil.

 

08.04.2010 Samara