Архив тегов | qocalıq haqqımda şeir

«BƏS QOCANIN NƏDİR MƏŞĞULİYYƏTİ…»

Bəllidir cavanın işi-peşəsi:

Çalışır, yaradır, sevişir cavan,

Həvəs çox, zamandır təkcə çatmayan,
Tələsir, o, yerlə, göylə əlləşir.

 +

Bəs qocanın nədir məşğuliyyəti? –

Elə ki, cavanlıq qalır arxada,

O, daim zamanla əlbəyaxadır,
Sevginin, yuxunun itib ləzzəti.

 +

Pompey əsgəri tək o keşik çəkər,

İzləyər saatda dəqiqələri,
Seçər yerişini əqrəbin belə,

Günün axırına çıxana qədər.

 +

Əsl ölüm-dirim savaşı gedir,

Gəlir zülmətiylə elə ki, gecə.
Yuxuya getməmiş ayılır qoca,
Gözü saatda və pəncərədədir.

 +

Qoca sinirlidir göy buludlusa,

Yağış nəmi duyur evin içində,
Ulduzlar yanırsa, kefi həmindir –

Vurub tökər yerə əlacı olsa…

 +

Səhər açılanda yenilir gecə,

Hava qaralanda basılır səhər,
Zamanla döyüşdə qazanır zəfər,

Müharibənisə uduzar qoca.

 

10. 09. 2025, Samara

ROBERT BERNS. GƏNC VƏ QIVRAQ OLANDA

Robert Burns

Divarı adlayardım,
Gənc və qıvraq olanda.

Əfəllədim, qocaldım,

Arx da aşmıram indi.

 +

Sevirdim, sevilirdim,

Çevik və cavan ikən.

Dal çevirirəm indi,
Nensi ilə yatarkən.

 +

Çörək verəndə Nensi,

Üstünə yaxsaydı yağ,

Belə əfəlləməzdim,

Daz olardı baş ancaq.

 

+++++++++++++++

ROBERT BURNS

 

Young and souple was I,

when I lap the dyke;

Now I’m auld and frail,

I douna step a syke. Читать далее