Архив тегов | quranın tərcümələri

ƏL İNFİTAR SURƏSİNƏ BƏNZƏTMƏ

82_sura_infitar

Səma parçalanıb dağılan zaman,
Ulduzlar qoparaq səpilən zaman 

Dəryalar daşaraq birləşən zaman,

Qəbirlər çevrilib açılan zaman

Hər kəs bilər nələr elədiyini

Həm də bəlli olar eləmədiyi

Ey insan! De, nədir axı çaşdıran,

Yayındıran səni Rəbbi-kərimdən?

Ölçüylə, nizamla yaratmış səni,

Verib, hansı surət istəmişdisə

Yalan sayırsınız siz qiyaməti

Axı üstünüzdə keşikçilər var!

Düz və təmizdirlər yazılarında,
Onlara bəllidir əməlləriniz.

Bəli, düzəməllər həzz alacaqlar!

Yeri cəhənnəmdir bədəməllərin!

Qiyamət günündə yanarlar orda.

Yayına bilməzlər bu oddan onlar.

Necə dərk edərsən Din günü nədir?

Heç kəsə kimsədən yox o gün kömək,

Və yalnız Allahdır əmr verənsə!

18.09. 2022, Samara

ƏL FƏCR SURƏSİNƏ BƏNZƏTMƏ

89_sura_fajr

Sübhə and içirəm, on gecəyə həm,
Təkə və cütə də and içirəm mən.

Yürüyən gecəyə  and içirəm mən

Layiq deyilmidir aqilə bu and?

Rəbbin görmədinmi neylədi Ada?

Sütunlar ucaldan İrəmə həm də?

Yox idi onlardan ayrı şəhərdə.

Neylədi vadidə qayalar yonan

Səmud tayfasına? Ehramlar quran,

Firona  neylədi? Yer üzərində

Onlardan hər biri aşırdı həddi.

Şəhərlərdə fəsad törədilirdi.

Müsibət yağdırdı Rəbbin onlara.

Rəbbin pusqudadır axı həmişə.

Bəs insan? Elə ki Tanrı sınağa

Çəkərək göstərir ona ehtiram,
Deyir: “Bu, Rəbbimdən mənə kərəmdir”.

Və amma elə ki, sınaq xətrinə,
Ölçü təyin edir rizğınə Tanrı,
Deyir: “Rəbbim məni aşağıladı”.

Yox əsla! Əslində elə özünüz,
Yetimlə qılıqlı deyilsiniz siz.

Kasıba çörəyi qızırqanırsız.

İrsi hərisliklə siz yeyirsiniz.

Mala da güclüdür ehtirasınız

Xeyr! Elə ki, yer hamar sərilər

Gələr Rəbbin, gələr səf-səf mələklər,

Gətirərlər o gün Cəhənnəmi də,

İnsan da xatırlar – fəqət nə fayda?

Söyləyər: “Hazırlıq qabaqcadan mən,
Görəydim həyatın kaş bu gününə”.
O gün başqa bir kəs verə bilməyən
Bir cəza alar o, buxovlanar həm.

Sə ey nəhayət ki, rahat olan qəlb!

Rəbbinə dön razı və məmnun indi!
Mənim qullarımın cərgəsinə gir.

Cənnətimə gir!

 

17-18. 09. 2022, Samara

ƏL İNSAN SURƏSİNƏ BƏNZƏTMƏ

76_sura_insan

Keçibmi insanın o vaxtları ki,
Ondan heç nə hələ bəlli deyildi?

Yaratdıq insanı qatqı damcıdan
Və sonra da onu biz sınayaraq,

Verdik görən göz və eşidən qulaq.

Həqiqətən onu düz yola qoyduq

Ya minnətdar ola o, nankor ya da.

İman gətirməyən kəsələrə hazir

Elədik zənciri, buxovu, odu.

Düzəməllər isə kasalar dolu,

Kafurla düzələn içki içərlərƏ

Allahın qulların içən bulaqdan,

Və istədikləri səmtə istəyəndə də,

Axıda bilərlər çeşməni onlar.

Əhdə sadiqdirlər, qorxularısa
Yayılan gündəndir  şərin aləmə.

Hərçənd ki, ərzağa sevgiləri var,
Öz yediklərindən pay ayırarlar,

Yoxsula, əsirə, yetimə onlar.

“Sizi yedirdirik yalnız Allahın
Vəchi xatirinə; nə bir mükafat,
Nə də ki, təşəkkür gözlərik əsla.

Çünki Rəbbimzdzən gələn qaranlıq

Və üzücü gündən bizdə qorxu var”

O günün şərindən Tanrı qurtarar,
Onlara səadət, sevinc bağışlar,

İpək geyimlərlə, cənnət bağıyla.

Mükafat da verər dözümlərinə,

Pərqu tk olacaq onların taxtı,
Nə bürkü bilərlər, nə də ki, şaxta.

Başları üstünndə ağac kölgəsi,
Meyvəli budaqlar əyilər yerə.

Gələr önlərinə gümüş qab-qacaq,
Büllur kuzələr və qədəhlər gələr.

Səlsəbil adlanan bulaqdan gələn,

Onlar zəncəfilli içki içərlər.

Oğəanlar onlara xidmət edərlər,
Mirvari dəninə hər biri bənzər.

Haçan həndəvərə yetirsən nəzər,

Böyük mülk və nemət gözünə dəyər.

Yaşıl atlas, ipək əyinlərində,
Gümüş bilərzilklər bəzər qolları,
Saf içki içirər onlara Tanrı.

Bunlar haqqınızdır doğrudan sizin,

Dəyəri verilir zəhmətinizin.

Quranı göndərdik biz hissələrlə

Döz hökmünə qədər sən də Rəbbinin,

Baş əy nə kafirə, nə  günahkara,

Tanrının adını daim xatırla.

Səcdə qıl, təriflə gecə uzunu.

Onlarsa indini sevirlər ancaq,

Arxadasa ağır gün qoyaraq.

Onları yaratdıq və bərkitdik həm.
İstək onları dəyişdirərik,
Onıara bənzərlə əvəz elərik.

Həqiqətən də bu, öyüddür və kim,
İstəsə, yolunu Tanrıya salır.
Siz ancaq Allahın istədiyini,
İstəyə bilərsiz həqiqətən də.
O hər şey bilən və dərk edəndir.

Mərhəmətli olar kimi itəsə,

Cəzası ağırdır zalımın isə.

 

15-16.-9. 2022, Samara

ƏL ĞARİƏT SURƏSİNƏ BƏNZƏTMƏ

Sarsıdan… Görəsən nədir sarsıdan?

Onu anlayarmı, dərk edərmisən?

Bu həmin gündür ki, bənzər adamlar,
Pənrən-pərən  düşən kəpənəklərə.

Dağlarsa didilmiş yun kimi olar.
Kimin tərəzisi ağır gələrsə,

Bəxtəvər keçəçəcək onun həyatı.

Kimin yüngül olsa müvazinəti,
Cəhənnəmin dibi ona anadır.
Nə dərk edərsən ki, axı bu nədir.
Yandıraraq külə o döndərəndir.

 

14. 09. 2022, Samara

ƏL ADİYAT SURƏSİNƏ BƏNZƏTMƏ

100_sura_gadiyat

And içirəm çapıb tövşəyənlərə, 

Çaparaq qığılcım çıxaranlara,

Həmlə edənlərə dan söküləndə,

Qalxar toz dumanı sürüb gələndə.

Gəlib təpildilər qoşuna cəmən.

Doğrudan nankordur Rəbbinə insan,

Və buna şahiddir onun özü də,

Varda, nemətdədir qəlbi, gözü də.

Məgər o bilmir ki, gün gələcək ki,

Bilİnəcək bütün qəbirlərdəki,

Və çıxacaq üzə ürəklərdəki?

O gün hər işləri Tanrıya bəlli.

13. 09. 2022, Samara

ƏL KÖVSƏR SURƏSİNƏ BƏNZƏTMƏ

108_sura_kausar

Kövsər, bolluq verdik sənə doğrudan,

Rəbbinə dua et və qurban da kəs.

Kəskdir kim sənə nifrət edirsə.

13. 09. 2022, Samara

ƏL ƏLƏQ SURƏSİNƏ BƏNZƏTMƏ

 

Tanrının adıyla oxu! Yaratdı

İnsanı  laxtadan yaratdı o kəs

Onun səxavəti ölçüyə gəlməz

Qələmlə insana verdi savadı.

Öyrətdi əvvəllər bilmədiyini.

İnsan da, əlbəttə, aşır həddini.

Sanaraq heç nəyə duymur ehtiyac.

Rəbbinə dönərsən sən axı tez-gec!

Gördünmü maneə yaradan kəsi

Namaz qılmağına mənim qulumun?

Səncə, tutmuşdumu haqqın yolunu?

 Ya ki, çağırırdı safəməlliyə?

Gördünmü yalana çıxardı, döndü?

Məgər o bilmirdi Tanrı görəndir?

Əgər çıxarsa o, çərçivəsindən,
Onun kəkilindən tutub çəkərik.

Kəkilsə yalançı, xətalı kəkil.

Qoy ortaqlarını onda səsləsin,

Biz də çağırarıq mühafizəni.

Yox, o istəyənə eləmə əməl,
Tanrıya səcdə qıl və həm yaxın gəl!

 

11-12. 09. 22, Samara

ƏL BURUC SURƏSİNƏ BƏNZƏTMƏ

85_sura_buruj

Bürclərin yiyəsinə — göyə and içirəm mən,
Və həm də vəd edilmiş günə and içirəm mən!
And içirəm şahidə, şahidlik edilənə!

Öləcəklər xəndəyin həndvərindəkilər!

Orda od qalayanlar.

Yığılıb ətrafına oturmuşdular onlar

Görürdülər ki, nələr edilir möminlərə.

Beləcə qisas alıb işgəncə verirdilər,

Həmid, əziz Allaha iman gətirənlərə.

O kəsə ki, həm göyün, həm yerin hökmü onda,

Odur nə var, görən də.

Kim qadınlı-kişili möminləri əzablı

Sınağa  çəkib əgər tövbə eləmədisə,

Yeri cəhənnəmdədir, oddur onun cəzası.

Kim iman gətiribsə, xeyir işlər görübsə,
Cənnətdir onun yeri, ordavar böyük məzə.

Tanrının qəzəbi sərt, cəzası çox ağırdır!

Və başlayan da odur, odur təkrar edən də,

Bağışlayan, sevən də.

Şanlı Ərş də ondadır.

İstədiyini edər!

Çatıbmı qoşunların hekayətləri sənə?

Nə bilirsən Firondan, bir də səmudilərdən?

İman gətirməyənlər inkar edirlər hərçənd.

Əhatəsindədirlər Allahın hər tərəfdən.

Yox, bu, şanlı Qurandır!

Lövhədə qorunandır.

10-11.09. 2022, Samara

ƏT TƏKVİR SURƏSİNƏ BƏNZƏTMƏ

81_sura_takvir

O vaxt ki, bükülüb günəş  bağlanar,

Tərpənər yerindən onda ki, dağlar,

Boğazlıqlarının on ayı bitən,
Dəvələr o o vaxt ki, baxımsız qalar

O vaxtki, heyvanlar gəlib yığışar,
O vaxt ki, dəryalar qaynayıb daşar,

Qovuşar, birləşər o vaxt ki, qəlblər

Diri basdırılan körpəcə qızdan,
Onda soruşular günahı nədir
Nəyə görə qətlə yetirilibdir.
O vaxt ki, açılar səhifələr də.
O vaxt ki, qoparaq göy gələr yerə,
O vaxt ki, cəhənnəm odu alışar
O vaxt ki, cənnət də həm yaxınlaşar,

Onda hər kəs anlar nələrlə gəlib.

And içirəm səma cisimlərinə,
Onlar ki, görünüb gizlənir yenə.

Andım —  qatılaşan gecə toranı,
Və sərin nəfəsli səhərdir andım:

Kərim rəsuldandır bu söz doğrudan!

Ərş Yiyəsindəndir ondakı qüvvə,

Ona itaət var, etibar həm də.
Və sizin soydaşın cini yox nə də.
Və o görmüş Onu aydın üfüqdə,

Qeybdən gələni gizlədən deyil.

Bu söz daşaqalaq şeytanını deyil!

Hara gedirsiniz siz belə indi?

Aləmə bu təlim öyüd, zkrdir,

O kəsə ki, doğru yola meyl edir.

Arzulamazsınız siz fəqət bunu,
İstəməsə Allah, Rəbbi aləmin.


09-10. 09. 2022, Samara

ƏN NƏS SURƏSİNƏ BƏNZƏTMƏ

114sura_nas

De:

İnsanın Tanrısına,
İnsanın məliyinə,
Sığınıram —  qorusun,

Şər törədib itənin,

Fitnələrindən məni.

O kəsdən ki, qəlbləri

Şübhələrə sövq elər.

Tanrıdır müdafiəm,

Cindən və insandan həm.

08.09. 2022, Samara