Архив тегов | quranın tərcümələri

ƏŞ ŞƏMS SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

And içirəm günəşə, onun şəfəqinə həm,

Ondan sonra görünən aya da and içirəm.

And içirəm gündüzə — ondan nur yayan zaman,

And içirəm gecəyə — onu qapayan zaman.

And içirəm həm göyə, həm də onu qurana,
And içirəm həm yerə, həm də onu sərənə.

And içirəm ruha və ona nizam verənə,
Ki, insana tanıdıb föhş nədir, abır nə.

Qazanc sahibi yalnız ruhu təmizləyəndir.

Məyus olar ruhunda kim ki, şəri gizlədir.

Və azğın səmudilər ona yalançı dedi,

Qalxdı ayağa onda ən bədbəxti kimi idi.

Bu sözü eşitdilər Allahın elçisindən:

“Bu, Alllahın dəvəsi, bu da ki, dəvə içən».

Saydılar səmudilər sözünü yalan yenə,

Və diz vətərlərini kəsib onlar dəvənin,

Qanını axıtdılar.

Məhv etdi hamısını buna görə Tanrı da,
Qoymadan arada fərq,

Bunun nəticəsindən əsla çəkinməyərək.

 

07.09. 2022, Samara

ƏL BƏLƏD SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Bu şəhərə and içirəm!

Sakinisən bu şəhərin sən özün həm.

Və and olsun törədənə, həm də ondan törənmişə!

İnsanı biz qayğılarla yaşamağa yaratmışıq .

Düşünürmü yenə bilməz onu heç kim?

Deyir: “Saysız malı, pulu məhv elədim!”

Zənn eləyir bəlkə heç kim onu görməz?

İki gözü vermədikmi biz ona bəs?

Dili, qoşa dodağı da.

Onu iki yüksəkliyə biz yolladıq,

Dik aşmağa fəqət o, cəhd eləmədi.

Nə bilərsən maneəni aşmaq nədir!

Bu, bir qulu azadlıqğa buraxmaqdır,

Yedirməkdir aclıq vaxtı

Bir yetimi qohumlardan,

Sürünən yoxsulu ya da.

Mömin ola sonra elə

Ki, hər kəsi mərhəmətə və səbrə sövq edə bilə.

Belələri sağ tərəfdə yer alacaq,

Kimlər bizim ayələrə inanmadı, sol tərəfdə yer tapacaq.

Üstlərində odlu qübbə qapanacaq.

06-07. 2022, Samara

ƏL ƏLA SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Tərif  de Tanrının ali adına,
Nizam, ölçü verib yaratdığına!

Odur təyin edən, yola qoyan həm,

Yaşıl otlaqları odur göyərdən,

Qaraldıb zibilə sonra döndərən.

Sənə oxudarıq, sən də yadında

Saxlarsan hər şeyi, yalnız Allahın,

İstəmədiyini sən unudarsan.

Bəllidir Allaha həqiqətən də,

Açıqda olan da, gizlədilən də.

Lap yüngül elərik yüngülünü biz.

Öyüd ver, deyilsə öyüd xeyirsiz.
Öyüdün yetişər qəlbi xofluya,

Bədbəxt olan kəssə çevirər arxa.

Böyük od içində o kəs yanacaq,
Nə ölüm, nə həyat var odda ancaq.

Təmizlənir kimsə — qazanır o da,

Rəbbi yadında və  dualarında.

Üstün bilirsiniz siz bu həyatı,

Axirət daha xoş, həm də əbədi.

Bu sözlər əvvəlki yazılarda var,

Qalıb İbrahimdən, Musadan onlar.

04-05. 09 2022, Samara

ƏT TƏKASUR SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Çoxdur çoxaltmağa ehtirasınız,

Bir gün məqbərəyə gedənə qədər.

Yox, hökmən tezliklə bilərsiniz siz.

Tezliklə sizlərdən hər biri bilər.

Bilə bilsəydinin əgər yəqin  siz!

Cəhənnəm odunu görəcəksiniz,

Həqiqətən və öz gözlərinizlə.

O gün soruşular hər birinizdən,
Nemət olan nədir, məziyyət nədir.

03. 09. 2022, Samara

ƏL HUMAZA SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Vay halına o kəsin ki,

Böhtan atar, tənə edər.

Yığar pulu, malı-mülkü,
Yığar axır günə qədər.

Ümid elər ki, sərvəti,
Yaşadar onu əbədi.

Fəqət o sarsıdıcı,
Oda atılacaqdır.

Hardan bilə bilərdin,
Sarsıdıcı od nədir?

Allahın alovlanan

Odudur ki, yüksəlir,
Üstündə ürəklərin.

Uca sütunlar üstdə,
Qapanır qübbə kimi.

02. 09. 2022

ƏL FİL SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Görmədinmi sən məgər,
Sənin Rəbbn neylədi

Filin yiyələrinə?

Bütün hiylələrini

Yanlış və heç elədi.

Göndərdi qatar-qatar

Quşları üstlərinə.

Quşlar daşa basdılar,
Bişmiş gildən onları.
Dəni yeyilib gedən,
Zəmiyə döndərdilər.

02. 09. 2022, Samara

 ƏŞ ŞƏRH SURƏSİNƏ BƏNZƏTMƏ

Məgər açmadıq biz sənin sinəni?

Və belini əyən ağırlığıyla
Yükdən qurtarmadıq məgər biz səni?

Ucaldıb adını salmadıq dilə?

Nə çətinlik ola, həqiqətən də,
Dalınca yüngüllük gəlir, bitəndə.

Və azad olan tək qatıl sən işə,

Və Tanrına doğru yönəl həmişə.

01. 09. 2022, Samara

ƏT TARİĞ SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Gecə yolçusu və səmadır andım!

Nə biləsən gecə yolçusu nədir!

O, ulduzdur, deşər zülməti, yarar.

Hər kəsin üstündə qoruyanı var

Və insan bilsin ki, yaranmış nədən —

Yaranmışdır axıb tökülən sudan.

Çıxır beldən və döş sümüklərindən

Tanrı qadir onu geri döndərə.

Sınağa çəkilər o gün sirrlər.

İnsanın nə gücü var, nə köməyi.

And olsun yağışlar yağdıran göyə!

And olsun çatlayan torpağa həm də!

Bu Söz ayırandır həqiqətən də!

Və, əlbəttə, bu Söz zarafat deyil.

Onlar böhtan atır, qururlar hiylə.

Onlardan üstünəm mənsə hiylədə

Sən də kafirlərin vaxtını uzat,

Bir az möhlətini onların yubat.

 

30-31. 08. 2022, Samara

ZƏLZƏLƏ SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Elə ki, sarsılar zəlzələdən yer,

Bətnindən yükünü elə ki, atar,

İnsan deyər: “Bunu tərpədən nədir?”

O gün yer danışar nə olmuş, nə var.

Ona vəhyi gələr çünki  Tanrının.

O gün topa-topa gedər adamlar,

Baxıb görməyə öz əməllərini;

Və zərrə qədər də xeyir iş görən,

Və zərrə qədər də şər iş törədən,

Görər əməlini həmin gün yəqin.

29. 08. 2022, Samara

ƏL ĞƏDR SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Göndərdik həqiqətən.

Onu Qədr gecəsi. 

Nə dərk edərsən ki sən,

Nədir Qədr gecəsi?

+

Min aydan xeyirlidir,

Qədr gecəsi yəqin.

Mələklər və ruh enir,
Tanrıdan alıb izn.

+

Onun hər cür əmrini

Yetirələr yerinə.

+

Dan sökülənə qədər,

Əminlik hökm sürər.

28. 08. 2022, Samara