Архив тегов | quranın tərcümələri

ƏD DUHA (SƏHƏR) SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Səhərə and içirəm aləmə nur dolanda.

Gecəyə and işirəm zülmət qatılananda

Tanrın səni atmadı, üz çevirmədi səndən

Axirətin də yaxşı olacaq əvvəlindən

Tezliklə verər sənə Tanrı, razı qalarsan

Yetimkən səni tapdı, sığınacaq verdi O,

Azmışkən səni tapdı, doğru yol göstərdi O,

Kasıbkən səni tapdı, sərvətə yetirdi O.

Eləcə sən də salma sıxıntıya yetimi,

Dilənçini də qovma yanına gələn kimi.

Tanrı lütfünən amma bəlli elə aləmi.

 

26-27. 08. 2022, Samara

ƏL LEYL SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

And olsun zülmətində aləm itən gecəyə!

And olsun gündüzlərin  işıq saçan çağına,

And olsun kişini və qadını yaradana,

Səyləriniz fərqlidir sizin həqiqətən də.

Fəqət kim verimlisə, qəlbində qorxu varsa,

Və ən gözəl olanı kim həqiqət sayırsa,

Ona asan olanı elərik daha asan.

Amma kim simicdisə, qazanca hərisdisə,
Və ən gözəl olanı yalan hesab edirsə,

Onun asan elərik çətinə düşümünü.

Gömülərkən dadına çatmaz dövləti, malı,

Doğru yolla aparan  insanı bizik axı.

Məxsusudur bizə çünki həm axirət, həm əvvəl.

Xəbərdar eləmişdim mən sizi yanar oddan,

Bədbəxtlər bədbəxtidir bu odda yalnız yanan,

Yalana çıxardı o və üz çevirdi həm də.
Yayınar yanar oddan mömin, haqq yolu gedən,

Verir o, günahını təmizlədəni hökmən.

Və mükafat gözləmir heç kimdən əvəzində.

Yalnız Uca Tanrının vəchidir o istəyən.

Razı da qalar hökmən!

26. 08. 2022, Samara

ƏL TİN SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Əncirə, zeytuna and içirəm mən,
Həm Sinay dağına and içirəm mən

Bu əmin şəhərə and içirəm həm!

İnsanı yaradıb ən gözəl nizam,

Ən gözəl quruluş biz ona verdik.

Sonra ən aşağı mərtəbədən də
Aşağıya onu biz endiririk.

Yalnız o kəslərdən savay ki, onlar

İman gətirdilər və xeyir işlər

Gördülər – saysız da alacaqlar əcr.

Belədirsə, bəs nə səni, ey insan,

Məcbur edir dini yalan sayasan?

Hakimlər hakimi deyilmi Allah?

25.08. 2022, Samara

ƏL MAUN SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

 Dini uydurma sayan
İnsanı görmüsənmi?

+

O qovur qapısından,

Yetimi görən kimi.

+

Sövq etməz kasıbların
Doyduralar qarnını.

+
Vay olsun hallarıına

O namaz qılanların

Ki, öz dualarını,
Başdansovdu elərlər,

Riyakar, çoxüzlülər —

Sədəqə istəyənə,
Verməzlər onlar heç nə.

  1. 08. 2022 Samara

ƏL ƏSR SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

And olsun zamana, əsrə: itkidir
İnsanın həyatı həqiqətən də.

Ziyandan o kəslər qaça bilər ki,

İmanda düzdürlər, əməldə həm də.

Bir-birini o kəslər,
Haqqa, səbrə sövq elər.

21. 08. 2022, Samara

ĞUREYŞ SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Anlam, sülh yaranıb aralarında.

Keçir səfərləri qovğasız indi.

Şama yollanırlar qışda arxayın,
Yaydasa gedirlər Yəmənə əmin.

Bunlara görə də Ev Yiyəsinə,
Onlar dua, təzim qoy eləsinlər!
Yedirtdi onları çəkəndə aclıq,

İndi qorxudan da çıxarıb artıq.

20. 08. 2022, Samara

ƏN NƏSR SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

Elə ki, Allahın köməyi gələr,
Çıxarsan döyüşdən qələbəylə sən,

Onda görərsən ki, necə kütlələr,
İman gətirirlər Allaha birdən.

Elədə təriflər Tanrına söylə,
Tövbə et, sən ondan üzr də dilə,

Tövbə edəni o bağışlar hökmən.

19. 08. 2022, Samara

FALAQ SURƏSİNƏ BƏNZƏTMƏ

De: Sübhün yiyəsindən,

Sığınacaq dilərəm:

Onun iradəsindən,

Yaranmışın şərindən,

Qaranlığın şərindən —
Aləmi bürüyəndə.

Qadınların şərindən –

Düyünə üfürəndə.

Və hasidin şərindən –

Həsədini görəndə.

18.08. 2022, Samara

MƏSƏD SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

 Əlləri qurusun Əbu Ləhəbin!
Məhvi özünün də yetişər yəqin!

Malından, qazanıb topladığından,
Fayda görməyəcək bu rəzil insan.

Alovlanan odda yanacaq hökmən,
Arvadı olacaq odun gətirən.

Boynunda ciyəsi xurma lifindən.

18. 08. 2022, Samara

İXLAS SURƏSİNƏ BƏNZƏTMƏ

2021 лето

O –Allahdır, o – təkdir,

Əzəldir, gələcəkdir.

Var olub doğulmadan,
Yox ondan doğulan da.

Nə tapılar bənzəri,
Nə də var bərabəri.

17. 08. 2022, Samara