Архив тегов | Ramil Usubov

AZƏRBAYCANDA EL BAYRAMI

Mayın 3-də Azərbaycanda Mətbuat azadlığı günü böyük təntənə ilə qeyd olununb. Hamı şənlənib, atılıb-düşüb. Daxili işlər naziri Ramil Usubovun qarnı gülməkdən cırılıb.

ŞƏKİ NAĞILI

Şəki. Nazir Ramil Usubov qəbul keçirir. Hacı dayı girir və haçandan-haçana çıxır.

—         Hajı dayı, nə oldu? Nazir işini düzəldəjaxmı? – deyə qıraqdakılar soruşurlar.

—         Vallax, deyə bilmaram. Mən nazirin işini düzəltdim, indi görüm o neyniyajax.

AY LAÇIN, CAN LAÇIN…

İLHAM ƏLİYEV VƏ RAMİL USUBOV

 

-Ramil, özlkədə nə var, nə yox?

— Cənab prezident, sabitlikdir. Ancaq bir dəstə gənc mahnı oxuyub Yutubda.

— Elşadçın oxuyublar?

— Yox, elə özləriyçin

— Mehriban xanımın, Ramizin adlarını çəkmirlər ki?

— Yox, o qələti eləmirlər.

— “Davay do svidaniya” demirlər ki?

— Yox, elə ağızlarını açıb göyə “Laçın, Laçın” deyirlər.

— Bəlkə “Lazım, Lazım” deyirlər?

— Yox, möhtərəm preziden, “lazım” demirlər, “Laçın” deyirlər.

— Bəlkə qaçındırlar?

— Qaçqına oxşamırlar. Geyimli-keçimlidirlər.

— Ramil, indi qaçqınların güzəranı yaxşıdır, səndən-məndən yaxşı geyinirlər.

— Orası elədir. Mən öz uşaqlarıma baxanda deyirəm ki, kaş bunlar qaçqın olaydılar… Möhtərəm prezident, sərəncamınız nədir?

— Gənclərə hələlik dəyməyin. Ancaq mahnı qoşanı tapın. Danışdırın, o yan-bu yan eləsə, atasını yandırın.

— Möhtərəm prezident, elə bilin ki,  atası elə indidən yanıb…

DEBATLARA HAZIRLIQ

          İLHAM ƏLİYEV VƏ RAMİL USUBOV

— Ramil, bu xarici səfirlər mənim mozqimi xarab elədilər, bəlkə bu dəfə   seçkiqabağı çıxım debata?

—  Cənab prezident yəni bu qurda-quşa ağız verəcəksiniz? Əgər məsləhətdirsə… Onda gərək açaq namizədləri türmədən buraxaq. İkisi yatır…

—  Yox, Ramil, niyə açıb-buraxırıq? Niyə onları narahat eləyib öyrəşdikləri yerdən ayıraq? Seçkiyəcən qalan namizədləri də basarıq türməyə, özüm gedib onlarla görüşərım. Ramil, mən xalqla görüşmək üçün türməyə də getməyə hazıram. Özün bilirsən ki, doğum günümü qaçqınlarla keçirirəm…

ELŞAD YENƏ YUTUBLADI…

PREZİDENT İLHAM ƏLİYEV VƏ DAXİLİ İŞLƏR NAZİRİ RAMİL USUBOV

 VODEVİL

— Ramil müəllim, ölkədə nə var-nə yox?

— Ölkədə hər şey əla! Hamı oturub yerində. Oturmaq istəməyənlər yatırlar. İlqar Məmmədov yatır, Hilal Məmmədov yatır, Tofiq Yaqublu yatır…

— Çox sadalama, məni yuxu basır… İsmayıllıda nə var?

— Hər şey, narazılıqdan başqa. Oturan otutur, yatan yatır…

— Zaqatalada nə var?

— Öndərin doxsan illiyinə hazırlaşırlar. Gecə-gündüz. Elə oturduqları yerdə…

— Ramil müəllim, Salyan adlı bir yer var… Mən bir dəfə gedib çıxmışdım ora… Analoqu olmayan məhəbbət gördüm. Ancaq eşitmişəm yaman bıçaq vurandılar…

— Cənab prezident, ürəyinizi sıxmayın, onlar bıçağı bir-birlərinə vururlar…

— Yaxşı, Lənkəranda vəziyyət necədir?

— Zat-aliləri, İsa Qəmbərin ucbatından Lənkəranın yollarınıı elə bağlamışıq ki, özümüz də oranın vəziyyətini görə bilmirik. Ancaq bilirik ki, yaxşıdır. Hamı oturub…

— Yatanları yoxdur?

— İrandan yaxşı tiryək keçəndə yatırlar…

— Как мило! Ramil, bəs niyə belə qaş-qabaqlısan?

— Cənab prezident! Sizdən min dəfə üzr istəyirəm… Bu köpək oğlu…

— Hansı köpək oğlu? Yanımız-yörəmiz elə hamısı köpəkoğludur də.

— Bu köpəkoğlu yanımızdakılardan deyil. Bu köpəkoğlu Fransadadır…

— Elşadı deyirsən? Neynəyib yenə?

— Cənab prezidient, bu köpəkoğlu yenə…

— Qatıqlayıb?

— Cənab prezident, qatıqlasaydı, nə vardı ki. Yutublayıb…