Архив тегов | Ramiz Rövşən Yaylığını yel aparır

RAMİZ RÖVŞƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ. «AXMAQ DAYAZDA, AĞILLI DƏRİNDƏ BOĞULUR. ALLAH DA BOĞULUR…»

Ramiz Rövşən

Ramiz Rövşənin də gülməli şeirləri çoxdur. Məsələn bu:

“Saçların dağılıb tamam,
Yaylığını yel aparır.
Qaçıram, tuta bilmir
əm,
Qoyma m
əni tər aparır.”

Gülməli burda yaylığı yelin aparmağı deyil. Yaylıq qeyrət, namus məsələsidir. Gülmək yeri deyil. Gülməli Ramiz Rövşənin qaçmağıdır. Ramiz Rövşən, mən bilən, ağır adam olmalıdır, qarın da yerində, prezident özü nəzarət edir ki, şairin qarnı yerində olsun. İndi bu adam qaçır. Tərləməyi qalsın, yəqin qaçdıqca kəlləmayallaq da olur.

Müsibət!
“Yuyundum, t
ərdə yuyundum”.

Bunu yəqin Bakıda suyun qıt vaxtları yazıb. Cibində kisə olsaydı, özünə kisə də çəkərdi…
“Qayıtdım, gördüm toyundur,
Gördüm s
əni ər aparır.”

Son misra bu gün çox aktualdır. “Səni ər aparır”! İlham Əliyev nə deyirdi? Deyirdi Fransada kişi kişiyə ərə gedir, arvad arvada. Ramiz Rövşən bu misra ilə ənənəvi dəyərləri təbliğ edir.

Ancaq bir iş var! Lənət şeytana! Axı biz bilmirik ki, yaylığını yel aparan arvaddır ya kişi? Axı yaylıq kişi başında da ola bilər!

Dolaşıq məsələdir. Qarnı dizlərinə dəyə-dəyə qaçan Ramiz Rövşəni gözünüzün qabağına gətirin, fikriniz dağılsın…
“S
ən orda göyə baxırsan,
Burda m
əni yer aparır…”

Göyə baxan kimdir? “Orda” – harda? Yer hara aparır?

Çox güıməlidir.

Hələ bu şeirə baxın.

“Dünyanın suyu çirklənir,
Suyunda balıq boğulur.”

Mən Kür qırağında doğulmuşam, anadan olduğum evi hətta Kür aparıb, onun yeri indi qarşı sahildədir. Və Kürdə adamların da boğulduğunu görmüşəm. Boğulan axtarılanda necə müsibət qopduğunu da. Həmişə bu işlərə ağlamalı işlər kimi baxmışam. Ancaq Ramiz Rövşəni oxuyandan sonra başa düşdüm ki, kiminsə boğulduğunu görürsənsə ya eşidirsənsə, gərək güləsən.

“Çirklənir, göyü çirklənir
Göyünd
ə Allah boğulur.”

Bundan gülməli söz olar? Allah boğulur! Əstəğfurullah deyib gözünüzün qabağına gətirin…
“Çox batan yerind
ə batır”

Bu misrada müəyyən mürəkkəblik var. “Yerində batır”la mütəfəkkir şair nə demək istəyir? Yəni “yaxşı oldu batdı”? Yəni “canı da çıxsın, necə ki, çıxdı?”
Dadına g
ələn də batır”

Oyunun olsun ay Rövşən, ay Ramiz! (Şair təkrar sevəndir, ona görə belə deyirəm…).

Dadına gələn də…

O da boğulur…

Sonra:
“Ağıllı d
ərində batır”

Bunu bilirdiniz? Mən bilmirdim…
Dayazda axmaq boğulur”

Bunu İlham Əliyevə oxuyub tərcümə ediblər? Ediblərsə, prezident gərək dayaz sularda batanların hamısına ölümündən sonra “axmaq” statusu verə…
“Kimisi n
əğməli-sazlı”

Yəqin hansısa aşıq elə sinəsində saz boğulub. Özü də dərində. Aşıq dayazda boğulmaz, çünki aşıq axmaq deyil…

O aşığın adını bilən yoxdur?
“Kimisi paltar-palazlı”

“Paltar-palazlı” boğulanlar yəqin dindar arvadlardır, paltarlı çiməndə boğulurlar. Əlbəttə, əynində beş-altı qat paltar olanda boğulacaqsan…
“Kimisi çılpaq boğulur”.

Çılpaq boğulanlar yəqin ki, nudistlərdir. Onlar çılpaq çimirlər, sudan çıxanda da çılpaq gəzişib təsərrüfatlarını xalqa nümayiş etdirirlər.

Və, əlbəttə ki, çılpaq da boğulurlar…

Ramiz Rövşən cavanlığında nudist olmayıb ki?

Allah Ramiz  Rövşəni güldürsün (boğulmuş Allah yox, bizim öz Allahımız), bu boğulmaq məsələsi məni çox güldürdü. Yəqin ki, əzizlərini sularda itirənlər də bu şeiri oxuyanda uğunub gedirlər…

Mirzə ƏLİL

02. 08. 2024, Samara