
Mən kimən? Mən cılız bir artistəm,
Ölkədə ən böyük artist sənsən,
Sən rejissor, böyük yazarsan həm.
Oynaram, hər necə oynatsan, mən.
+
Gah dram, faciə yazırsan gah,
Millətim qan qarışıq yaş da tökər.
Qələimindən çıxır komediya da,
Gülür ancaq buna xaricdəkilər.
+
Koroğlusan, sən həm də Babəksən,
Nəbini ötmüsən şücaətdə,
Analoqsuz, yeganəsən təksən,
İkinci yox kişi bu millətdə.
+
Şah Süleyman kimi sən zənginsən,
Qafqaz altındadır, Dubay da altında.
Varlanarsan daha da yəqin sən,
Çıxınca neft, qızıl yer altından.
+
Padşahım, qoy öpüm ayağından,
Mənə ayaq tozun da nemətdir.
Diş tökən yumruğuyla, baş dağıdan!
Şərəfim, namusum — itaətdir!
+
Yaratmışam haçansa obrazlar,
Özüm obrazinayam indisə mən.
Nə cür ad qoysa xalq mənə, yeri var,
Təki pul gəlsin əlahəzrətdən.
Mirzə TƏBİL
08. 08. 2023, Samara