Архив тегов | Rauf Mirqədirov

«BƏS MƏN ARVAD-UŞAĞI KİMƏ TAPŞIRIM?»

Obama İlham Əliyevə zəng vurub deyir:

  • Möhtərəm prezident, mən sizi acizanə Vaşinqtona dəvət edirəm.

İlham Əliyev deyir:

  • Vallah, gəlmək istəyirəm, ancaq bilmirəm arvad uşağı kimə tapşırım.
  • Möhtərəm prezident, Mehriban xanımı da götürün, Heydəri də götürün, bizim qızlarla tanış olar.
  • Bilirsiniz, mən öz arvad-uşağımı demirəm. Mən Xədicəni, İlqarı, Anarı, Hilalı, Raufu deyirəm. Heç kimə umud ola bilmirəm…

AZƏRBAYCANLILARA DƏYƏNƏK DƏ BƏSDİR

Asim Mollazadə deyib ki, ermənilərlə “xalq diplomatiyası” aparmaq olmaz, çünki “Ermənistanı cinayətkarlar avtomat gücüylə idarə edirlər”.

Əlbəttə, Azərbaycanı idarə edənlər cinayətkar deyillər, avtomatları da yoxdur, çünki azərbaycanlılar quzu kimidirlər, onları dəyənəklə də idarə etmək olar…

AYAQYOLU QƏHRƏMANLARI

Cəsur əsgər Şveyki konvoy ayaqyoluna aparanda iki konvoir ayaqyolunun qapısını kəsib durur, Şveykə deyirlər ki, sən birdən ayaqyolunda xəndək qazıb qaçarsan…

Şveykin dövründən yüz il keçir. Bu müddət ətzində dünyada çox hoqqalar çıxıb, Azərbaycan kimi hoqqa dövlət yaranıb ki, onu hoqqa bir ailə hərləyir… Bu hoqqa dövlətdə bütün az-xox fəal vətəndaşlar kimi casus sayılan ahıl qadın ayaqyolunda “bayıra çıxanda” boyu iki metr, poqonları ulduzlarla dolu olan polis zabiti qabağında durub tamaşa edir… Yəqin İlham Əliyev fikirləşir ki, “casuslar” kanalizasiya borusuyla aradan çıxıb qaça bilərlər…

Yəqin həmin zabitə “Şərəf” ordeni veriləcək…Leyla Yunusun necə “pi-pi” elədiyinə baxmaq hər kişinin işi deyil…

ƏLİYEVİN DAVASI ERMƏNİLƏRLƏ DEYİL, AZƏRBAYCANLILARLADIR

Türkiyə hökuməti orda yaşayan azərbaycanlı jurlalist rauf Mirqədirlini tutub Azərbaycan hökumətinə verib. Azərbaycan hökuməti jurnalisti “vətən xaini” adlandırır.

Vətənə xəyanət nə deməkdir? Bu, vətəni satmaqdır – ya vətənin sirrini satırsan, ya özünü. Hissə hissə ya bütöv. Mirqədirli Azərbaycanın sirrini ya müəyyən bir hissəsini Türkiyədə kimə sata bilərdi? Türklərə sata bilməzdi. Çünki türklər bizə qardaşdırlar. Qalır Türkiyədə yaşayan ermənilər. Deməli, Mirqədirli sirrimizi ya vətənin özünü Türkiyə ermənilərinə satıb. Belədirsə, niyə Ərdoğan Mirqədirliylə alverə girmiş ermənilərdən bir-ikisini tutub Əliyevə vermir?  Ya bəlkə Ərdoğan verir, ancaq Əliyev istəmir? Çünki Əliyevin fdavası ermənilərlə yox, azərbaycanlılarladır.

Yoxsa belə deyil?

 

Mirzə Əlil. 20.04.2014