Архив тегов | Robert Bernsin şeirlər

ROBERT BURNS. TƏKƏBBÜRLÜ TİBBİ

Robert Burns

Xor

Tibbi, yadımdadır mənə baxırdın,

Necə təkəbbürlə sən utanmadan!

Bilirdim səbəbi kasıblığımdı,

Vecimə deyildi ancaq heç zaman.

1.

Dünən səni gördüm süpürgəlikdə,

Şütüdün, demədən bircə kəlmə də.

Kasıba başını yellədin, hərçənd,
Bu mənim vecimə deyil tük qədər.

2.

Son bazar günündə evə gedərkən,
Çıxdın yol üstündə qarşıma birdən,

Boylandın, başınla salamladın sən,

Vecimə deyildi amma tük qədər.

3.

Düşünə bilərsən,  yox buna şübhəm,
Zəngin adamlara çünki  bələdəm,

Mən sarı tərpətsən başını, o dəm,
Gərək mən özümü sayam bəxtəvər.

4.

O kəs dərdə düşsün, belə rəzilsə!

Hərçənd pul kisəsi onun təmizsə,

Tamaha düşərək dalınca gəzsə,

Təkəbbürlü., kübar qadının əgər.

5.

Nə qədər ağıllı olsa da oğlan,

Zəifdirsə sarı zibil sarıdan,

Yolu dəyişərsən, onu saymadan,

Quru cavabınsa onu incidər.

6.

Varsa ancaq onun əgər sərvəti,

Bağlanarsan ona əbədi, qəti,

Ancaq öyrənməyə gələndə, çətin

Sənin mal-qarana çox üstün gələr.

7.

Tibbi, açım sənə bu həqiqəti:

Səni gözəl edir ata sərvəti.

Sən kasıb olsaydın, necə mən indi,

Sənə təkcə şeytan verərdi dəyər.

8.

Bir qız tanıyıram parkdan o yanda,

Mənə o, əzizdir sadə donunda,

Səndən – öz gözündə səni ucaldan,

Qızılın və pulun ola nə qədər.

ingiliscədən tərcümə

11-12.07. 2024, Samara

++++++++++++++++

ROBERT BURNS

O Tibbie, I Hae Seen The Day

 

Chorus
O Tibbie, I hae seen the day,
Ye wadna been sae shy!
For laik o’ gear ye lightly me,
But, trowth, I care na by.
Читать далее

ROBERT BERNS. DOST HAQQINDA

Robert Burns

Şərəfli bir adamdı uyuyan bu məzarda,

Tanrı rəhməti çatsın hamı kimi ona da.

İnsanı sevirdi o, doğrunu sevirdi həm,

Müəllimdi gənclərə, ahıllarasa həmdəm.

Saflığıyla seçilən nadir ürəyi vardı,

Bilikli başı kimi çox az baş tapılardı.

Cənnətdir yeri hökmən, varsa o dünya əgər,

Bunu yaxşılaşdırıb o, gücü çatan qədər.

1783

ingiliscədən tərcümə

12.06. 2024, Samara

≈=============

Robert Burns

ON A FRİEND

An honest man here lies at rest,

As ever God with his image blesst.

The friend of man, the friend of truth,

The friend of age, and guide of youth.

ROBERT BURNS. BOŞLAYIN ROMANLARI…

Robert Burns

Romanları boşlayın, ah, Moxlinli gözəllər,
Düyada ən əmin yer sizə cəhrə dalında

Cadulu bu kitablar yemli tələyə bənzər,
Rob Mossqil tək lotuların əlində.

2.

Sizin bu Tom Conslar, gözəl Qrandisonlar,

Gənclik xülyaların gerçəyə çevirirlər

Beyni qızdırır onlar, damara od salırlar,
Onda qənimətsiniz, bilin ki, Eob Moss qilə.

3.

Rəvan üyüdüb tökən dilinə aldanmayın,
İnanmayın duyğulu, odlu onda ürək var.

Duyğulu ürəklə  o, rol oynar açıq-aydın,

Məkrdə, tor qurmada Rob Mossqil bir sənətkar.

4.

Qılıqlı danışıqdan, incə nəvazişdən həm,
Daha yaxşıdır ucu zəhərli polad oxlar.

Qılıqlı danışıq da, tərbiyə də, ədəb də,

Rob Mossqildə həmişə nə qədər istəsən var.

1784

ingiliscədən tərcümə

03. 06 2024, Samara

QEYD:

Mossqil — 1783-cü ildə Robert Bernsin qardaşı Gilbertlə Moxlində icarəyə götürdüyü fermanın adıdır. Rob Mossqil, yəqin i, yerli eşqbazlardan imiş.

 ================

ROBERT BURNS

O, Leave Novels


1.
O, leave novels, ye Mauchline belles —
Ye’re safer at your spinning wheel!
Such witching books are baited hooks
For rakish rooks like Rob Mossgiel.
Читать далее

ROBERT BERNS. GƏZİB-DOLAŞAN ZAMAN…

Robert Burns

O məni tərk edəndən, getdi sevincim, məzəm,

Şikayət eləmirəm, halım xarabdır ancaq.

Bir ayrısı tapılar, niyə mən ümid üzəm,
Mənim qəlbim sevgidən bir də qırılmayacaq.

                             1.

Bir yay axşamında mən gəzib-dolaşan zaman,
Yığılıb zurnaçılar, gənclər şənlənirdilər,

Onların arasında məni aldadıb atan.

Gördüm, qəlb yaralarım qan axıtdı yenə də.

                          2.

Ağladım səhərəcən, bütün gecə yatmadım,
Elə yaş axıdırdım, sanki yağış yağırdı.

Ağlaya bilməsəydim, ürəyim partlayardı,

Sevilmək və atılmaq – ah, bu yaman ağırdı!

                          3.

Hərçənd o məni atdı, tamah salıb gümüşə,

Nə qədər qazansa da, aparmaram mən həsəd.

Necə ağır ola dərd, dözməliydim  həmişə,

O edən xəyanəti eləməzdim mən fəqət.

ingiliscədən tərcümə

30-31.05. 2024, Samara

+++++++++++++++

ROBERT BURNS

As I Was Wand’ring

 Chorus
Weel, since he has left me, may pleasure gae wi’ him;
I may be distress’d but I winna complain:
I’ll flatter my fancy I may get anither
My heart it shall never be broken for ane.
Читать далее

   ROBERT BERNS. “ÖZÜMƏ MƏXSUSDUR YALNIZ ARVADIM…”

      Robert Burns   

Heç kəslə bölmərəm arvadı heç vaxt

Məxsusdur o mənim özümə yalnız.

Buynuz qoya bilməz  mənə bir alçaq,
Özüm də qoymaram heç kəsə buynuz.

                      2.

Olanım-qalanım bircə pennidir,
Özüm qazanmışam, səy eləyərək.

Ayrı pulum yox ki, borc verim indi,
Özüm borc istəyəm birindən gərək

                      3.

Mən özüm heç kimə ağa deyiləm,

Nə də bir insana olaram nökər.

Yaxşı qılıncım var geniş tiyəli,
Var həm də hər hansı həmləyə təpər.

                          4.

Həmişə azadam, şənəm həmişə,

Heç kimin dərdindən batmaram qəmə.

Çətin ki, kiminsə yadına düşəm,

Heç kəsi almıram mən də vecimə.

1788

ingiliscədən tərcümə

25. 05. 2924, Samara

 ++++++++++++++++++++

ROBERT BURNS

I Hae A Wife O’ My Ain


1.
I hae a wife o’ my ain,
I’ll partake wi’ naebody:
I’ll take cuckold frae nane,
I’ll gae cuckold to naebody.
Читать далее