Архив тегов | Robert Bernsin şeirlləri

ROBERT BERNS. AH, MƏNİM NENNİM

Robert Burns

Təpələr dalında Stinçar axır,

Keçib mamırlıqdan, süpürgəlikdən.

Artıq qış günəşi qüruba yaxın,

Nənniylə görüşə tələsirəm mən.

2.

Qərb yeli işləyir iliyə qədər,

Gecə çox qaranlıq, yağışlıdır həm.

Yaxşı pledim var; təpəni keçər,
Nenniylə görüşə mən tələsərəm.

3.

Nennim məlahətli, gənc və mehriban,

Adam tovlamağa hiyləgər deyil.

Görüm ki, dilindən olsun o insan,
Nennidən uydurma və böhtan deyir.

4.

Ürəyi təmizdir, üzü gözəldir,

Qənirsizdir həm də tərbiyəsində.

Sevimli Nennimdən gözəl deyildir,
Çiçək ki, açılır şehin içində.

5.

Bir kənd uşağıyam mənsə sadəcə,
Məni tanıyanlar çox deyil elə.
Doğrusu, mən bunu almıram vecə,

Bəsimdir tək Nennim üzümə gülə.

6.

Mənim bütün varım məvacibimdir,

Onu ehtiyatla xərcləyəm gərək.

Dünyanın sərvəti vecimə deyil,

Mənim sərvətim var çünki Nenni tək.

7.

Yalnız inəklərdir, qoyunlar ya da

Qəlbini oxşayan qoca fermerin.

Kefim kök mənimsə kotan dalında,

Bircə qayğım vardır, o da ki, Nenni.

8.

Vecimə almıram gün necə keçə,

Göylərdən nə gələ, ona qaneyəm.
Qayğım var mənim bu həyatda bircə:

Yaşayım və sevim mənim Nennimi.

 

ingiliscədən tərcümə

  1. 07. 2024, Samara

+++++++++++++

ROBERT BURNS

My Nanie, O

 

1.
Behind yon hills where Stinchar flows
‘Mang moors an’ mosses many, O,
The wintry sun the day has clos’d,
And I’ll awa to Nanie, O.
Читать далее