Архив тегов | Rüdiger müsəlman

ARDA GÜLƏR İFTARI, BAYAĞI TÜRK PİARI

Orucluq çoxdan bitib, türklərin orucluq PR kampaniyası davam edir.

Yazıq Arda Gülər…

Bütün orucluq ərzində əsasən türklərə, qismən ərəblərə və başqa müsəlman millətlərin nümayəndələrinə məxsus sosial şəbəkə səhifələrində “müsəlman Arda Gülər”in orucluğu işıqlandırılırdı. Şəkillərdə Arda Güləri başqa müəlman futbolçu qardaşları ilə — Rüdigerlə, Brahim Diasla – iftar süfrəsi başında görürdük. Süfrə də nə süfrə  — bir kəndin əhalisi yesə, doyar…

Yeri gəlmişkən, niyə bu üç milyonçu (Rüdiger yəqin multumilyonçu olar) bu iftar süfrəsini başına niyə ehtiyacı olan insanları yığmırlar? İspaniyada,məlum olduğu kimi, miqrant çoxdur, əksəriyyəti də Afrika ölkələrindən, Məğribdən. Yəni çoxu müsəlmandır və yəqin ki, kasıbları, dolu süfrə aça bilməyənləri on minlərlədir və bəlkə daha artıqdır. Üç milyonçu futbolçunun zəngin iftar süfrəsini göstərənlərin məqsədi nədir? İslamın üstünlüyü? Məgər futbolu müsəlmanlar yaradıblar? Bəlkə müsəlmanlığın üstünlüyü? Dünyanın müxtəlif ölkələrində milyonlarla insanın aclıq çəkdiyi, körpələrin acından öldüyü vaxt zəngin süfrə nümayiş etdirən adam kimdən üstündür? Əslində bu nümayişçilik əxlaqsızlıq deyilmi? Belə PR bu müsəlman futbolçulara hörməti artırmaz, əksinə, gözdən salar. Arda Gülər şəxsən mənim gözümdən düşüb…

Futbolçunun hansı Tanrıya inandığı, necə ibadət etdiyi mənim nəyimə lazımdır? Mən Messinin dindar olub-olmadığını bilmirən. Mərhum kral Pelenin də kilsədə şəkillərini ya videolarını görməmişəm. Onlara hörmət qazandıran oyunları, ustalıqları, fövqəladə talantları olub. Birdən eşitsəm ki, Messi müsəlman olub, mən yəqin ki, ümimiyyətlə futboldan üz döndərərəm. Çünki, o halda Messi mənimlə yox, xamaneilərlə, allahşükürlərlə qardaş olacaq…

Türklər, yəni osmanlılar çox üzlü və sırtıqdırlar. Ölkənin qaragüruhçuğuğa yuvarlanmağında təkcə Erdoğan günahkar deyil.Yəni Volterin bir ifadəsini bir qədər dəyişsək, deyə bilərik ki, Erdoğan olmasaydı da, türklər onu uydurmalı idilər… Türklər müsəlman ərəb qardaşlarına qoşulub sevimli futbolçuların surətindən istifadə edərək avropalılara İslamın necə gözəl din olduğunu göstərmək istəyirlər. Bunu inadla, həyaızlıqla, utanmadan edirlər. Və bunu edənlərin əksəriyyəti də gedib oturub Avropada, bəlkə heç əlini ağdan-qaraya vurmur, yardım alır ya da oğurluq edir…

İslamın gözəlliyinə və ya üstünlüyünə Arda Gülərin və Rüdigerin zəngin iftar süfrəsi ilə yalnız sadəlövh insanları inandırmaq olar. Rüdigeri top futbolçu  və multimiyonçu edən Almaniyadır. Zidanı, Benzemanı Əlcəzair yetişdirmyib, Fransa bəsləyib-böyüdüb. Müsəlman Dembele də xristian Fransanın yetirməsidir. Ağlı başında olan hər kəs türkə ya ərəbə deyər: İslam yaxşıdırsa, niyə İslam ölkələrində Fransada, Almaniyada, İspaniyada olan şərait yoxdur? Niyə İslam ölkələrinin hamısında müxtəlif formalarda diktaturadır və insan hüquqları tapdalanır? Niyə müsəlman ölkələrində məmurlar elliklə oğrudurlar və niyə müəlman ölkələrində müsəlman əhali oğurluğu zirəklik sayır?

İslam yaxşıdır? İslam ölkəsi yaxşıdır? Nədə? İqtisadi inkişafda? Səhiyyədə? Təhsildə? İdmanda?

Hələ mən parlamentarizmdən, məhkəmə sistemindən danışmıram…

Müsəlman ölkələrindən neçə nəfər Qızıl top alıb? Sıfır nəfər?

Arda Gülər, əlbəttə, istedadlı futbolçudur. Ancaq, təəssüf ki, bu türk-müsəlman piarçıları onu, deyəən, xarab eləyəcəklər. Dini əqidəni afişalamaq, dini ayini şouya çevirmək eşşəklikdir və Arda Güləri belə eşşəkliyə, özü də başa düşmədən, yuvarlayırlar. Oyununda da son vaxtlar tərəqqi yoxdur. Bir vaxt Mesut Özili tənqid edirdilər ki, o, “təmiz topla” oynamağı sevir. Yəni top uğrunda mübarizəyə meylli deyil. Arda Gülər də hazır topu gözləyir ki, ötürsün və çox vaxt da ya geriyə ya da yaxın həmkarına ötürür, dişiylə-dırnağıyla mübarizə aparıb irəli getmir. Oyunun xeyli hissəini də ortada “piyada” gəzib əlini yelləyərək dirijorluq edir…

21 yaşlı futbolçu üçün indidən onun necə görünməyi, zəngin iftar üfrəsi, müsəlman xalatında fotoseiyası vacibdirsə, bir futbolçu kimi onun üstündən gərək xətt çəkəsən…

Ruslarda bir kobud öz var: objiralovka”. Yəni partlayanacan yemək. Müsəlmanların, xüsusən zəngin müsəlmanların da orucluğu da belə bir objiralovkaya çevrilir. Bu məni təəccübləndirmir – zəngin müəlnanlar nə vaxt ayrı cür olublar ki? Məni narahat edən talantlı insanların, o cümlədən idmançıların islamçıların əlində alətə çevrilməidir. Mətbuat, sosial şəbəkə müşahidəlri göstərir ki, belə PR kampaniyaların effekti miskindir. Əksinə, avropalılarda bu, acıq doğurur. Benzema müsəlmanlığını afişalayan kimi onun fahişələrlə qonuşduğunu, eksklyüziv restoranlarda beş min dollarlıq yemək sifariş verdiyini onun yadına salırlar…

 

O4. 04. 2026, Samara