Архив тегов | müsəlman futbolçular

İSLAM. 2. MÜSƏLMAN MƏRAKEŞDƏ LAMİN YAMALIN ŞANSI SIFRA BƏRABƏR İDİ…

Öz aralarında, öz ölkələrində bir-birlərini didən, hətta kütləvi qırğınlara məruz qoyan müsəlmanlar qərb ölkələrində müsəlman dinli kimsə hansı sahədəsə böyük uğur qazanırsa, on milyonlarla müsəlman İnternetdə atəşfəşanlıq düzəldir, yəqin qurbanlar da kəsilir, nəzir-sədəqə verilir. Müsəlmanların fikrincə, müsəlman Lamin Yamalın fövqəladə nailiyyətlərinə səbəb onun dinidir, yəni müsəlman olmağıdır.

Lamin Yamal müsəlman ölkəsində yox, İspaniyada doğulub, atası Mərakeşdən gəlib, anası xristiandır. Lamin Yamalı katolik İspaniya böyüdüb boya-başa çatdırıb, Barselonanın akademiyasında futbolçu istedadı açılıb. Mərakeşdə doğulsaydı, o adda futbolçunu yəüin ki, heç kim tanımazdı.

Sonuncu dünya çempionatında Mərakeş millisinin tərkibindəki oyunçuların 18-i (on səkkizi!) Avropada doğulub. Onlardan altısı İspaniyada, altısı Fransada, üçü Niderlandda, üçü Belçikada doğulub və o ölkələrdə boya-başa çatıblar. Daha bir nəfər – qapıçı Yassin Bunu Kanadada doğulub.

Mərakeşin qırx milyona yaxın əhalisi var, hamısı da müsəlmandır. Bəs odra niyə Əşrəf Hakimi, Lamin Yamal kimi futbolçular yetişmir?

Valideynləri əlcəzairli olan Zinəddin Zidan və Kərim Benzema Fransada doğulublar və Fransanın futbol təhsili, futbol industriyası onlardan dünya şöhrətli idmançılar yetişdirib.

Realın və Arsenalın əfsanəvi futbolçusu Mesut Özil etnik türk olsa da, türk futbolçusu deyil, alman futolçusudur. Eləcə də İlkay Gündoğan.

Şöhrətlilər arasında müsəlman axtarmaq, tapıb özününkü saymaq kasıblıqdandır, çünki müsəlman ölkələrinin nə elmdə, nə incəsənətdə, nə də idmanda qərb ölkələri ilə müqayisə edilə biləcək nailiyyətləri var.

Futbol oyunu qaydalarına görə necə sadə olsa da və ya sadə görünsə də, intellektual yarışdır. Futbol dağıstanlıların və çeçenlərin lider olduqları oyunlardan deyil. Futbolda yumruq, təpik işləmir. Yumruqla, təpiklə futbolçu da yetişməz. Əhalinin total kontrol altında olduğu ölkələrdən keyfiyyətli futbol gözləməyə dəyməz. Azadlıqdan mərhum insan çidarlı at kimidir. Çidarlı at cıdıra çıxarmı?

İndi gürcülərə baxaq: Xviça Kvaratsxeliya – PSJ (Fransa), G. Mamardaşvali – Liverpul (İngiltərə), J. Mikautadze – Vilyareal,(İspaniya),  G. Koçoraşvili – Sevilya, (İspaniya) Z. Davitaşvili — Sent Etyen, (Fransa), G. Çikvetadze – Udineze, (İtaliya)B. Zivzivadze – Haydenhaym (Almaniya). Bunlardan əlavə, Rusiya çempionatında da xeyli gürcü oynayır. Niyə Avropanın top liqalarında bir nəfər belə azərbaycanlı yoxdur? Niyə müsəlman dini onları gürcülər qalxan zirvələrə qaldırmır? Yeri gəlmişkən, Rusiya çempionatında erməni də az deyil, onlardan biri, Zaxaryan, indi ispan çempionatında oynayır, Spertsyanı səudilər 25 milyon avroya alıb apardılar.

Azərbaycan, əlbəttə, tam müsəlman ölkəsi deyil. Ancaq Azərbaycandakı repressiv siyasi rejim, feodalizm dövrünü xatırladan idarəçilik, fərdi azadlıqların ləğvi – mühüm dərəcədə müsəlman zehniyyəti ilə bağlıdır. İqtisadiyyatın doxsan faizinin kölgədə olduğu ölkədə prioritet futbolun kütləviliyi, bütün regionların zəruri infrastruktura malik olması deyil, “Qarabağ”, “Sabah” kimi siyasi və ya piar xarakterli proyektlərdir. Azərbaycan çempionatında iştirak edən komandalar elə Azərbaycan parlamentinin formalaşma prinsipi ilə yaradılır, Milli Məclisə deputatlar necə təyin edilirlərsə, tarixi, ənənələri, hətta bəzən öz stadionu olmayan komandalar da eləcə yuxarıdan yaradılır.

1966-cı ildə Neftçi SSRİ çempionatında 3-cü yeri tutub bürünc medal qazananda komandada cəmi bir azərbaycanlı var idi – Yaşar Babayev. Bir azərbaycanlı da var idi, Adil Babayev, o vaxtkı qaydalara görə ona medal düşmürdü, çünki oyunların 50 faizindən azında oynamıdı. Deyəsən, Bakı Moskvanı razı salıb Adil Babayevə də medal yazdırdı… Kapitan erməni Eduard Markarov idi, o, 1970-ci ildə Yerevana gedənədək Neftçinin tərkibində 96 qol vurub, 1966-cı ilin dünya çempionatında SSRİ yığmasınında Banişevski ilə birlikdə Bakını təmsil edib…

Yəni  o vaxtdan Azərbaycan futbolu, daha doğrusu, azərbaycanlı futbolu irəli getməyib, bəlkə də geri gedib. Gürcü, erməni uşaqları saatlarla top qovanda, bizim kəndlərdə uşaqların qəpik-qəpik yığdıqları pula aldıqları topu valideynlər cırırdılar ki, işdən yayınmasınlar…

Futbol söhbətini uzatmaqda məqsədim top futbolçular arasında daim müsəlman axtaran, hətta müsəlman olmayanları müsəlman elan edən insanlara fikrimi çatdırmaqdır. Futbol oyununu ingilislər yaradıb və onun heç bir dinlə heç bir əlaqəsi yoxdur. Futbol yarışlarında uğurun ya uğursuzluğun səbəbini dində axtarsaq, onda gərək razılaşaq ki, Allah bu oyunda xristianların tərəfindədir, çünki bütün çempionatları xristian ölkələr udublar…

Əlbəttə, müsəlmanları bizim adam təkcə top idmançılar arasında yox, elmdə, biznesdə uğur qazanmış şəxslərin arasında da axtarır. Bu da yoxsul insanın zəngin qohumları ilə fəxr etməsi kimi bir şeydir. Siz əvvəl Lamin Yamalı Lamin Yamal edən katolik İspaniyaya baxın, sonra da baxın onun atasının doğulduğu Mərakeşə. Diqqətlə baxın, görəcəksiniz ki, kral Mərakeşində, demokratik azadlıqların olmadığı Mərakeşdə Lamin Yamalın şansı sıfra bərabər idi. Bunu Qızıl top sahibi Usman Dembele haqqında da demək olar. Atasının vətəni Malidə, anasının vətəni Seneqalda ya Mavritaniyada onun şansı var idimi? Dembele də Zidan kimi, Benzema kimi fransız futbolçusudur, vəssalam.

FB-da rilzlərə baxanda tük ürpədən videolar qabağıma çıxır. Bir cavan oğlan son dərəcə eybəcər sifətli molladan soruşur ki, tualet kağızından istifadə etmək olarmı. Molla deyir ki, olar. Daşdan, torpaqdan da istifadə etmək olar. Molla deyir ki, peyğəmbərimiz su olmayanda özünü torpaqla təmizləyirmiş…

Mən fikirləşirəm: bu cavanın ayrı problemi yoxdur?  Niyə tualet kağızından istifadə üçün molladan sanksiya almalıdır? Bəlkə naqqallığından bu sualı verir?

Quranda deyilir ki (yəni bunu Allah deyir), ayaqyolunda olmusunuzsa, arvadımənızla zad eləmizinizsə və su tapmırsınızsa, özünüzü qumla təmizləyin…

Bunu guya yeri-göyü yaradan Allah deyir. İnanmalı deyil. Bunu insan deyir. Və o insan ki, hər addımbaşı bulaqları pıqqıldayan, çayları şırıldayan Qafqazı görməyib. Bu insan elə ərəbərin yaşadıqları yarımadanı görüb, həmişə sudan korluq çəkib…

Sonra bu ərəblər gəlib həmin Qafqazı işğal ediblər.Əlbəttə, min kilometrlərlə yolu at, dəvə belində ona görə gəlməyiblər ki, bizim ulu babalarımıza və nənələrimizə özlərini torpaqla sürtüb təmizləməyi öyrətsinlər. İşğalçılar başqa ölkələrə niyə gəlirlərsə, onlar da ona görə gəliblər. Və işğal elədikləri əraziləri asan idarə eləmək üçün əhalini özlərinin təzə yaratdıqları dini qəbul etdiriblər. Qəbul eləməyənlərə vergi qoyublar. Bizimkilər qəbul eləyiblər. Bablarımızdan nə qədər müqavimət göstərəni olub, bilmirik. Az olmazdı. Ancaq biz indiyədək babalarımızı zorlamış bu ərəblərin cazibəsindən çıxa bilmirik. Əsrlərin təcrübəsindən bilirik ki, onların təlimi bizə yaxşı heç nə gətirməyəcək, ancaq özümüzü ələ ala bilmirik. İndiyəcən bizə özümüzü torpaqla, qumla təmizləməyi buyuran Quranı öpüb qoyuruq gözümüzün üstünə…

 

 03. 09. 2026, Samara

ARDA GÜLƏR İFTARI, BAYAĞI TÜRK PİARI

Orucluq çoxdan bitib, türklərin orucluq PR kampaniyası davam edir.

Yazıq Arda Gülər…

Bütün orucluq ərzində əsasən türklərə, qismən ərəblərə və başqa müsəlman millətlərin nümayəndələrinə məxsus sosial şəbəkə səhifələrində “müsəlman Arda Gülər”in orucluğu işıqlandırılırdı. Şəkillərdə Arda Güləri başqa müəlman futbolçu qardaşları ilə — Rüdigerlə, Brahim Diasla – iftar süfrəsi başında görürdük. Süfrə də nə süfrə  — bir kəndin əhalisi yesə, doyar…

Yeri gəlmişkən, niyə bu üç milyonçu (Rüdiger yəqin multumilyonçu olar) bu iftar süfrəsini başına niyə ehtiyacı olan insanları yığmırlar? İspaniyada,məlum olduğu kimi, miqrant çoxdur, əksəriyyəti də Afrika ölkələrindən, Məğribdən. Yəni çoxu müsəlmandır və yəqin ki, kasıbları, dolu süfrə aça bilməyənləri on minlərlədir və bəlkə daha artıqdır. Üç milyonçu futbolçunun zəngin iftar süfrəsini göstərənlərin məqsədi nədir? İslamın üstünlüyü? Məgər futbolu müsəlmanlar yaradıblar? Bəlkə müsəlmanlığın üstünlüyü? Dünyanın müxtəlif ölkələrində milyonlarla insanın aclıq çəkdiyi, körpələrin acından öldüyü vaxt zəngin süfrə nümayiş etdirən adam kimdən üstündür? Əslində bu nümayişçilik əxlaqsızlıq deyilmi? Belə PR bu müsəlman futbolçulara hörməti artırmaz, əksinə, gözdən salar. Arda Gülər şəxsən mənim gözümdən düşüb…

Futbolçunun hansı Tanrıya inandığı, necə ibadət etdiyi mənim nəyimə lazımdır? Mən Messinin dindar olub-olmadığını bilmirən. Mərhum kral Pelenin də kilsədə şəkillərini ya videolarını görməmişəm. Onlara hörmət qazandıran oyunları, ustalıqları, fövqəladə talantları olub. Birdən eşitsəm ki, Messi müsəlman olub, mən yəqin ki, ümimiyyətlə futboldan üz döndərərəm. Çünki, o halda Messi mənimlə yox, xamaneilərlə, allahşükürlərlə qardaş olacaq…

Türklər, yəni osmanlılar çox üzlü və sırtıqdırlar. Ölkənin qaragüruhçuğuğa yuvarlanmağında təkcə Erdoğan günahkar deyil.Yəni Volterin bir ifadəsini bir qədər dəyişsək, deyə bilərik ki, Erdoğan olmasaydı da, türklər onu uydurmalı idilər… Türklər müsəlman ərəb qardaşlarına qoşulub sevimli futbolçuların surətindən istifadə edərək avropalılara İslamın necə gözəl din olduğunu göstərmək istəyirlər. Bunu inadla, həyaızlıqla, utanmadan edirlər. Və bunu edənlərin əksəriyyəti də gedib oturub Avropada, bəlkə heç əlini ağdan-qaraya vurmur, yardım alır ya da oğurluq edir…

İslamın gözəlliyinə və ya üstünlüyünə Arda Gülərin və Rüdigerin zəngin iftar süfrəsi ilə yalnız sadəlövh insanları inandırmaq olar. Rüdigeri top futbolçu  və multimiyonçu edən Almaniyadır. Zidanı, Benzemanı Əlcəzair yetişdirmyib, Fransa bəsləyib-böyüdüb. Müsəlman Dembele də xristian Fransanın yetirməsidir. Ağlı başında olan hər kəs türkə ya ərəbə deyər: İslam yaxşıdırsa, niyə İslam ölkələrində Fransada, Almaniyada, İspaniyada olan şərait yoxdur? Niyə İslam ölkələrinin hamısında müxtəlif formalarda diktaturadır və insan hüquqları tapdalanır? Niyə müsəlman ölkələrində məmurlar elliklə oğrudurlar və niyə müəlman ölkələrində müsəlman əhali oğurluğu zirəklik sayır?

İslam yaxşıdır? İslam ölkəsi yaxşıdır? Nədə? İqtisadi inkişafda? Səhiyyədə? Təhsildə? İdmanda?

Hələ mən parlamentarizmdən, məhkəmə sistemindən danışmıram…

Müsəlman ölkələrindən neçə nəfər Qızıl top alıb? Sıfır nəfər?

Arda Gülər, əlbəttə, istedadlı futbolçudur. Ancaq, təəssüf ki, bu türk-müsəlman piarçıları onu, deyəən, xarab eləyəcəklər. Dini əqidəni afişalamaq, dini ayini şouya çevirmək eşşəklikdir və Arda Güləri belə eşşəkliyə, özü də başa düşmədən, yuvarlayırlar. Oyununda da son vaxtlar tərəqqi yoxdur. Bir vaxt Mesut Özili tənqid edirdilər ki, o, “təmiz topla” oynamağı sevir. Yəni top uğrunda mübarizəyə meylli deyil. Arda Gülər də hazır topu gözləyir ki, ötürsün və çox vaxt da ya geriyə ya da yaxın həmkarına ötürür, dişiylə-dırnağıyla mübarizə aparıb irəli getmir. Oyunun xeyli hissəini də ortada “piyada” gəzib əlini yelləyərək dirijorluq edir…

21 yaşlı futbolçu üçün indidən onun necə görünməyi, zəngin iftar üfrəsi, müsəlman xalatında fotoseiyası vacibdirsə, bir futbolçu kimi onun üstündən gərək xətt çəkəsən…

Ruslarda bir kobud öz var: objiralovka”. Yəni partlayanacan yemək. Müsəlmanların, xüsusən zəngin müsəlmanların da orucluğu da belə bir objiralovkaya çevrilir. Bu məni təəccübləndirmir – zəngin müəlnanlar nə vaxt ayrı cür olublar ki? Məni narahat edən talantlı insanların, o cümlədən idmançıların islamçıların əlində alətə çevrilməidir. Mətbuat, sosial şəbəkə müşahidəlri göstərir ki, belə PR kampaniyaların effekti miskindir. Əksinə, avropalılarda bu, acıq doğurur. Benzema müsəlmanlığını afişalayan kimi onun fahişələrlə qonuşduğunu, eksklyüziv restoranlarda beş min dollarlıq yemək sifariş verdiyini onun yadına salırlar…

 

O4. 04. 2026, Samara