Архив тегов | ruh

Y. Baratınski. GİLEY

Y. BARATINSKİ

Çatır vüsal günü, əziz dostum,,

Nə yaxındır görüış günü, nə yaxın.

Bəs nədən yox könüldə çırpıntı,

Söylə, bu intizar odu bəs hanı?

Nədən gileylənim? Fəqət bəlkə,

Gec sovuşdu kədərli günlər də.

Sevincimə qarışır güssə hər an,

Şöləsindən ürəkdə yanmır həvəs.

Bu xəstə ruhu incidib mən əbəs,

Edirəm səy ki, ümid oyadam.

Taleyin xoşqılıq təbəssümü də,

Verməyir heç mənə könlümcə səfa.

Sanıram bəxtəvərliyim bir səhv,

Və yaraşmır mənə bu şadlq da.

F. Tyütçev. BİZİM ƏSR

F.İ. TYÜTÇEV

 

Pozulan bədən deyil, ruh pozulub bizim zamanda,

Çəkib əl ümidlərindən, boğulur kədərlə insan.

Can atar o, nura doğru gecənin qaranlığından,

Və yetən zamanda nura qoparır şikayət, üsyan.

İnamın da yoxluğundan qurumuş və həm üzülmş,

Dayanıb durar bu dəm o və heç iştəməz aman da.

Və həm anlayar ki, məhvi elə də uzaq deyilmiş,

Və yanar inamdan ötrü… diləməz fəqət inam da.

Əbədən deməz də əlbət dualarla, göz yaşıyla,

Necə dursa da kədərli qapalı qapı önündə.

“İçəri məni burax da!  Mən iman gətirdim, allah,

Sən özün yetiş xilasa, çəkilib inam gedəndə…”