Архив тегов | rus klassik poeziyası

SAŞA ÇORNI. DUA

saşa çornı

Təşəkkür edirəm, Yaradan, sənə,
Ki, həyat beləcə çaxnaşan zaman,

Mən naşir deyiləm, deputatam nə,
Hələ türməyə də salınmamışam.

 +

Təşəkkür edirəm, Hərşeyəqadir,

Ki, kəsən olmayıb hələ dilimi,

Ki, hər rəzilliyə adət elədim,
Bəxtə inanıram dilənçi kimi.

 +

Minnətdaram sənə, yeganə Tanrı,

Üçüncü Dumaya götürmədilər.

Xoşbəxt sifətimi tutub sən sarı,

Təşəkkür edərəm ölənə qədər.

 +

Təşəkkür edirəm sənə, İlahi,
Gicləri qorxudan ölüm saatı,

Çürüyüb-dağılan dərimdən axır,
Ruh çıxar, bəndənin bitər həyatı.

 +

Səssiz yalvarıram, Tanrı, o zaman,
Qarışım zülmətə, itib-gedim həm,

Cənnətdə, bilirəm, çox darıxaram,

Cəhənnəmi isə yerdə görmüşəm.

 

iyul 1908

ruscadan tərcümə

21.09. 2024, Samara

+++++++++++++++

САША ЧЕРНЫЙ

МОЛИТВА

Благодарю тебя,создатель,
Что я в житейской кутерьме
Не депутат и не издатель
И не сижу еще в тюрьме.
Читать далее