Архив тегов | Rusiya Elmlər akademiyası nə vaxt yaranıb.

SAŞA ÇORNI. AKADEMİYANIN 200 İLLİYİNƏ

Azad elmi öldürən məgər siz deyildiniz?

Qamçıyla alimləri qovmadınız siz məgər?

İndi əylənirsiniz, akademiyanın siz
Ölüsünü qumaşla örtmüsünüzsə əgər…
+

Daha qeyrətliydilər Puqaçov da, Razin də,

“Сарынь на кичку!” deyib kəsib-doğrayırdılar.

Mədəniyyət cəlladı onlardan çox rəzildir,
Ölü dodaqlarını qurbanının yalayar.

 +

Haqqınız varmı iki əslik şöhrətiylə,

Öyünəsiniz elm və xeyir ocağının,

Boşdur axı bu məbəd, necə möhtəşəm ola,

Bircə ovuc gümüş də verməz o sizə, qanın…

 +

Volterlərə sırıyıb komsomolu siz indi,

Deyirdiniz Avropa görüb təəccüblənər?

Elm – qarət edilmiş incilərdən deyildir,

Quldur hoqqalarınız, bilin, gedəcək hədər.

 +

Elm də qisas alır. İddialı naşılar
“Proletar” şirkətində əlifba gəmirirlər.

Sizdən törəyən bidur: Lunaçarski Loyola,
Və kollektiv qırmızı Mitrofan – var ayrı nə?

 +

Əgər yeddi asudə avropalı da sizin

Bu ölü yubileyə, təşrif buyursa birdən —

Belə baş çəkirdilər hindulara da yəqin,

Qorxa-qorxa çıxaraq möhtəşəm gəmilərdən.

 +

Yalan, şeypurunu çal! Özgə biçinlərindən
Yığ müqəddəs torpağı Elmi İspolkom üçün.
Əlbəttə, Lomonosov qalxmayaxaq qəbirdən,
Qalxsa, keçirilərdi süngüyə o həmin gün!

ruscadan tərcümə

10.10. 2024, Samara

QEYDLƏR:

  1. Rusiya Akademiyasını 200 illiyi 1924-cü ildə qeyd edilib.

2. «Сары́нь на ки́чку!» — Maneəsiz qəraət üçün Volqa quldurlarının matroslara gəminin qabaq hissəsində yığılmaq əmri. 16-cı əsrin əvvəlindən  18-ci əsrin sonunadək matrosları  “sara” (“sar) adlandırırdılar.

+++++++++++++++++

САША ЧЕРНЫЙ

К двухсотлетию академии наук

 

Убившие свободную науку,

Ученых изгонявшие бичом,

Забавную придумали вы штуку,

Труп Академии венчая кумачом… Читать далее