Архив тегов | şəhər haqqında şeirlər

OSİP MANDELŞTAM. “SAKİTLİKDİR ŞƏHƏR HƏNDƏVƏRİNDƏ…”

Без названия (2)

Sakitlikdir şəhər həndəvərində,

Dalandarlar bellə qar  kürüyürlər,

Gedirəm saqqallı mən kişilərlə,

Görən yoldankeçən məni zənn edər.

 +

Oynaq, lanqı itlər hürür arada,

Yaylıqlı qadınlar gözümə dəyir.

Və samovarların qızıl gülləri,
Yanır evlərdə və meyxanalarda.

1913

ruscadan tərcümə

24. 03. 2024, Samara

 ++++++++++++

Осип МАНДЕЛЬШТАМ

 В спокойных пригородах снег
Сгребают дворники лопатами;
Я с мужиками бородатыми
Иду, прохожий человек.
Читать далее

ANNA AXMATOVA. “SADƏ HƏYAT VAR HARDASA AXI…”

AKHMATOVA

Sadə həyat vardır hardasa axı,

Həm isti, həm şəffaf, eləcə də şən.

Orda hasarbaşı axşama yaxın,

Danışır oğlanla qız və eşidən,

Yalnız arılardır xoş qonuşmağı.

 +

Çətin, təntənəli bizim ömürsə,
Mərəsimə bənzər acı görüşlər.

Təzəcə başlanmış söhbəti kəsər,
Qəfil dəli külək qoparsa əgər.

 +

Ancaq hər şeydən də əzizdir bizə,
Bəlalı, şöhrətli, qranit şəhər.

İşıqlı buzlarla örtülü axar,

Günəşi görməyən boz, qara bağlar,

Və bizə çatdıran səsini Muza.
1915

ruscadan tərcümə

23. 02. 2024, Samara

 ++++++++++++++++++

Анна АХМАТОВА 

Ведь где-то есть простая жизнь и свет,
Прозрачный, теплый и веселый…
Там с девушкой через забор сосед
Под вечер говорит, и слышат только пчелы
Нежнейшую из всех бесед.
Читать далее