
(Məqalənin əvvəli burda: https://xeyrulla.com/2023/12/22/ovlad-derdini-atalar-nece-cekirler-muxtelif-cur-ya-hec-cur/)
İkinci Qarabağ müharibəsinin əvvəlində təsadüfən bildim ki, döyüşlərin birinci günü həlak olan əsgərlərdən biri mənim keçmiş şagirdimin oğludur. Müharibə bitər-bitməz “jurnalistlər” ölüsoyan dəstəsi kimi qapı-qapı şəhid ailələrinin evlərinə gedib “qəhrəman şəhid haqqında” veriliş çəkməyə başladılar. Və mənə keçmiş agirdimin oğlundan çəkilmiş videonun linkni Azərbaycandan bir tanış atdı. Son dəfə beşinci sinif şagirdi kimi gördüyüm qızı indi şəhid anası kimi görürdüm. Əsgərin şəkilləri ilə bəzədilmiş otaqda hicablı şagirdim başına yığılmış ölüsoyan “jurnalistlərə” oğlundan danışırdı…
Əslində gərək ana bu şərəfsiz, əqidəsiz, qapı-qapı gəzb sülənən yaramazların üstünə it ısqırdıb həyətdən qovaydı. Onun oğlu neft akademiyasını bitirib cəmi iki ay əsgərlik çəkəndən sonra sentyabrın 27-də həlak olub.
Mən əsgərlik görməmişəm, ancaq yəqin hərbini bilən hər kəs deyər ki, iki ayın əsgəri müharibəyə, illərin döyüş təcrübsini və səriştəsini qazanmış düşmənlə ağır döyüşlərə hazır ola bilməz. İki ayın əsgəri düşmənin qəfil basqnı zamanı ölsəydi, bunu başa düşmək olardı. Ancaq İkinci Qarabağ müharibəsini Azərbaycan ordusu başlayıb, ona aylarla hazırlıq gedib. Və əgər iki ayın əsgərini qabağa veriblərsə, bunu bilə-bilə eləyiblər. Məgər bu, qətl deyil? Burda nə qəhrəmanlıq? Bəlkə Elmir hücumun ilk dəqiqələrində həlak olub və nə baş verdiyini heç başa düşməyə macal tapmayıb. Bu ana gərək ömrünün sonuna qədər dövlətin yaxasından əl çəkməyə. Çünki beləcə labüd ölümə gömdərilmiş oğulların valideynləri dövlətlə çəkişməsələr, yenə hərbidən olan məmurlar kasıb uşaqlarından ucuz patron kimi istifadə edəcəklər, onları minalı sahələrə yeridəcəklər…
Ancaq mənim keçmiş şagirdim dövlətin yazdığı ssenaridəki “vətənpərvər, bir oğlunu yox, bütün balalarını əlahəzrət prezidentə qurban verməyə hazır ana” roluyla razılaşıb, “ölüsoyan” jurnalistləri qəbul edir, təbdirlərdə oğlunun qəhrəmanlığından danışır, prezidentə, onun birinci xanımına, YAP-a təşəkkürünü bildirir. Yəqin qan pulu alıb xərcləyib də…
Heyf sənə, Elmir…
Son vaxtlar ingilis mətbuatı Jon Venabldan çox yazır. 1993-cü ildə on yaşlı Con Venabl Tom adlı yaşıdı iləbirlikdə iki yaşlı bir oğlan uşağını ticarət mərkəzində anasının yanından oğurlamış, aparııb işgəncə verərək öldürmüşdü. 2010-cu ildə Con azadlığa çıxır, ancaq tezliklə cinayət tərədib yenidən türməyə düşür. Bu günlərdə vaxtından əvvəl və şərti azadetmə üzrə şura artıq otuz il cəza çəkmiş Conun işinə baxmış, onun ərizəsini rədd etmişdir. Şura qərar çıxarmamışdan öldürülmüş uşağın anası bu orqana müraciət etmişdir:”Mənim gözlərimə baxın və görün ki, mən bu otuz ildə nə çəkmişəm – bu, otuz illik cəhənnəm olub”.

Biz özümüz haqqında çoxlu miflər yaratmışıq, bunlardan biri guya övladsevərliyimizdir. Avropa insanlarını soyuq, soyuqqanlı sayırıq – bu da mifdir. Avropa insanı öz övladını sevir də, onu həm dövlətdən. həm cəmiyyətdə olan zordan müdafiə etməyə qərarlı və hazırdır. İki yaşlı Ceyms Bulgerin anasının emosional müraciətindən görünür ki, ingilis qadını vzladının xatirəsini heç bir pula, imtiyaza satmaz.
Bizdə isə xüsusən son illərdə şəhidlərə verilən “qan pulları”, mənzillər və s. imtiyazlar, əlbəttə, hamnı yox, ancaq xeyli insanı korlayıb, tamah toruna salıb azdırıb. Bu adamlar övladlarını xatirəsini pula, maddi nemətə dəyişiblər. Bu adamlar əslində valideynlik hüquqlarını itiriblər….
+++++++++++++++++++++++++
İndi bilmirəm, bir vaxtlar övlad itirmiş ata və ana diqqət mətkəzində olurdu. Belə adamların yanında hamı özünü yığışdırırdı, lağlağı söhbətlər kəsilirdi. Övlad itirmiş ata özünü yüngül aparanda ona arsız deyirdilər. Yəni arı olmayan adam…
Qan pulu, mənzildən ötrü nə qədər insan arını itirir…
İngilis ana otuz ilin cəhənnəmindən danıışır. Bizdə də oğul, qız ölümündən sonra həyatını cəhənnəm sayan insanlar çoxdur. Ancaq övlad ölümünü rentaya çevirən, ömrü boyu oğlunun xatirəsini kapitallaşdırmağa can atan, gündə nəsə bir şey qapmağa çalışanlar da az deyil. Belə adamlar daha özlərini işə vermək də istəmirlər, öz davranışlarına nəzarət itirirlər. Hər cür rəzilliyə enənlər də olur. Daim “qan rentasını” artırmağa çalışan ata övladının xatirəsinə hörmət eləmir, əksinə, ləyaqətsiz həyat tərzi ilə bu xatirəni tapdalayır. Və arxayındır ki, oğluna (ya qızına) görə ona baş qoşmayacaqlar. Həyasızlar var ki, oğul (ya qız) ölümündən sonra özünü arsızlığza, əxlaqsızlığa qanuni lisenziya almış kimi apaparır…
Belə valideyn görəndə Çexovun hekayəsindəki İonıçın sözləri yada düşür: ölüm qapını dəyişik salıb, bunun əvəzinə oğlunu( qızını) aparıb…
Bəzi valideynlərin öz oğullarınn ölümündən sonra onların xatirəsindən qazanc mənbəyi kimi, vəzifə ya status almaq imkanı kimi istifadə etməyi təsadüfi deyil.Haımız azərbaycanlıyıq, xüsusən kənd yerlərində bəzi ailələrdə uşağa, övlada olan münasibət bizə yaxşı tanışdır. Bəzi uşaqlar ayaqları yer tutandan ailə üçün işçi qüvvəsinə çevrilir, günü qoyun, mal otarmaqla keçir, daim danlanır, yediyi çörək başına qaxılır bir qotur qoyun ya dana itəndə doğma atasından işgəncə görür, çünki qoyunun, dananın bazar qiyməti var, uşağın yox. Uşağına öz bağından meyvənin xarabını, çürüyünü qıyan bizim adam deyilmi? Əsgər göndərənəcən uşağının başını bir dəfə sığallamamış ata ona ölümündən sonra çoxmu yanacaq?
Övlada münasibətdə paytaxt sakinləri ilə kəndlilər arasında fərq Qarabağ müharibələrində də göstərir. Son müharibədə (1920-23) otuz-qırx min əhalisi olan rayonlar iki milyon yarım əhalisi olan Bakıdan çox şəhid veriblər. Bakıda hamı məmur deyil, hamı milyonçu deyil, ancaq pul tapıb uşaqlarını müharibədən saxlayır ya gizlədirlər. Kəndli isə hətta xəstəliyi və hətta əlilliyi olan uşağını saxlamaq üçün iki qoyun ya bir dana satmağa ürəyi gəlmir. Uşağın nəşi (ya da içində nə olunduğu bilinməyən tabutu) gələn kimi başlayır qan pulu üçüçn kağız düzəltməyə…
Azərbaycanlı uşaq həm də ailə davalarının da bütün dəhşətini yaşayır, “dərə xəlvət, tülkü bəy” prinsipi ilə özünü ailədə paşa kimi aparan ər, arvadı uşağının gözü qabağında söyür, alçaldır, döyüb qol-qbırğasını sındırır. Qətllər də az deyil. Uşağını bu ekstremal şəraitdə böyüdən, verdyi çörəyi burnundan gətirən, hətta bezdirib intihara sövq edən ata oğul dərdi çəkərmi? Ya çoxmu çəkər?
Sonda xatırladıram ki, iki yaşlı oğlu azyaşlı qatillər tərəfindən öldürülmüş Ceyms Bulgerin anası Denisə Ferqus 2008-ci ildə oğlunun xatirəsinə bulling (alçaldılma, ələ salınma) qurbanları olan uşaqlara kömək fondunun əsasını qoyub. Bu ingilis qadını Azərbaycanda övladları çox vaxt dövlətin qəddarlığı, məsuliyyətsizliyi üzündən həlak olan bəzi gənclərin valideynlərinə, həm də övladlarının ölümündə ya qətlində bilavasitə günahkar olan atalara nümunədir…
23.12. 2023, Samara