Məmməd ismayılın “Oğul şəhid olar vətən yolunda” şeri, mən bilən, hələlik dərsliklərdə yoxdur. Ancaq perspektivi var, belə şerin yeri dərslikdir, özü də bütün siniflərin dərslikləri. Əhməd Cavadın mətni və milli öndərin şəkli ilə yanaşı.
“Oğul şəhid olar vətən yolunda…”
Bu sözü övladı şəhid olan ata ya ana deyə bilər. Deyirlər də. Səmimi deyənlər də var, təhrik edilib, tamaha salınıb mikrofona, kameraya deyənlər də. YAP əxlaqlı jurnalistlər ürəkləri parçalanmış ataları, anaları məcbur edirlər ki, toyda içkili deyilən sağlıqlara bənzəyən ”vətənpərvər” sözlər desinlər.
Ancaq övladı, nəvəsi müharibədə ölməyən “şairin” bunu deməyə haqqı varmı?
Bu, bilirsiniz necə səslənir? Məsələn, oğul itirmiş ata ya ana ağlayır, saç yolur, üzünü cırır. Bir cızmaqaraçı da bu yandan özünü yetirir ki, “nə özünü yırtırsan, vətən yolunda oğul şəhid olar də…”
Mən bilmirəm, Məmməd İsmayılın övladı ya nəvəsi şəhid olub ya yox. Deyəsən, yox. Mətni oxuyaq, görərsiniz ki, sütül oğlu həlak olan belə sarsaq şeyi yazmaz.
Şerin epiqrafı da var: “Ölümsüz şəhidlərimizin xatirəsinə”
Necədir?
İndi şeiri oxuyaq.
“Açılan çiçəklər barında ölər…”
Hörümçək hördüyü torunda ölər,
Alışan kösövlər qorunda ölər,
Ölsə, bal arısı balında ölər
Pərvanə işığın yolunda ölər, —
Oğul şəhid olar vətən yolunda.”
Bənd uzundur, altı misradır, Məmməd İsmayıl orijinal forma yaratmağa çalışıb. Bəndin axırına çatanda əvvəlini unudursan, nəyin nəyə bənzədildiyini başa düşmürsən. Misralara bir-bir baxaq.
“Açılan çiçəklər barında ölər…”
Yəni çiçək əslində ölmür, çiçək meyvəyə çevrilir. Bu, qədim sözdür, Tövratda, İncildə var.
Sonra aləm qarışır bir-birinə.
Şeir, kimə həsr olunub? Bəli, şəhidlərə!
“Hörümçək hördüyü torunda ölər…”
Şəhid burda nədir və hardadır? Şəhid hörümçək torudur? Hörümçəyin özüdür ya tora saldığı milçəkdir?
Məsələ burasındadır ki, Məmməd İsmayıl ağ yalan deyr, hörümçək toxuduğu torda ölmür, torda ölən onun ovudur, hörümçək əsasən qocalıqdan ölür.
Deməli, şəhid milçəyə bənzədilib?
“Alışan kösövlər qorunda ölər”.
“Alışan kösöv” – azərbaycanca deyil, yəni tavtalogiyadır, payanıın alışmışı kösövdür, alışan ya alışmayan kösöv yoxdur.
Burda şəhid hardadır? Kösöv şəhidin atasıdır? Şəhid – qordur ya küldür?
“Ölsə, bal arısı balında ölər”
Bu misrada şəhidi tapmağa çalışın. Şəhid arıdır ya baldır? “Ölsə…. ölər…” Bəs ölməsə?
“Həyatın sonunda bir «və»si varsa…”
Başa düşdünüz? Mən – yox.
“Əvəz olunmazın əvəzi varsa…”
Yəni oğul əvəzolunmazdır, ancaq əvəzi var – belə başa düşək? Əvəzi nədir? Dəmir medal?
“Və… bəxtin şəhidlik zirvəsi varsa…”
Bu zirvəni Məmməd İsmayıl harda görüb? Yuxusunda? Ya içkili fantaziyalarında?
Gəlin Məmməd İsmayılın bütün nəvə-nəticələrinə bu zirvəni arzulayaq! Hamısının bəxti gətirsin!
Məşədi İbad demişkən, yıxasan yerə, ağzına-ağzına vurasan…
“Uca zirvə varsa, dağ var deməkdir”…
Bu nədir? Coğrafi ya geoloji kəşfdir? Gəlin bunun əksini düşünək: “Uca zirvə yoxsa, dağ yox deməkdir” – beləmi?
“Uca zirvə” – bu, azərbaycancadır? Alçaq zirvə olur?
“Açılan gül varsa, bağ var deməkdir…”
Gül şox yerdə açılır, gül açılan hər yer bağdır? Məsələn, pəncərənin içi…
“Əgər ölən varsa, sağ var deməkdir…”
Məmməd İsmayıl xalqı ələ salıb? Dolayıb? Təsərrüfatına bağlayıb?
Gəlin məzə üçün tərsini deyək: “Əgər sağ varsa, ölən var deməkdir”…
Kül bizim başımıza…
“Ana elə-belə oğul doğurmaz…”
Əlbəttə, elə-belə “doğurmaz”. Ana ümumiyyətlə oğul “doğurmur”. Ana – doğur! Doğuran kişidir – fizioloji təfərrüata görə üzr istəyirəm.
“Qəhraman doğurar o, qul doğurmaz!”
Hər ana qəhrəman “doğurur”? Məmməd İsmayılın anası, arvadı, gəlini, qızı neçə qəhrəman «doğurub»? Qulları, əqidəszləri, Məmməd İsmayılın özü kimi şarlatan cızmaqaraçıları kim doğurur?
“Övlada ananın bətni vətəndi”
Hörmətli oxucu!, sizcə, bu “bətn” sözünə Məmməd, bu Məmiş, qafiyə tapacaqmı?
Tapıb:
“Duyduğu laylanın mətni vətəndi…”
Bətn, mətn… Kimin ağlına gələrdi…
İlahi, biz necə rəzil millətik…
“Əgər o vətənin düşməni varsa…”
Hansı vətənin? Neçə vətən olur?
Başa düşdünüz? Vətənin düşməni varsa, “oğul şəhid olar də…” Biz də çax-çuxumuzu eləyək, azərbaycanlılar onsuz da küt xalqdır, nə yazsan, yəni qabağına nə atsan, gəvələyib “bəh-bəh” deyəcək…
Bu adam özünü heç azərbaycanlı da saymır. Vikipediyada milliyətini “türk” göstərib. Güman edirəm ki, heç atası da Mürşüd deyil Ayrı kişidir. Yəni onu bir ayrı erkek (türk demişkən) doğurub…
X.X.
21. 05. 2024, Samara
