Архив тегов | şəhidlər

DÖYÜŞƏ ANCAQ «AZSEKTOR» GEDİR?

Bir neçə ay əvvəl FB-da mənimlə dotstluqda olan “rusdilli”  bakılı gənc qadının səhifəsində  (əsli salyanlıdır) azərbaycanlıların fiziki qusurlu olduqları müzakirə edilirdi. Müzakirə mövzusu əsasən kənd azərbaycanlıları idi: oğlanlar balacadırlar, əyri-üyrüdürlər. Mədəniyyətsizliklərindən isə danışmaq artıqdır…

Mən o qadını izləmirəm, yəni əbunədən silmişəm, indi nəyi müzakirə etdiyini bilmirəm. Ancaq istərdim ki, indi üzlərini, saçlarını boyadıb ağartmış, özlərini rusluğa qoymuş bu qadınlar indi yaxşı fikirləşsinlər ki, hnsı ölkədə yaşayırlar, hansı xalqa mənsubdurlar və onların “rusdilli”, “mamlı-matan” həyatını kimi qoruyur və onların qara qəpiyə dəyməyən həyatları uğrunda kimlər ölür!

Baxın, ölənlər kənd uşaqlarıdır! Lənkəranın Vilvan kəndi yanvardan bəri iki şəhid verib! Tərtərlilər, sabirabadlılar, neftçalalılar, zaqatalılar onlara Bakıda əyri baxan, onları həqarətlə “azsektor” adlandıran “rusdilli” mamlımatanlardan ötrü, gecə klublarında keflər çəkən, gündüzlər bahalı maşınlarda fironluq edən “mama oğulları”nda ötrü ölürlər!

Bəlkə ölkə bundan sontra ayıla? Ölkəni ermənilərdən azad etmək eşqiylə yaşaya-yaşaya xalq yaddilli, yad məfkureəli, özünü fəxrlə “russkoyazıçnı” adlandıran zümrənin yanında ikinci dərəcəli zümrəyə çevrilib.

Ölənlərin siyahısına bir də baxın, görün kim hardandır. Bütün millət o kənd uşaqlarının xatirəsi önündə xəcaət hissi keçirməlidir.

 

 

VİCDANININZ OLSUN, ASSOCİATED PRESS ELƏ DEMƏYİB!

Azərbaycan zurnalistləri milli faciəni reklam kampaniyasına, məzhəkəyə, qapazvurduya çevirirlər.

İndi tənbəllik eləməyən İnternetdə bu xəbəri yayır: “Assoiciated Press bildirir ki, ermənilərin 100-dən çox əsgəri öldürülüb”.

Girirəm Associated Pressin saytına, xəbəri tapıram. Dünyada ən nüfuzlu agentliklərindən biri sadəcə Azərbaycan tərəfinin bəyanatını yayır, yəni AP xəbər verir ki, Azərbaycan tərəfi 100-dən çox erməni əsgərinin öldürüldüyünü iddia edir.

Yəni Azərbaycan zurnalistləri Azərbaycan rəsmilərinin bəyanatını AP-in adına çıxmaqla ermənilərin itkisi barədə məlumatı inandırıcı eləməyə çalışırlar.

Yəni əgər AP informasya yaymışdısa, Azərbaycan zurnalistləri bunu dezinformasiyaya çeviriblər.

Bu kimə lazımdır? Bunun jurnalistliyə dəxli var? Bunun vətənpərvərliyə dəxli var? Bu, ölkə rəhbərliyinin, Müdafiə nazirliyinin nəzərində yaxşı görünmək, bir şey qazanmaq üçün edilmirmi? Və xalqın qəmini, onlarla gəncin həlakını qazanc fürsətinə çevirən zurnalistlərin niyə əlindən və ağzından vurulmur?

ƏSGƏRLƏRƏ, ÇAVUŞLARA, ZABİTLƏRƏ HƏSR OLUNUR

Dövlətin əsgərə, çavuşa, zabitə bu qədər inandığını, bu qədər etibar etdiyini bilmirdim. Sən demə bu fəhlə-kəndli balaları hər şeyə qadir iişlər: düşməni yıxmağa, yüksəkliklərə bayraq sancmağa, hər qarış torpaq üçün canlarından keçməyə.

İndi fikirləşirəm: bəs niyə bu iyirmi ildə bu hər şeyə qadir fəhlə-kəndli balalarının içindən Kəmaləddin Heydərovu əvəz eləməyə bir nəfər çıxmır? Niyə şanlı zabitlərimizdən biri yüksəlib Elçin Quliyevin yerini tuta bilmir? Niyə Ramiz Mehdiyevi, Artur Rəsizadəni, Ramil Usubovu, “parlament”dəki dəyyusları əvəz eləyən tapılmır? Niyə rayonları ofisiantlar idarə edirlər? Mənim prezidentlə işim yoxdur, vəzifə ona atasından qalıb. Saydıqlarımıın yerini bizim hər cür qəhrəmanlığa qadir, ölməyə hazır gəncərimiz böyüyüb tuta bilərlərmi?

Yoxsa onlarınkı ancaq saydıqlarəsgərlərə, çavuşlara, zabitlərə həsr olunuımın sərvətlərini, firavan həyatını qrumaq üçün ölçəkdir?

Deyirlər ki, bizim şanlı əsgərlərimiz, çavuşlarımız, zabitlərimiz vacib bir yüksəkliyi ələ keçiriblər. O yüksəkliyin çox gözəl olduğunu da deyirlər. İndi kim zəmanət verə bilər ki, sabah Kəmalədiin Heydərov ya onum kimisi bir villa ucaltmayacaq?

İyirmi il ərzində yoğunlamış, yağlanmış, harınlamış məmurlar xalqın balalarını tum kimi çırtlayırlar, Kuba siqarı kimi çəkib üfürürlər…

Və əgər bu əsgərlər, çavuşlar yüksəlişə, öz ölkələrini idarəyə qadir deyillərsə, niyə onları qoymurlar otursunlar kasıb evlərində?

Bəlkə Kəmaləddin Heydərov, Ramiz Mehdiyev, Arif Paşayev kimi insanların sərvətini onların öz övladları qorumalıdırlar, hə?

 

LALƏ ŞÖVKƏT HAVALANIB, ELƏ BİLİR Kİ, MARQARET TETÇERDİR…

Sidqi Şövkət adlı biri Lalə şövkətin (yəqin anasıdır) müraciətini İnternetdə yayır.

Bu, dövlət ya ordu başçısının bəyanatına oxşayır.

“Qoy, bizim əziz Əsgər, Çavuş, Zabitlərimiz bilsinlər ki, biz, bütün azərbaycanlılar, hər birimiz, heç nədən – siyasi mənsubiyyətindən, mövqeyindən asılı olmayaraq, onlara mənəvi arxayıq».

Necə yəni «mənəvi arxayıq»? Lalə Şövkətin «mənəvi arxa»lığının əsgərə, çavuşa istisi ya soyuğu varmı? Əsgər, çavuş Lalə Şövkəti tanıyyımı? Lalə Şövkət əsgərliyin, çavuşluğun nə olduğunu bilirmi? Belə müraciəti oğlu cəbhədə olan qadının yazmağa haqqı var. Lalə Şövkətin oğlu cəbhədədir?

İsti mənzillərində, gecə klublarında, restoranlarda, hamamalarda, xariclərdə əsgərlri, çavuşları, zabitləri “dəstəkləyən” insanlar ermənidən də çox nifrət doğururlar. Orduda olmaq, hətta ölmək belə şərəflidirsə, bəs niyə min fırıldaqla yayınırsınız. Yayınrsınız, övladlarınızı yayındırırsınız. Belədirsə, oturun yerinizdə, dilinizi qoyun qarnınıza, qələminizi də soxun…

LALƏ ŞÖVKƏT.jpg

Bəzəyinə bir ətək pul xərcləyib özünü Marqaret Tetçerə oxşadıb…

 

 

İNDİ MEYDAN TV ŞƏHİDLƏRİN ŞƏKLİNDƏN REKLAM LÖVHƏSİ KİMİ İSTİFADƏ EDİR

Bir neçə gündür ki, dövlərt kütləvi informasiya vasitələri şəhidlərin şəklindən reklam lövhəsi kimi istifadə etmək praktikasından əl çəkiblər. (Bəlkə burda mənim söyüşüm də kömək edib?) İndi liberal-demokrat Meytdan TV həmin hoqqanı çıxarır. Şəhidin cəsədi soyumamış şəklinə Meydan zurnalistləri öz reklamlarını yapışdırıblar. Düz ürəyinin başına. Baxın.

rəvan nurayev

Bəkir İsmayılov

 

 

NAZİR BALALARININ CƏBHƏDƏ ŞÜCAƏTLƏRİ

Azərbaycan mətbuatında Tale Heydərovun igidlikləri barədə yeni məlimatlat yayılmaqdadır. Tale Heydərov “Bentli”də elə hücuma keçib ki, ermənilər iki ya üç kəndi boşaldıb “Dədəm, vay” deyə-deyə tumançaq qaçıblar. Tale heydərov zurlaistlərə deyib ki, bu gündə-sabahda Yerevanın küçələrində Ziya Məmmədovun oğlanlarıyla ötüşəcək.

Bərəkallah!

ZAKİR HƏSƏNOV AZƏRBAYCANA HÜCUM NAZİRİDİR?

Azərbaycan ordusunda itkilər artdıqca istər-istəməz fikirləşirsən: bu Zakir Həsənov Azərbaycanın müdafiə nazididir ya Azərbaycana hücum naziri?

SÜTÜL UŞAQLAR QIRILIRLAR, NAZİR BODRUMDA BƏDƏNİNİ SÜRTDÜRÜR

Neçə aydır sərhəddə atışma gedir, əsgərlər ölürlər. Belə gərgin vaxtda Azərbaycan zabiti, generalı ölkədən çıxırsa, ya danışıq üçün, ya hərbi yardım üçün gedə bilər. Azərbaycanın hərbi naziri isə Bodruma incə bədənini massaj elətdirməyə gedib…Əgər onun özünün on doqquz yaşlı uşağı sərhəddə dayansaydı, onda da Bodruma kefə gedərdi? Və haçan bu sərhədlərin qorunmağına ölkə sərvətlərinə sahib olmuş beş-on ailənin də uşaqları cəlb olunacaqlar? Və cəmi on doqquz yaşı olan ana uşaqlarını güllə qabağına vermək cinayət deyilmi?

ÜÇÜNCÜ DƏRƏCƏLİ ƏSGƏR ÖLÜMLƏRİ

“Bugünlərdə cəbhədə həlak olan 12 hərbçi ölümündən sonra «Hərbi xidmətdə fərqlənməyə görə» 3-cü dərəcəli medal ilə təltif ediliblər.”

Medalla!

3-cü dərəcəli!

Əgər bu uşaqlar şücaət göstərib ölüblərsə, niyə onlara yüksək mükafart verilmir? Yoxsa dövlətdə olan bütün ordünlər Əliyevlərə, Paşayevlərə, Ramiz Mehdiyev kimi qoca qurdlara verilib qurtarıb?

Necə yəni “hərbi xidmətdə fərqlənməyə görə?” Bu uşaqlar ölüblər! Onların minlərlə yaşıdları, o cümlədən əliyevlər, paşayevlər, heydərovlar kimi ailələrdən olan harın gənclər yaşayır, onlar isə yox! Onların ana-atalarının, bacı-qardaşlarının ürəyinə dağ çəkilib – bu “fərqlənmək” adlanır?

12 gənci mənasız öıümə göndərmiş dövlət onların xatirəsini də təhqir edir.

Xalqın başı əyilməlidir – həm bu gənclərin xatirəsi önündə, həm də xəcalətdən…