Fransız jurnalı yazır ki, ötən il Almaniyada 400 min adam kilsəni tərk edib. Bunların içində həm katoliklər, həm protestantlar var. Səbəb bayağıdır: pul! Hər kilsə üzvü gəlirindən 8-9 faiz kilsə vergisi ferməlidir. Almaniyada bütün gəlirlərin leqal olduğunu nəzərə alsaq, verginin böyüklüyünü təsəvvür etmək olar…
Birdən Azərbaycanda xüms, zəkat kimi vergilər qanuniləşə! Özü də bütün gəlirlər ciddi hesaba alına! Azərbaycanda nə qədər müsəlman qalar? Yəqin ki, çox az. Məsələn, Salyan qazısı kimi təmiz və saf müsəlmanlar…