Архив тегов | Saşa Çornını şeirləri

SAŞA ÇORNI. SİYASİ SONET

saşa çornı

(baş məqalə əvəzinə)

Sərt Dantenin özü də sonetə baxmırdı xor,

Yəqin ki, günah olar əgər etəsək tərsinə,

Dünyanın axırıyla filosoflar qorxudur,
Sakinlərsə vurulub fokstrot rəqsinə.

+

Böhranlar yüzlərlədir, heç birinin yox həlli,

Sənt ilhamı sönüb, həyat isə burulğan.

Gah dəyərdən düşür pul, gah da olur dəyərli,

Sel kimi axır ancaq kinoya saysız insan.

+

Çıkili, kapitallı Loyolalarsa artıq,

Qırmızı şeytan ilə aşnalıqdadır açıq.

Kİmə atlmalıdır dönüb gələn bumeranq?..

+

Orta əsr dövrünə qayıdaraq yenidən,

İstəmədən deyərsən, ah çəkərək dərindən:

Müasirlik, bilirsən sən nəsən? – oranqutanq!

1925

ruscadan tərcümə

08. 10. 2024, Samara

Qeydlər:

  1. “Sərt Dantenin özü də…” – birinci misra Puşkindən sitatdır.

2. Loloyalar – İqtati Loyoıa (1491-1556) iezuit ordeninin banisidir; yəqin ki, şair kilsə xadimlərinin bolevik rejimi ilə (“qırmızı şeytan) əməkdaşlığına işarə edir.

++++++++++++++++

САША ЧЕРНЫЙ

ПОЛИТИЧЕСКИЙ СОНЕТ

(вместо передовицы)

«Суровый Дант не презирал сонета»,—

Нам поступать грешно наоборот…

Философы грозят кончиной света,

А жители танцуют всласть фокстрот. Читать далее

SAŞA ÇORNI. SENZURASIZ SATİRA

saşa çornı

Gördüm bir rahibi karetada mən,

Cübbəsində ulduz şölələnirdi.

Ancaq nə düşündüm onu görərkən –

Heç vaxt söyləmərəm öldürələr də.

 +

Nazir Şvarts ilə üz-üzə gəldim
Qorxu içində tez çıxdım aradan.

Yolda pıçıltıyıa nələri dedim –

Heç kimə demərəm bunu, heç zaman.

 +

Baş çəkdim tanış bir müdavim qıza,
Bütün bu işlərdən yorğun idim mən,

İçdikcə qaynanmış suyu məm, düzü,
Deyinir, get-gedə xumarlanırdım.

 +

Marusya!, əzizim, ver sağ əlini,

Tək sevinc – həyatdır, iztirab – heç nə!

Və dinməzcə ona sarı əyildim…

Niyə? Bu barədə susaram yenə!


1908

ruscadan tərcümə

18. 09. 2024, Samara

QEYD:

Şvarts A.N. (1845-19115) – 1908-1910-cu illərdə xalq maarifi naziri. Onun təyinatına böyük ümidlər bəslənilirdi, ancaq bu sahədə Şvartsın elə ilk addımları onun soyadının müdhiz məcazi mənasını təsdiq etdi (şvarts –aımanca “qara”dır).

 ++++++++++++++++

САША ЧЕРНЫЙ
ЦЕНЗУРНАЯ САТИРА

Я видел в карете монаха,
Сверкнула на рясе звезда…
Но что я при этом подумал
Я вам не скажу никогда!
Читать далее