Архив тегов | Şekspirin 35-ci soneti

UİLYAM ŞEKSPİR. 35-Cİ SONET (əruzla)

                          No more be griev’d at that which thou hast done:

                           Roses have thorns, and silver fountains mud… 

+

Qəlbini üzmə daha etdiyin günahlarla,
Gümüş bulaqda çirk olur və qızılgüldə tikan.

Tutulmalarla, buludlarla günəş, ay qaralar,

Zərif, sevimli qönçələrdə qurd salar məskən.

+

Hamı günahkar həyatda, günahkaram mən özüm,

Səni bənzətmələrlə səy edirəm doğruldam.

Sənin xilasın üçün mən hələ qanun da pozub,

Bütün xətalarına istərəm bəraət alam.

+

Sanki rəqib tərəfə keçmişəm çəkişmədə mən.

Gəlir incitdiyin insan sənin müdafiənə.

Özümə qarşı yazımışam mən öz şikayətimi,

Sevgi və nifrətin gedir vətəndaş hərbi yenə.

+

      Talasan da məni çoxdan, ey əli əyri ağa,

       Şərikəm  hər nə törətsən də və alsan nə cəza.

İngiliscədən tərcümə

01.10.2016

Samara