Архив тегов | Serj Sarqsyan

KİRVƏ CAVANLAŞIB

Serj Sarqsyan Cənubi Koreyada cavanlaşma kursu keçib və yeddi-səkkiz yaş cavanlaşıb. Cənab Sarqsyan jurnalistlərə deyib ki, İlham kirvəsiylə görüşüb-öpüşəndə yaşından utanırmış.”Daha bizim aramızda sevgiyə heç bir maneə yoxdur”, — Serj Sarqsyan deyib.

SARQSYANIN ƏYLİSLİYƏ TƏBRİKİ

“Daş yuxular” romanının nəşrinin bir illiyi münasibətiylə Ermənistan prezidenti Serj Sarqsyan Əkrəm Əylisliyət təbrik teleqramı göndərib. Təbrikdə deyilir: “Əziz Əkrəmk-can! Gec-tez  “daş yuxular” çin olacaq və biz sənin vətənin Əylisi də azərbaycanlıların işğalından azad edəcəyik!”

KİRVƏLƏRİN SÖHBƏTİ

Əkrəm Əylisli:

—         Kirvə, mənim 30 draxmımı haçan göndərəcəksiz?

Serj Sarqsyan:

— Kirvə, ürəyini sıxma, göndərəcəyik, başımız bir az qarışıqdır, bir namizədi gülləynən vurublar…