Архив тегов | Sevgi Şeirləri

RADYARD KIPLING. MAVİ QIZILGÜLLƏR

RADYARD KİPLİNQ

Qızılgüllər dərdim həm al, həm də ağ,

Dedim sevgilimə yəqin xoş gələr.

Yarım heç birini almadı ancaq,
Mavi qızılgüllər, dedi, mənə dər.

 +

Dünyanı dolaşdım yarısınacan,
Onlar bitən yeri tapmadım yenə.

Hədər axtarışdan üzülən zaman,

Dünyanın yarısı gülürdü mənə.

 +

Evə dönüb gəldim qış dönəmində,
Şıltaq sevgilimsə yox idi artıq.

Sonuncu nəfəsdə, Ölüm gələndə,

Gözləri mavi gül yəqin axtarıb.

 +

Yəqin ətrafında qəbrinin indi,

Qəlbindən keçəni tapa bilərdi.

Mənim axtarışım, əfsus, hədərdi —

Ağ və al qızılgül daha gözəldir!

1887

ingiliscədən tərcümə

03.11. 2024, Samara

+++++++++++++++++

RUDYARD KİPLİNQ

BLUE ROSES

Roses red and roses white

Plucked I for my love’s delight.

She would none of all my posies—

Bade me gather her blue roses. Читать далее

ROBERT BERNS. YOXSULLUQ SOYUĞU

Robert Burns

Xor

Ah, niyə Taleyə həzz verir görən,
Dağıtmaq ən incə bağlılıqları?

Taleyin şöləsi yanmasa, ölər

Niyə çiçək kimi zərif eşq axı?
1.

Ah, soyuq kasıblıq, təlaşlı sevgim,

İtdi aranızda mənim dincliyim!

Yoxsulluğa bəlkə dözə bilərdim,

Əgər olmasaydı mənimlə Cinni.

2.

Bəzən düşünürəm dünya malından —

O, qürur gətirir və başqa şeylər.

Lənətə qoy gəlsin o qorxaq insan,

Ki, özünü sərvət köləsi elər.

3.

Onun gözəl, mavi gözlərində mən,
Ehtiraslarıma cavab görürəm;

Danışır rütbədən, dəbdən o bəzən,
Çünki tədbirlidir, ağıllıdır həm.

4.

Ehtiyatlılıq da, ağıl da gedir,

Əgər yanındasa belə bir gözəl.

Ehtiyat ya ağıl bilmirəm nədir,
Vurğunam, sevgimdir yeganə rəhbər.

5.

Ah, necə xoşbəxtdir meşədə hindu,
Onun sevgi işi mürəkkəb deyil

Nə sərvət, dövlətdə mərtəbə nə də,

Onu çəkindirə, qorxuda bilmir.

1793

ingiliscədən tərcümə

23. 09. 2024, Samara

++++++++++++++

ROBERT BURNS

O Poortith Cauld

Chorus
O, why should Fate sic pleasure have
Life’s dearest bands untwining?
Or why sae sweet a flower as love
Depend on Fortune’s shining?
Читать далее

ROBERT BERNS. TEM QLEN

Robert Burns

1.

Ürəyim partlayır, əziz bacım, bil,

Mənə bir məsləhət gərək verəsən.

Hamını küsdürmək heç insaf deyil,

Bəs onda nə edim Tem Qlenlə mən?

2.

Bu gözəl insanla, düşünürəm ki,
Kasıblığa da mən dözərəm asan,

Əgər Tem Qlensə ürəyimdəki,

Neynirəm əllərim pulla oynasın?

3.

Elə bu Louri, bu lord Dyumeller:
Rəftarı kopuddur, xoşuma gəlmir.

Pulundan danışar, özünü öyər,
Ancaq Tem Qlen tək rəqs edə bilmir.

4.

Dəng eləyir məni həmişə anam,

Cavan oğlanlarla sayıq ol deyir.

Oğlan aldadandır, sonra da atan —

Mənim Tom Qlenim, yox, belə deyil!

5.

Atamsa deyir ki, mən onu atsam,

Mənə o, yüz marka verəcək hökmən.

Bu iş taleyimin yazısıdırsa,

Necə əl çəkərəm mən Tem Qlendən?

6.

Valentin gününün axaşamı dünən,

Sanki ürəyimdə yel əsdi birdən,

Üç dəfə fal açdım, hər üçündə də,
Onun yazılmışdı adı: Tom Qlen.

7.

Durdum Halloində mən gecə yarı,

Donumun qolları yaşdı yenə də.

Gəldi evə yaxın onun oxşarı,

Vardır şalvavarından Rom Qlenin də!

8.

Mənə məsləhət ver, bacım, yubanma,

Ən sevimli qara toyuğumu mən,
Sənə verəcəyəm, şərti var amma:

Əziz Tem Qlenə ərə get desən.

1788

ingiliscədən tərcümə

09-10. 2024, Samara

+++++++++++++++

ROBERT BURNS

Tam Glen

1.

My heart is a-breaking, dear tittie,
Some counsel unto me come len’,
To anger them a’ is a pity,
But what will I do wi’ Tam Glen?
Читать далее

ROBERT BERNS. GƏZİB-DOLAŞAN ZAMAN…

Robert Burns

O məni tərk edəndən, getdi sevincim, məzəm,

Şikayət eləmirəm, halım xarabdır ancaq.

Bir ayrısı tapılar, niyə mən ümid üzəm,
Mənim qəlbim sevgidən bir də qırılmayacaq.

                             1.

Bir yay axşamında mən gəzib-dolaşan zaman,
Yığılıb zurnaçılar, gənclər şənlənirdilər,

Onların arasında məni aldadıb atan.

Gördüm, qəlb yaralarım qan axıtdı yenə də.

                          2.

Ağladım səhərəcən, bütün gecə yatmadım,
Elə yaş axıdırdım, sanki yağış yağırdı.

Ağlaya bilməsəydim, ürəyim partlayardı,

Sevilmək və atılmaq – ah, bu yaman ağırdı!

                          3.

Hərçənd o məni atdı, tamah salıb gümüşə,

Nə qədər qazansa da, aparmaram mən həsəd.

Necə ağır ola dərd, dözməliydim  həmişə,

O edən xəyanəti eləməzdim mən fəqət.

ingiliscədən tərcümə

30-31.05. 2024, Samara

+++++++++++++++

ROBERT BURNS

As I Was Wand’ring

 Chorus
Weel, since he has left me, may pleasure gae wi’ him;
I may be distress’d but I winna complain:
I’ll flatter my fancy I may get anither
My heart it shall never be broken for ane.
Читать далее

ANNA AXMATOVA. «MƏNİM RƏQİBLƏRİM YOXDU DEMİŞDİ…»

анн ахматова

Mənim rəqiblərim yoxdu demişdi,

Adi onun üçün qadın deyiləm.

Təsəlli nuruyam qış günəşinin,

Doğma yurdun vəhşi nəğməsiyəm həm.

O, dərd çəkməyəcək ölsəm əgər mən,

Qışqırmaz, ağlını itirib: “Diril!”

Fəqət birdən anlar günəşsiz bədən,

Nəğməsizsə könül yaşaya bilmir…

        …Bəs indi necə?

1921

ruscadan tərcümə

02. 03. 2024, Samara

+++++++++++++++

Анна АХМАТОВА

Сказал, что у меня соперниц нет.
Я для него не женщина земная,
А солнца зимнего утешный свет
И песня дикая родного края.
Когда умру, не станет он грустить,
Не крикнет, обезумевши: «Воскресни!» —
Но вдруг поймет, что невозможно жить
Без солнца телу и душе без песни.
…А что теперь?

1921

ANNA AXMATOVA. DURUB CƏNNƏTİN AĞ ASTANASINDA

AKHMATOVA

Durub cənnətin ağ astanasında

Qanrılıb qışqırdın: “Səni gözlərəm!”

Vəsiyyət elədin son nəfəsində,
Həm xeyirxah olum, yoxsul olum həm.

 + 

Haçan ki, şəffafdır üzü göyləri ,

Cingiltili səslə qanad çalaraq,

Görür son tikəmi necə bölürəm,
Çıxıb qabağıma kimsə əl açcaq.

 +

Elə ki, döyüşdən çıxanlar kimi,

Buludlar üzürlər bələnib qana,

Eşidir o mənim dualarımı,
Çatır sevgi dolu sözlərim ona.

iyul 2921

ruscadan tərcümə: 08. 02. 2024, Samara

+++++++++

Анна АХАМАТОВА

На пороге белом рая,
Оглянувшись, крикнул: «Жду!»
Завещал мне, умирая,
Благостность и нищету.
Читать далее