Архив тегов | Sevil Gültən

İLON MASK ULDUZLARA PEYK, BİZİM EVSİZ ŞAİR TULA GÖNDƏRİR…

Zahid Sarıtorpaq 1

LafTV-dən ŞOK və TƏCİLİ:  Azərbaycanda 21 yazıçıya ev bağışlanıb!

Məni bu xəbərdə şoka salan nə evlərin bağışlanmağı və kimə, nəyə görə bağışlanmağı yox, mənzillərin sayı oldu: 21! Bu rəqəm mənə ən məşhur və ən sevimli kart oyununu xatırlatdı.

Lətifəni xatırlayırnız? Anası ömrünü qumarla keçirmiş oğluna baxıb ürək yanğısı ilə deyir:

— Bala, sənn evini 21 yıxı.

Oğul deyir:

— Yox ana, mənim evimi 21 yox, 22 yıxdı…

Hər halda maraqlıdır: bu evləri necə bölüblər: qumara qoyublar ya püşk atıblar?

Beləliklə, Bakıda iyirmi bir adamın əli gətirib, kefdədir. 1179 yazan isə ailəsi ilə birlikdəmatəm içindədir, çünki mənzil üçün ərizə verənlərin sayı 1200 imiş. Yasa batıb ah-nalə çəkənlərdən biri şair və altı roman müəllifi Zahid Sarıtorpaqdır.

Nə gizlədim, mən şəxsən Sarıtorpağa ev verilmədiyinə sevinirəm. Ona ev verilsəydi, bu möhtəşəm ədibin adı yenə də mənə naməlum qalacaqdı, çünki mənzil alanların adları çəkilmir. Zahd Sarıtorpaq elə ucadan nalə çəkirdi ki, səsi gəlib Rusiyaya çatdı. Yubanmadan tapıb şeirlərini oxudum

 hər ölünün alnındakı
sonuncu tər damlası…

Bu iki misra məni sarsıtdı. Çünki burda ruslar iddia edirlər ki, “ölülər tərləmirlər”. Zahid Sarıtorpaq danılmaz şəkildə sübut edir ki, tərləyirlər.

Ölüm ayağında cibinizə dəsmal qoyun!

Sonra:
insanlığın başına çırpılan
Həvvanın alması

Burasını başa düşmək üçün ciddi hazırlıq lazımdır.  Çünki bilmirsən insanlığın başına çırpılan Həvvadır, ya Həvvanın almasıdır. Bu alma məsələsi də maraqlıdır. Çünki Tövratda meyvənin adı yoxdur. Yəqin Zahid bunu yəhudi ilahiyyatçılartrından ya birbaşa MOSSAD-dan öyrənib.

Sonra;
və kainatın bakirə qalması kimi
əfsanələr artıranda şübhəmizi — doğulduq…

Siz kainatın bakirə olması barədə əfasanə eşitmisiniz? Mən eşiməmişəm. Çünki mən fil qulağında yatmışam. Zahiq Sarıtprpaq isə həmişə ayıqdır. Çünki mənzil xəbərini gözləyir…

Sonra

Ulduza tula göndərib,
mələklərə gülüşdük

Vallah, bunu təcili İlon Maska çatdırmaq lazımdır. O kişinin başına hava gəlib, ulduzlara peyk göndərir. Amerikada tula azlığıdır? Göndər getsin də.

Sonra

at quyruğuna qoşuluydu ömrümüz
sonda təkərlər altına düşdük.

Burda davam gətirməyib ağladım… Ah, Sarıtorpaq, Sarıtorpaq… At quyruğunda…

Belə möhtəşəm şairə bir mənzil yox, Aypara kimi bütöv kompleks düşür! Bilirəm ki, Anar cavandır, elədiyi səhvlər də cavanığındandır. Ümid  edirəm ki, yaşa dolduqca düzələcək, mənzilləri ədalətlə böləcək…

Sarıtorpaq deyir ki, altmış altı yaşı var, qorxur alnında tərt ölə, nakam, yəni mənzilsiz bu dünyadan gedə…

A kişi, altmış aldı nə yaşdır ki? Mənim altmış altı yaşım olanda tinlərdə 21 oynayırdım, bir gözüm də gəlib-gedən xanımlarda… Yetmişim tamam oldu, indyəcən ölməmişəm, alnım da tərləməyib. Hələ buranın azərnbaycanlıları yığışıb mənim şərəfimə Heydər Əliyevn yüz illiyini keçirdilər…O qədər sevinmişəm ki, elə bil mənə də mənzil bağışlayıblar…

Mirzə Əlil (Qaraüz və Qaratorpaq)

21. 11. 2023, Samara