
“Nəsimi” kinokomediyasındakı komizmi yaradan səbəblər müxtəlifdir. Nəsimi şairdir, dini filosofdur, sektantdır, ancaq siyasətçi deyil və siyasi şeirləri də yoxdur. Mən Nəsimi yaradıcılığının bilicisi deyiləm, ancaq bir vaxt Cahangir Qəhrtəmanovun tərtib etdiyi məcmuəni çox oxumuşam, müəllifin siyasi sayıla biləcək, onun mövcud rejimlərlə, monarxlarla bilavasitə konfrantasiyasını əks etdirə bilən şeirlərinə rast gəlməmişəm. Sovet İttifaqında əvvəlki dövrlədən çəkilən filmlərdə isə şair həm də dövrünün siyasi fəalı olmalı idi. Və “Nəsimi” kinokomediyasında şair belə bir siyasi fəaldır. Özü də adi fəallardan deyil, yuxarıdan gedəndir. Görün o, Şirvan hakimi ilə necə danışır: “Teymurn əsarətindən qurtarmaq, Azərbaycanı sənin himayəndə birləşdirməkdə sənə kömək etməyə hazırıq”. Gülməlidir? On beşinci əsrin əvvəlləridir. Azərbaycan milli dövlətçiliyi heç 20-ci əsrin əvvəllərində aktual olmayıb, yalnız Rusiya imperiyasının dağılması ilə gözlənilmədən aktuallaşıb və onu həll olunma zərurəti milli siyasətçiləri meydana çıxarıb. Adətən əksinə our: milli ruhlu qabaqcıllar milli məsələni, milli dövlətçilik məsələsini aktuallaşdırırlar. Məsələn, gürcülədəki kimi. Bizim qabaqcıllarımız isə, o cümlədən Rıəsulzadə, bir növ fakt qarşısında qalıb… Əsərlərində heç bir siyasi məsələnin həllinə işarə etməyən Nəsimi isə on beşinci əsrin əvvəlində bu məsələni şirvanşahın qarşısında açıqlayır və tamaşaçıda qəhqəhəli gülüş doğurur. Çünki dialoqun bundan əvvəlki hissəsində Nəsimi, daha doğrusu, İsa Hüseynovla Həsən Seyidbəylinin uydurduğu Nəsimi elə cəfəng sözlər danışır ki, şairi tamaşaçının gözündə sərsəmə çevirir. Nasimi şərt qoyur: “Şah və şahın bahadırları gərək hürufi elminə istinad etsinlər”.
Nə az, nə çox: “hürufi elminə istinad”! Əsl Nəsimi belə danışa bilərdimi? Məgər hürufilik məzhəb yox, elmdir?
İbrahim şah (yəni Rasim Balayevin yerlisi, Səməndr Rzayev) çox haqlı suaı verir: “Hürufiliksiz döyüşə bilmərikmi?” Nəsimi (Rasim Balayev) çox gülməli cavab verir: “Döyüşərsiz, ancaq məğlub olarsız”. İbrahim şah, təəccüblü olsa da, təmkinini qoruyur, bu cəfəng mükaliməni davam etdirir. “İsgəndər Zülqərneyni, Sultan Bəyazidi, Teymuru xatırladır: bu sərkərdələr “hürufi elminə istinad” etmədən möhtəşəm qələbələr qazanıblar”. Nəsimin bunun cavabında gətirdiyi arqument ona dəlilik kağızı vermək üçün kafi əsasdır. “İsgəndər, Teymur böyük sərkərdələrdir. Ancaq əsgərləri zəifdir”. Bir şey başa düşdünüz? İsgəndər zəif əzgərlərlə dünyanın yarısını necə fəth edib? Nəsimi (Rasim Balayev) bunu izah etmir. Əsgərlərin zəifliyinin səbəbini izah edir. Səbəb, İsa Hüseynov yaradan nəsiminin fikrincə, Qurandır, çünki Quran insana onun zəif, aciz olduğunu təlqin edir…
Pardon! Stop! İsa Hüseyniov və Həsən Seyidbəyli Azərbaytcan tamaşaçısını ələ salıblar? Aleksandr Makedonski harda, Quran harda? (Demək lazımdır ki, “Nəsimi” kinokomediyası bir çox səhnələrdə “Vaqif” komediyasını xatırladır. Film müəllifləri də Səməd Vurğun kimi işi peşəkarlıla yox, «basməmmədi» görüblər). Təəccüblüdür ki, şah da bu cəfəng iddiaya irad tutmur, demir ki, a bala, İsgəndərin vaxtında Quran vardı? İsgəndər əsgər⁴ləri müsəlman idilər? (Yenə “Əkinçi” qəzetindən bir yazı yadıma düşür: bir molla iddia edirmiş ki, imam Cəfər-Sadiqin vaxtında teleqraf olub). Bu sərsəm iddianı qoyaq bir yana. Quranın əsgəri zəiflətdiyi iddiası da cəfəngdr. Quran İnsanı Allahla müqayisədə zəif görür, ancaq bu kitab az qala hər ikinci səhifəsində müsəlmanı döyüşə səsləyir, cihada çağırır, Quran insanı, yəni əsl müsəlman yaranışdan və həyatı boyu əsgərdir. Hürufilik isə əsgəri doğrudan da zəiflədər, onu pasifistə çevirər. Əgər hər insan tanrıdırsa, düşmən əsgəri də tanrıdır, onun üstünə necə qılıncla getmək və öldürmək olar?
Şahla Nəsiminin bu absurd, qondarma səhnəsi heç nə ilə bitmir. Ümumiyyətlə, film əvvəldən axıradək bütövlük təəssürü yaratmır, o, ayrı-ayrı, indiki jarqonla desək, kliplərdən ibarətdir. Bu epizoda, xanəndələrin dediyi kimi, ayaq vemək üçün guya Nəsimi şaha Fəzlullah Nəimnin “Cavidannamə”əsərini şaha bağışlayır ki, oxuyub “hürufilik elminə istinad” eləsin. Şah Azərnəşrdə ya da Qanun nəşriyyatında çap olunmuş kitabı Rasim Balayevdən alıb oxuyacağını vəd edir.
HAŞİYƏ: Azərbaycanlı nə yaradırsa, komediya alınır. Azərbaycan Vikipediyası başdan-ayağa komediyadır. Şeyx İbrahim haqqında məqaləyə baxın. Doğum tarixi – 1382. Elə həmin ildən də guya taxtdadır. Yəni göbəyi kəsilən kimi bələyib qoyublar taxta. Kərəmov atası ilə işləməyə gedəndə heç olmasa 6 aylıq idi… İndi Şah haqqında rus Vikipediyasına baxın: “Doğum tarixi- məlum deyil”…Bu məqalə yəqin Putinə qədər yazılıb. Putin hakimiyyətə gələndən Rusiyada da bir janr qalıb: komediya… «Кровавая и беспощадная» комедия…
16. 08. 2023, Samara
(Ardı var)