
“Ad qazanıb dünyaya özümü tanıdaram,
Haqq yolunda vuruşub şöhrətə də çataram.
Sevgidə də uğurlu olaram, bir ağızdan,
Dünya məni təriflər dünyadan gedən zaman”
+
Şöhrət üçün vuruşdu, yetdi şöhrətə, ada,
Rüsvayçılıq çələngi ona toxudular da.
Gördüm onu bir dəfə tamam gözlənilmədən,
Nə iztirablar çəkir, üzündən oxudum mən.
+
“Haqq yolunda vuruşdun? Getdi zəhmətin hədər?
Qazandınmı qənirsiz sevgi yolunda zəfər?
Yenə böyükmü adın? Qalacaqmı beləcə?
Tərif dedimi sənə bu dünya layiqincə?”
+
Mənə cavab vermədi – o heç danışmadı da,
Bir an gözlədi ancaq, qızartı yanağında.
Sonrasa titrəyərək, üzümə də baxmadan,
Dilə gəlib istədi, İlahi, yarım kron.
1881
ingiliscədən tərcümə
17-18. 12. 2024, Samara
+++++++++++++++++++
RUDYARD KIPLING
Two Sides of the Medal
“’I will into the world, I will make me a name,
I will fight for truth, I will fight for fame,
I will win pure love, and when I die
The world shall praise me worthily.’ Читать далее