
Baxıram bu şəklə, fikkirləşirəm ki, insan nə qədər və nə yeməlidir ki, üzü bu boyda olsun. Bunun elə üzü qarına oxşayır, görün qarnı nə boydadır…
Sabah üzü qarına (mənimlə razılaşmayanlar, Fəzail Ağamalının üzünü dal tərəfə oxşadanlar ola bilər, salyanlılar belə məsələlərdə arifdirlər) oxşayan bu deputatın 70 yaşı tamam olur. Prezidentin səbri çatmayıb, elə bu gün ona “Şöhrət” ordeni verib…
İndi Aərbaycanın ordenli insanları belədirlər: üzləri dala oxşayır…
Salyanın, Neftçalanın cəbhədə ölən sütül oğlanlarına üçüncü dərəcəli medal, bu dəyyusa orden….
Mehman Əliyev türmədə, bu qurumsağa orden…
Ruslarda vaxtından qabaq doğum gününü təbrik eləmək pis əlamətdir. Yəni təbrik olunan düşüb ölə də bilər…
Ay Fəzail Ağamalı, səni elə bu gün igid öləsən. Salyanlıların, neftçalalıların hesabına elə yemisən ki, üzün dala oxşayır…
Mən də prezidentə qoşulub bu millət vəkilini təbrik edirəm. Allah səbəb salsın…
Mirzə ƏLİL