Архив тегов | şotland şairi Ceyms Tomson

ROBERT BERNS. TOMSONUN ANIMI HAQQINDA

Robert Burns

1.

Bəlkə qalxasan indi, hiddətlə dolu Kölgə,
Baxıb gülümsünəsən tənə və ikrah ilə,

Görərək səni bir vaxt aclıqdan öldürənlər,
Torpağının qəbrini indi bəzəyir belə?

2.

İndi, dünyadan köçüb bir ada çevrilərkən,

Bir belə vurnuxanlar sənin həndəvərində

 Qıymazdılar sağ ikən bir fartinq sənə bəlkə,
Qarnını doyduraydın heç olmasa bi dəfə.
3.

Tənha, həm də köməksiz olsan da qalxa bildin
Yüksəkliyə, durmadan şərəflə işləyərək.

Orda əbədi solmaz çələngə yiyələndin,

Halaldır bu qənimət sənə ana südü tək.

4.

Qoy bəzəsin alnını! Və şübhə doğurmayan,

Aksiomu ucadan de ki, çatsın hər kəsə:

Himayədarlıq əgər istəyirsən kübardan,
Bunsuz yaşamağı sən əvvəl öyrənməlisən.

5.

“Çox da veriləcəkdir, kimin ki, çox varısa” —

Bu, hər zəngin insanın mütləq inandığıdır;

Ehtiyac içindəki köməksiz zavallısa,

İtirəcəkdir nəyə gəlirdi son gümanı.
1791

ingiliscdən tərcümə

25. 09. 2024, Samara

Qeydlər:

  1. Tomson (James Thomson)  (c. 11 September 1700 – 27 August 1748)  — şotland şairi və dramaturqu.

2. “Çox da veriləcəkdir, kimin ki, çox varısa” – İncildə (MATTA 13:12):  “…çünki kimin varıdırsa, ona daha çox veriləcək və o, bolluq içində olacaq. Amma kimin yoxudursa, əlində olan da ondan alınacaq.” 

++++++++++++++++++++++++++++

ROBERT BURNS

On Some Commemorations Of Thomson

 

1.
Dost thou not rise, indignant Shade,
And smile wi’ spurning scorn,
When they wha wad hae starved thy life
Thy senseless turf adorn? Читать далее