Архив тегов | Söyüdlü hadisələri

QUBAD İBADOĞLU BİLGƏHDƏ, PREZİDENTİN EVİNDƏDİR!

İlham Əliyev Babək

Mötəbər mənbələrdən məlum olub ki, Qubad İbadoğlu zindanda yox, İlham Əliyevin Bilgəhdəki şəxsi iqamətgahında saxlanılır. Bu günlərdə guya həbs olunan alim Fazil Qasımov da onun yanndadır. Keçmiş deputat Nazim Bəydəmirli onlardan da əvvəl Bilgəhə gətiriluib və prezidetin özünkündən əskik olmayan apartamentlərdə yerləşdirilib.

Rasim Balayev prezidentdən orden alanda onu Babək adlandırmışdı. Əslində bu Rasim Balayev İlham Əliyevi aşağılamışdı! Babək kimdir ki? Heç kim! Qondarma qəhrəman! İlham Əliyevi yalnız İskəndər Zülqəerneynlə, yəni Aleksandr Makedonski ilə müqayisə etmək olar. Və indi necə ki, bir vaxt İskəndər (kefli İskəndər yox, İskəndər Zülqərneyn!) yeddi nəhəng filosofu başına yıığıb onlarla cari məsələləri və gələcəyi müzakirə edir, onlarla öz dərin fikrilərini bölüşür və onların fikrinbi öyrənirdi, İlham Əliyev də qərara alıb ki, ən azından yeddi ailimi başına yığıb ollarla intellektual söhbətlər aparsın və nəticədə Azərbaycan xalqının güzəranının yaxşılaşdırmağın optimal yolunu müəyyənləşdirsin.  Hələlik başına üç alimi yığıb. Tezliklə daha dörd alimin də Bilgəhə aparılacağı gözlənilir. Prezidentin yaxın əhatəsi bə birinci xanımı bu dörd nəfəri seçməklə məşğuldur.

O ki qaldı həbs məsələsinə, bu, təmiz konspirasiyadır. Alimlərin Bilgəhə, prezidentlə oturub-durmağa aparıldığını ona görə həbs kimi qələmə veriblər ki, jurnalistlər və bloqerlər Bilgehə doluşub əlahəzrət prezidenti ə onun alim qonaqlarını narahat eləməsinlər.

Yeri gəlmişkən, Qubad İbadoğlu prezidentin qonaqlığında çox yaxşılaşıb, o, gecə-gündüz prezidentin öz həkimlərinin nəzarəti altındadır. Məxfi məlumata görə, İlham Əliyev alim qonaqlara vaxtaşırı kef də verir. Ancaq bu kefin nədən ibarət olduğu barədə məlumat yoxdur.

İndi Azərbaycannın bütün alimləri o yeddi nəfərin siyahısına düşmək arzusundasdırlar. Nəzir eləyən, qurban kəsən də var.

Bizim İskəndər belə İskəndərdir!  Kefli deyil, kef verəndir!

 

Mirzə ƏLİL

10. 08. 2023

 

«DEYİRDİN GƏLƏRSƏN, SƏRHƏD AÇILSA…»

20230721_135628

Mədinə Gülgünün şeirinə nəzirə

Deyirdin gələrsən sərhəd açılsa,
Sərhəd açılmadı, sən gəlməz oldun.

Minib təyyarəyə gəlməyə pulsa,
Heyf, tapılmadı, sən gəlməz oldun.

 +

Dedin AXCP alınsa qeydə,
Borc alıb gələrsən, sən gəlməz oldun.

Nə Cəbhə alındı, Müsavat nə də,
Düşüb bəlkə dərdə, sən gəlməz oldun.

 +

MİQ imtahanına dedin gələrsən,
Yaxşı keçsə əgər —  sən gəlməz oldun.

Müəllimləri kaş görməyəsən sən,

Kəsilib getdilər, sən gəlməz oldun.

 +

Deyirdin qiymətlər əgər bazarda,

Düşərsə, gələrsən, sən gəlməz oldun

Qiymətlər düşmədi, artdı da hətta,
Eşidib bilərsən, sən gəlməz oldun.

 +

Dedin “dəmir yumruq” məmura əgər
Dəyərsə, gələrsən, sən gəlməz oldun.

Hələ ki, bu yumruq milləti əzər,
Bəlkə bu səbəbdən sən gəlməz oldun.

 +

Dedin Söyüdlüdən post götürülsə,

Qanad bağlayarsan, sən gəlməz oldun.

Post nədir, salıblar kəndi qəfəsə,
Görüb ağlayarsan, sən gəlməz oldun..

 +

Dedin millət əgər qalxsa ayağa,

Dəstəksən bir yandan, sən gəlməz oldun

Millət boynubükük, başı aşağı,
Xəbər tutub bundan, sən gəlməz oldun…

Mirzə TƏBİL

21. 07. 2023, Samara