Архив тегов | Süleymanov Seyfulla Ərəbqardaşbəyli

SƏN QEYRƏTLİ KİŞİ İDİN…

   qardaşım Seyfullanın xatirəsinə

 

Sən qeyrərtli kişi idin,

Yaradandın, qurandın.

Yerlə, göylə əlləşirdin,

Nə gərəksə, varındı.

 

Yuxudasan on beş ildir —

Yuxu sevən deyildin.

Yatır atan, qardaşın da,

Yoxdu səni ayıldan…

 

İndi, qardaş, qəbrin üstdə

Tikan, şoran göyərib.

Gələn-gedən belləsə də,

Yenə bitir şoğərib.

 

Fağır, qərib təbəssümün,

Donub qalıb daşında.

Hardasansa, üzün gülsün,

Qardaş, səksən yaşındı!

14 noyabr 2015

 Samara