
Xumar Qədimovanın “ifasında “Sevdim səni” mahnısının klipinə You Tube-da baxanların sayı 7 milyona çatıb.
Nəyə görə bu rəqəmlər məndə ciddi şübhə doğurur?
Xumar Qədimovanın statistikası, yəni bizə göstərilən statistikası, dünyanın birinci pop ulduzu Svift Teylorun (Swift Taylor) statistikasına yaxındır. Teylorun “Lover” klipinə 4 ildə YouTube-da 281 mln dəfə baxılıb. Dörd ili aylara, ayları həftələrə bölsək, Xumar Qədimovanın nəticəsi ilə eyni olar. Bu, mümkündürmü? Yox!
- Svift Teylorun auditoriyası bütün dünyadır. 2. Svift Teylor çox gözəl qadındır ki, bunu Xumar Qədimova, haqqında, nə gizlədək, demək olmaz. Svift Teylor səhnədə oxumayıb yalnız gəzişsə də, nəhəng auditoriya yığa bilər. 3. Svift Teylorun təkcə İnstaqramda 282 mln (!) izləyicisi var. Bu qədər izləyicinin hamısı gün yarım ərzində “Lover” klipinə baxsaydı, 4 ilin nəticəsi alınardı. Bundan əlavə, Teylorun X (Twitter)-də 94, 6 mln, Facebookda 80 mln izləyicisi var. Və Swift Teylor milyard, iki milyard da yığsa, təəccüb doğurmaz.
Azərbaycanın bütün əhalisi cəmi on milyondur. Bunların fəal musiqiyə qulaq asanı, həm də İnnterneti, smartfonu olanı 4-5 milyondan çox olmaz. Və bunların hamısının birdən Xumar Qədimovaya aşiq olub gecə-gündüz onun kliplərinə baxmağına inanmaq mümkün deyil.
Flora Kərimova yaxşı müğənnidir? Əlbəttə, Xumarın tayı deyil. Onun ifasında “Heyf” mahnısının klipinə 2 min 500 dəfə baxılıb. İndi müqayisə edin.
Alim Qasımov. Əfsanəvi “Şirvan şiləstəsi”. Klipim birinə 13 ildə 179 min dəfə, ikincisinə 11 ildə 110 min dəfə baxılıb. Bir yerdə eləyir 290 min. Hanı bizim qüdrətli müğənnimizin milyonları?
Mən əminəm ki, Xumar Qədimovanın rəqəmləri süni şəkildə yaradılıb və bu işə maya qoyulub.
Bu rəqəmlər cəhənnəm, onlar qoy əsl müğənnilər Zeynəbi, Floranı, Alimi və onlrı sevənləri narahat eləsin.
Məsələ burasındadır ki, Xumarın oxuduğu hava Azərbaycan musiqisi deyil, türkü, yəni osmanlını yamsılamadır! Yəni Xumar kasıbların Nilufəri, Nesrin Sipahisidir. Bu yamsılamalar tədricən Azərbaycan musiqisinin bünövrəsini sarsıdar, təzə nəsillərdə milli musiqi haqqında yanlış təsəvvür yaradar. İşğal adlandırdığımız rus, sovet dövründə milli musiqimiz formalaşıb – Üzeyir bəy, Cabbar, Bülbül, Xan, Qədir Rüstəmov, Alim… Müstəqillik (?!) dövründə musiqi identikliyimizi itiririk…
O süni rəqəmlər həm də bu faciəyə aiddir….
X.X.
29. 02. 2024, Samara