Архив тегов | tarixi şeirlər

«TAĞIYEV DƏ, ƏSLİNƏ QALSA, İMPERİALDI…»

Bizdən olsa da, bizə bənzəməyən bu insan,

Nə ilə fərqlənirdi bu günün adamından?

Kiçildir, cırlaşdırır bizi elə bil zaman,

Və əksinə, böyüyür Tağıyev Zeynalabdin.

 

Böyük imperiyanın o kişi sakiniydi,

Elə imperiyaya uyğun miqyası vardı.

Nə ölkə bağlı idi, təbəələri nə də,

Tağıyev də, əslinə qalsa, imperialdı…

 

 

Tağıyev keçməmişdi Prokrust yatağından,
Boyuna, sanbalına yoxdu məhdudiyyəti.

İmperiya sayaqdı imperiyalı insan,

Genişlənmək, böyümək, ucalmaqdı niyyəti.

 

Tək o yox. Üzeyir də, elə Mirzə Cəlil də —

Böyük imperiyanın övladı idi onlar.

Prokrust kimdir, nədir – bilmədən böyüdülər,

Miqyasda və dəyərdə hər biri imperial.

 

Prokrust əsiridir millətim bir əsrdir,
Kəsilir, düzəldilir eyni ölçüdə hamı.

Prokrust yatağına ölkə çevrilib indi,

Yaddaşlarda yaşayır imperiya adamı.

04.03. 2026, Samara

Aleksandr PUŞKİN. “SƏN NİYƏ GÖNDƏRİLDİN, KİMDİ SƏNİ GÖNDƏRƏN…”

ПУШКИН

Sən niyə göndərildin, səni kimdi göndərən?

Sədaqətli xidmətin xeyrəmi, şərəmiydi?

Niyə belə söndün, parladın nədən,

Dünyada bənzərin vardısa, kimdi?

Başbilənlər danışır, çarlar qayğılanırdı,

Həyəcan bürüyürdü kütləni önlərində.

Məbəd gedib-gələnsiz, mehrab yağmalanırdı,

Azadlıq fırtınası  kükrəyirdi yenə də.

Və birdən əsdi-coşdu… Hər tərəf qan və çirkdi,
Dağıtdılar, tökdülər qədim daş yazıları.
Talelər arasında gəldi, qullar kiridi,
Ucaldı cingiltisi zəncir və qılıncların.

Föhş gəlib çıxdı fəxrli, çılpaq,

Önündə ürəklər dayandı birdən.

Vara, vəzifəyə satıldı vətən,
Qardaş qardaşını satdı qızıla.

Dəlilər dedilər: yoxdur Azadlıq,

İndi onlaraydı inamı xalqın.

Yoxdu maraqlanan xeyir ya şərdir,
Deyilən nitqlər, nə var – kölgədir,

Hər şeyə ikrahla baxılır indi,
Toz-torpaq verilib yelə elə bil.

1823

QEYD: Şeirdə Napoleonun taleyi təsvir edilir

Ruscadan tərcümə

16.03. 2020

 

Зачем ты послан был и кто тебя послал?
Чего, добра иль зла, ты верный был свершитель? Читать далее