Bu gün Milli Məclisin keçmiş sədri İsa Qəmbərin 56 yaşı tamam olur. Bu münasibətlə İsa bəyin evində 56 sm uzunluğunda tort bişirilib. Azərbaycan prezidenti İlham Əliyev müxalifət liderinə yüksək hörmət ifadəsi kimi xususi fərmanıyla İsa Qəmbərin soyuducusundakı yumurtalardan həbsi götürmüşdür ki, tort bişirənlər məəttəl qalmasınlar.
Архив тегов | tort
QAÇQINLARLA KEÇƏN GÜNLƏR
İlham Əliyev bu gün məmurları təvazölü, həqir həyat keçirməyə çağırıb və özünü nümunə göstərib, deyib ki, “mən əlli yaşımı qaçqınlarla keçirdim”.
Yaxşı, sadə, təvazölü həyatı başa düşdük, bəs ağ yalan danışmaq necə? İlham Əliyevin onun əlli yaşına Sumqayıtda bişirilmiş 50 metr uzunluqda tortdan zəbəri yoxdur? Bu tortun xəbəri ya qoxusu qaçqın düşərgəsinə gedib çatmayıb? Bəs sonuncu 51 metrlik Sumqayıt tortu?
Arvadıyla qızı bir neçə milyardlıq fonda yiyəlik edən adam necə başıaşağılıqdan, həqirlikdən, təvazödən danışa bilər?
O ki qaldı qaçqınlarla keçirilən doğum günlərinə, burda kədərli bir həqiqət var: Əliyev yetmiş illiyini də qaçqınlarla keçirə bilər. Çünki, belə getsə, iyirmi ildən sonra da o, bu faciə yaşayan xalqa yiyəlik edəcək və iyirmi ildən sonra da qaçqınlar elə qaçqın olacaqlar…
Təki sayları artmasın…